Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Parlament vəziyyəti müzakirə edib yekun qərar verməlidir - ya elə, ya belə” - Müsahibə

50-100 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə vermək daha doğru olmazmı?..

Sosioloq: “Operativ Qərargah heç birini edə bilmədi, verdiyi effektsiz qərarlarla vəziyyəti düzəltmək əvəzinə, daha da kəskinləşdirdi. İqtisadiyyata zərər vurdu, sosial vəziyyəti ağırlaşdırdı, təhsili məhv etdi”.

“Avtobuslarda sərnişinlər bir-birinə yapışıq halda gedir. Bu zaman virus olmur, açıq havada və böyük məsafəli salonda adamlar yığışıb mərasim edəndə olur? Bu absurddur və heç bir əsası yoxdur”.

Daxili İşlər Nazirliyinin yadığı məlumatlardan görünür ki, son günlərdə toy, nişan, ad günü və bu kimi digər kütləvi tədbirlər keçirilməsi halları çoxalıb. Bu mərasimlərin çoxalmasının bir səbəbi də qarşıdan Məhərrəmlik ayının gəlməsidir. İnsanlar sanki heç nə yoxmuş kimi elçilik edir, 40-50 nəfərlik nişan mərasimi keçirir və hətta toy da edirlər.

Maraqlıdır ki, toylarla bağlı məlumat yayan DİN hər belə tədbirdə ortalama 30-40 nəfərin cəzalandırılması ilə bağlı məlumat yayır. Bu halda 50-100 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə vermək daha doğru olmazmı?

Koronavirusun surətlə yayılmasına baxmayaraq son günlər kütləvi mərasimlərin çoxalmasını PİA.az-ın əməkdaşı sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Ən azı açıq məkanlarda və ya iri salonda az sayda iştirakçı ilə toyların keçirilməsinə icazə verilə bilərdi”.

PİA.az “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

-Elçin bəy, sizcə koronavirusun yayılmasının çoxalmasında keçirilən tədbirlərin artmasının rolu var?

- Avtobuslarda sərnişinlər bir-birinə yapışıq halda gedir. Bu zaman virus olmur, açıq havada və böyük məsafəli salonda adamlar yığışıb mərasim edəndə olur? Bu absurddur və heç bir əsası yoxdur. Karantin bir ay, iki ay, üç ay olar. İllərlə karantin ola bilməz. Ya kollektiv immunitet qazanılacaq, ya da hər yeri 1-2 ay tam qapayıb virusun axırına çıxmaq lazım idi. Bunun başqa yolu yoxdur.

- DİN-nin hər toyda cəriməlidyi şəxslər isə ortalama 30-40 nəfər olur. Bu durumda əvvəllər də təklif olunduğu kimi, 50-100 nəfərlik toya icazə vermək olmazmı?

- İnsanlar beziblər. Heç bir qüvvə milli adət-ənənələri, milli dəyərləri sıradan çıxara bilməz. Toylar olmalıdır, ailələr qurulmalıdır. Burada virusu bəhanə etməyin heç bir əsası yoxdur. Virus hər yerdə var, həmişə olub. Məsələ yalnız qapalı məkanlarda sıx toplaşmamaq və qorunma vasitələrindən istifadə etməklə bağlı ola bilər. Ən azı açıq məkanlarda və ya iri salonda az sayda iştirakçı ilə toyların keçirilməsinə icazə verilə bilərdi.

- Həmçinin bir problem də var ki, ailədə bir nəfər koranavirusa yoluxub, amma başqa ailə üzvləri 3-4 gün özlərini normal hiss edirlər. Buna görə də onlar işə gedib gəlirlər. Sonra məlum olur ki, onlar da virusa yoluxub. Bu halda onlar virus daşıyıcısı ola-ola həm marşuruta minirlər, həm də işdə ünsiyyətdə olublar. Bu vəziyyət barədə nə deyə bilərsiniz? Burada günah kimdədir və bu vəziyyətin belə olmasının qarşısını planlı şəkildə almaq olar?

- Göründüyü kimi Operativ Qərargah heç birini edə bilmədi, verdiyi effektsiz qərarlarla vəziyyəti düzəltmək əvəzinə, daha da kəskinləşdirdi. İqtisadiyyata zərər vurdu, sosial vəziyyəti ağırlaşdırdı, təhsili məhv etdi. Parlament vəziyyəti müzakirə edib yekun qərar verməlidir- ya elə, ya belə. Ömür boyu maskada gəzəsi, karantində yaşayası deyilik.

Elçin Bayramlı: “Yoluxanların ortalıqda gəzməsi birbaşa TƏBİB-in, Səhiyyə Nazirliyinin, Sosial Müdafiə Nazirliyin günahıdır”.

Yoluxanların ortalıqda gəzməsi birbaşa TƏBİB-in, Səhiyyə Nazirliyinin, Sosial Müdafiə Nazirliyin günahıdır. Bütün əhali mütəmadi olaraq pulsuz mülayinədən keçməlidi idi. İcbari sığorta nədən ötrüdür bəs?

Bu vəziyyətin heç cür qarşısını almaq olmaz. Adamları gülələməyəcəksən ki? Evdə acından ölürsə küçəyə yox, Aya da çıxasıdır. Yoluxanlara yardım edilməli idi ki, onlar küçələrə çıxmağa, ictimai nəqliyyata minməyə məcbur olmasınlar. Bunu edə bilməyiblər və vəziyyət ağırlaşıb. Buna görə məsul şəxslər cavab verməlidirlər.

Nərminə UMUDLU
pia.az


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar