Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parlamentin növbədənkənar sessiyası və iki əsas ehtimal

Avqustun 5-də Milli Məclisin, belə demək mümkündürsə, növbəti növbədənkənar sessiyası keçiriləcək. Məlumata əsasən, iclasın gündəliyinə 6 məsələ daxil edilib. Bunlar dövlət büdcəsi məsələləri, həmçinin məşğulluq, işsizlikdən sığorta, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi kimi məsələləri əhatə edir.

Amma deputatların məzuniyyətdən çağırılaraq dərhal, tez-tələsik iclasın keçirilməsinə istər ekspertlər, istərsə də sosial şəbəkə istifadəçiləri birmənalı yanaşmırlar. Müxtəlif ehtimallar və iddialar səsləndirilir.

Qruplaşdırsaq, deyə bilərik:

Birinci ehtimal referendumun keçirilməsi ilə bağlı təşəbbüs iddiası ilə əlaqədardır. İrəli sürülən ehtimal budur ki, hakimiyyət çoxpartiyalı sistemi bərqərar, proporsional seçki sistemini isə bərpa etməyə çalışır. Bu, ən azından, ölkənin demokratik imicininn və hakimiyyətin dayaqlarının gücləndirilməsi baxımından önəmlidir. Ekspertlər bu addımın gec – tez atılacağını deyirlər. Amma bunun avqustun 5-də başlayacaq növbədənkənar sessiya vasitəsilə gerçəkləşdirilməsi ehtimalı sual altındadır.

İkinci məsələ müharibə ehtimalı ilə bağlıdır. İddia edilir ki, hazırkı vəziyyəti əlverişli şərait kimi dəyərləndirən hakimiyyət Qarabağ müharibəsinə başlamaq üçün parlamentin növbədənkənar sessiyasını təşkil edir. Xalqın ürəyincə olan seçim olsa da, zəif ehtimaldır.

İddialara söykənən baxışların nə qədər real olmasını göstərəcək zaman isə uzaqda deyil. Agah olmaq üçün, sadəcə, bir neçə saat gözləmək yetərlidir. Onu da unutmaq olmaz ki, iki ehtimal sabah olmasa da, nə zamansa gerçəkləşəcək. Proseslər bunu göstərir.(dominant.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar