Türkiyə Böyük Millət Məclisində dava...
Türkiyə Böyük Millət Məclisində (TBMM) 2020-ci il dövlət büdcəsinin gəlirləri müzakirə olunarkən AKP ilə CHP-nin deputatları arasında dava düşüb.
"Yeni Sabah" ölkə mediasına istinadən xəbər verir ki, bir-birlərini təhqir edən millət vəkilləri dava zamanı söyüş söyməkdən də çəkinməyiblər.
TBMM sədri iclasda fasilə elan etməli olub.
pia.az