Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parlamenti “vuran” kriminal deputatlar - Onlara bir daha şans veriləcəkmi?..

Deputatlar keyfiyyət, həm də aidiyyat baxımından hakim elitanı qane etmir...

PİA.az AzEuroNews.com- a istinadən xəbər verir ki, Azərbaycan parlamentində ayrı-ayrı deputatlar keyfiyyət, həm də aidiyyat baxımından hakim elitanı qane etmir. Hazırkı parlament qanunları yaradan yox, daha çox təsdiqləyən orqana çevrilib. Əslində bu məqamın hakimiyyət eşalonunun olimpində o qədər də narahatlıq doğurmağı da hiss olunmur. Ölkə rəhərliyini daha çox əndişələndirən deputatların adlarının tez-tez qanqstersayağı filmlərin əsas qəhrəmanı kimi çəkilməsindədir.


Rafael Cəbrayılov

Son belə qalmaqal Şirvandan deputat olan Rafael Cəbrayılovla bağlı ortaya çıxdı. Məlum oldu ki, Rafael Cəbrayılov cibindəki mandatı aparıb “lombard Məlahət” adı ilə tanınan Məlahət Qurbanovaya girov olaraq verib və 300 min dollar alıb. Pulu qaytara bilməyəndə isə, deputatın mandatının “lombard Məlahət”in əlində olduğu geniş ictimaiyyətin diqqətinə çatdırılıb.

Məsələ günlərlə müzakirə mövzusu olandan sonra Rafael Cəbrayılov mandatdan imtina etmək məcburiyyəti ilə üz-üzə qalıb.


İqbal Məmmədov

Rafael Cəbrayılovun mandat vaqeəsindən 15-20 gün əvvəl parlamentin Lerikdən olan deputatı İqbal Məmmədov kriminal “razborka”nın baş qəhramanı idi. Deputatın oğlu Mirhəmid Nərimanlı başının dəstəsi ilə – Orxan Çingiz oğlu Nərimanlı, Pərviz Əvəzoviç Əsgərov, Famil Kamran oğlu İmanov, Rahim Bəhlul oğlu Şahverdiyev və Amir Nağızadə oğlu Abbasovla birgə İqbal Məmmədova məxsus olan “Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döymüşdülər. Vergi müfəttişlərinin istifadəsində olan xidməti – yəni dövlətə məxsus nəqliyyat vasitələri də daşlamışdılar. Yəni, deputatın oğlu başının dəstəsi ilə Azərbaycan dövlətini təmsil edən vergi işçilərini döyüb, yenə də Azərbaycan dövlətinə məxsus maşınlara daş atmaq güvənini özlərində hiss etmişdilər.

Elmira Axundova və Həbib Axundov

71 saylı Masallı kənd seçki dairəsindən 3-cü, 4-cü, 5-ci çağırış parlamentdə kreslosunu saxlayan Elmira Axundovanın, oğlu Həbib Axundovun adına bağlı olan kriminal süjeti xarıtladan hadisələr illərdir ki, mətbuatın gündəmindən düşmür.

Fərman Məmmədov

Elmira Axundova 2 dəfə onun səlahiyyətli nümayəndəsi olan Fərman Məmmədovdan külli miqdarda pul alıb. Pulların oğlu Həbibin yararatdığı biznesə yatırılacağı və biznesdən əldə olunan gəlirindən dividend veriləcəyini vəd edib. Deputatın oğlu pulu alıb və qaytarmayıb. Elmira Axundova 450 min manatlıq borcdan 250 minini qaytarıb, qalanını isə verməyib. İş böyüyəndə bütün yükü Elmira Axundovanın ailə dostu, Həbib Axundovun şəriki Elnur İbrahimovun boynuna qoyublar.

Elnur İbrahimov

9 illik həbsə göndərib özünə də vəd ediblər ki, narahat olmasın, Əfv Komissiyasının üzvü olan Elmira Axundova Elnur İbrahimovu “içəri”dən çıxaracaq. Necədir? Mario Püzonun 1969-cu ildə işıq üzü görmüş “Xaç atası” romanının əsas şüarı “İmtina edilməsi mümkün olmayan təklif” bu iş üzrə keçərlidir desək, heç yanılmarıq.

Elnur İbrahimov bu gün 9 illik həbs cəzasını çəkir. Ailəlidir, uşaqları var, anası müəllimədir. Dələduzluqda ittiham olunub və həbsə gedib. Ona “İmtina edilməsi mümkün olmayan təklif” ediblər, qəbul edib və “içəri” gedib. Ortada dələduzluqla ələ keçirilən 8 milyon manat var. Elnur İbrahimova bu pullardan nə qədər çatdığını ən yaxşı bilən Həbib Axundovdur. Hansı ki, anasının zəngləri ilə iş üzrə zərərçəkənə çevrildilər. Hələ Elnur İbrahimov Elmira Axundova ilə Qəbələdə görüşüb ölkədən qaçırıldığı günlərdə Həbib Axundovun adı olduqca böyük bir ölüm işində əsas fiqur olaraq keçməyə başladı.

 

Günel Mirzəyeva

Məlum oldu ki, “Miss Lafarella” gözəllik yarışmasının qalibi Günel Rəşid qızı Mirzəyeva deputat oğlu Həbib Axundova məxsus K-45 adlı ABB 1278 bort nömrəli “Yamaha 242 Limited S” tipli gəzinti katerindən müəmmalı şəkildə suya düşüb və öldw. Bu sirli ölümdən sonra məlum oldu ki, Günel Mirzəyeva hamilə imiş. Onun Həbib Axundovla olduqca sıcaq münasibətlərini təsdiqləyən məlumatlar da ortaya çıxdı. Bilindi ki, deputata oğlu faktiki olaraq gününü onunla keçirib, özünə məxsus maşını da ona verib. Günel Mirzəyevanın kriminal ölümündən sonra istintaq orqanları səthi, olduqca həvəssiz hərəkətlilik nümayiş etdirdilər, qızın ailəsinə Həbib Axudnovun kreditlə ev aldığı xəbəri də gəldi.

Bu yazıda cəm olan məlumatların hər biri internet resurslarında illərdir ki, Azərbaycan parlamentinin adı ilə yanaşı çəkilir. Səbəbkarlar da elə parlamentdə illərdir oturan deputatların özləridir.

2013-cü ildən bu yana məsələ mətbuatın gündəmindədir və Azərbaycan parlamentinə aydındır ki, belə üzvlərin fəaliyyəti alqış gətirmir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar