Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiya sədri: Bizdəki təhsil haqqı daha çox təhsil həvəsinə qoyulan cərimədir

"2 il əvvəl qanun layihəsi hazırladıq. 40 min imza topladiq. Milli Məclisə təqdim etdik. Layihədə dedik ki, təhsil islahatı dövründə bütün ali təhsil pulsuz olsun. Əsaslandırdıq. Məsələn, göstərdik ki, Gürcüstan və Ermənistanın toplam əhalisi bizdəkindən az olsa da, orada tələbə sayı 225 min, bizdə 169 min. Göstərdik ki, əmək bazarının Gürcüstanda və Ermənistanda təxminən yarısı ali təhsillidir, bizdə isə 23 faizi. Digər hesablamalar da təqdim etdik".

PİA.az xəbər verir ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi təşkilatın başlatdığı kampaniyanın sonunda vəziyyətdən çıxmaqdan ötrü hakimiyyət söhbəti öz adına çıxarmaq istəyib:

"Prezident İlham Əliyev sərəncam verdi. Təqaüd alan tələbələrin sayının artırılmasını əmr etdi. Artırdı da. Kampaniyamızın heç olmasa bu faydası əmələ gəldi, tələbələrə və valideyinlərə xeyir verdi, baxmayaraq ki, pulsuz ali təhsil haqda qanun layihəmiz rədd edildi. Bu gün isə təhsil naziri çıxıb deyir ki, təhsil haqqını azaltmaq olmaz. Bizdəki təhsil haqqı daha çox təhsil həvəsinə qoyulan cərimədir. Regionda ali təhsil göstəriciləri üzrə biz bu qədər geridə olarkən cərimənin yeri yoxdur. Hökumət zəhmət çəksin pul ayırsın, həvəsi olanları oxutsun. Bacarmırsa, çəkilsin, biz bacararıq".(Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar