Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paris küçələri Fransanın təmtəraqlı çöküşü ilə işıqlanır...

Fransa bu gün 50 illik düşüşünü tamamlayır və estetika sevən fransız ziyalılarını da sevindirəcək şəkildə müdhiş bir çırpılma anı yaşayır...

Onur Sinan Güzaltan
“Yeniçağ” qəzeti, 14 oktyabr 2020-ci il

Fransada çəkilən bir videoda bir qrup gəncin Paris yaxınlığındakı Şampinyu-sur-Marn bölgəsində polis idarəsinə fişənglərlə hücum etdiyi görüntülənib. Görüntülərdı hücum dəqiqələrlə davam edərkən, daha sonra gənclər qışqıraraq uzaqlaşırlar.

Fransanı tanıyanlar yaxşı bilirlər ki, bəzi şəhərətrafı bölgələrdə polislər bölmələrdən çıxa bilmir, yalnız zirehli maşınlarla əməliyyatlara gedirlər və hətta uzun binalardan onların üzərinə soyuducu və başqa ev əşyaları atılır.

60-cı illərdən bəri keçmiş müstəmləkələrdən iş tapmaq üçün Fransaya gələnlərin əksəriyyəti bu şəhərətrafı ərazilərdə, xüsusilə də Paris ətrafında yaşayırlar. Şəhərətrafında yaşayan köçkünlər Eyfel qülləsindən, Sena çayından və Parisin təmtəraqlı yerlərindən uzaqda “təmiz nəsil” adlandırılan fransızlardan ayrı yaşayırdılar.

“Burada əlcəzairliləri boğuruq”

Əlcəzayirdəki müharibə zamanı əlcəzairli fədailər bu bölgələrdə Milli Qurtuluş Cəbhəsi adından yürüşlər təşkil ediblər. Ən böyük nümayiş isə 17 oktyabr 1961-ci ildə baş verib və tarixə “Paris qırğını” olaraq düşüb. On minlərlə şimali afrikalı Fransa ordusunun Əlcəzairdə törətdiyi müharibə cinayətlərinə qarşı Paris küçələrinə tökülüb. Marşlar və ərəbcə şüarların müşayiəti ilə böyük bir kütlə şəhərin daxilinə doğru yürüş edib.

Fransız dövlətinin isə nümayişə verdiyi cavab ağır olub. Polis və dövlət tərəfindən dəstəklənən radikal sağçı qruplar hücuma keçiblər. Şiddət bütün gecə davam edib. Paris xalqı səhər rəsmi məlumatlara görə 40, nümayişçilərin verdiyi rəqəmlərə görə isə təxminən 300 nəfərin öldüyünü öyrənib.

Şimali afrikalı nümayişçilərinin böyük əksəriyyəti əlləri, qolları bağlı vəziyyətdə bu gün turistlərin həvəslə gəzdiyi Sena çayına atılaraq öldürülüblər. Çayın iki sahilini birləşdirən Sent Mişel körpüsünün möhtəşəm divarlarına isə qırmızı boyalarla “burada əlcəzayirliləri boğuruq” şüarı yazılıb.

Şüarın qırmızı boyası bu gün də körpünün divarlarında qalır, lakin tarixlə maraqlanan Fransa rəsmiləri vəhşiliyin qurbanlarınln xatirəsimə bir abidə qoymağı düşünmürlər və ya istəmirlər. Heykəldən başqa, hətta 1998-ci ilə qədər bu hadisələrdə insanların həyatlarını itirdiyini belə inkar ediblər.

Bütün bunlardan sonra zaman ötüb keçib, mühacirlərin uşaqları böyüyüb. Onların əksəriyyəti Fransa vətəndaşlığını alsa da, şəhərətrafı ərazilərdə yaşamağa davam ediblər. Paris və ətrafındakılar eyni ictimai sahələri paylaşsalar da, iki fərqli dünyanın insanları olaraq qalıblar.

İlk dəfə Parisdə hüquq fakültəsinə başladıqda məni ən çox təəccübləndirən şey tələbələrin rənglərinə görə ayrılması idi. İllər boyu tələbələr bir-birinə qarışsalar da, yeni gələnlər həmişə eyni şəkildə qruplaşdılar: ərəblər ərəblərlə, qaralar qaralarla, yəhudilər yəhudilərlə və ağlar ağlarla. Fransa dövləti bu böyük kütlələri cəmiyyətə inteqrasiya edə bilmədi və ya etmək istəmədi.

Dünyanın hər yerində olduğu kimi, əksəriyyətin işçi olduğu bu bölgələrdə sol və anti-imperialist ənənələr zəifləyib və narkotik mədəniyyəti ilə dini qruplar üstünlük qazanıb. Gənclərin bir hissəsi narkotik tələsinə düşərkən, digərləri də Körfəz sərmayəsinin maliyyələşdirdiyi məscidlər vasitəsilə cihadçı qruplar şəbəkəsinə düşüblər.

Bu gün Yaxın Şərqdə İŞİD və buna bənzər qruplar üçün döyüşən və Fransa vətəndaşı olan gənclərin əksəriyyəti bu cür proseslərdən keçirlər.

Şəhərətrafı ərazilərin dövlət hakimiyyəti ilə mübarizəsi bu dövrdə də davam edib 80-90-cı illərdə yeni iğtişaşlar başladı. 1995-ci ildə çəkilən “La Haine” (Nifrət) filmi də ətraf ərazilərdəki vəziyyəti ən çılpaq şəkildə ortaya qoyub. Filmdəki bu anekdot isə Fransanın düşdüyü çıxılmaz vəziyyəti əks etdirir: “Bu, əlli mərtəbəli bir binadan yıxılan adamın hekayəsidir... Hər mərtəbədə özünü rahatlaşdırmaq üçün ürəyində deyib: indiyə qədər hər şey qaydasındadır. İndiyə qədər hər şey qaydasındadır. İndiyə qədər hər şey qaydasındadır... Əsas məsələ düşmək deyil, yerə çırpılmaqdır”.

Fransa bu gün 50 illik düşüşünü tamamlayır və estetika sevən fransız ziyalılarını da sevindirəcək şəkildə müdhiş bir çırpılma anı yaşayır. Polis bölməsində partlayan fişənglər bu anı daha da möhtəşəm edən rəngli işıqları xatırladır.

Bənzər bir çırpılma anı hazırda bütün Qərb sivilizasiyasında baş verir. Liderlər güclərini itirərkən, yalnız şəhərətrafı ərazilər deyil, eyni zamanda, xalqın fərqli təbəqələri də üsyan edərək küçələrə tökülürlər.

Kapitalizm məbədlərində vətəndaş müharibəsi ilə bağlı şayiələr artıq təkcə ağızdan-ağıza dolaşmır və gündəlik siyasətin bir parçasına çevrilib.

Maddi və mənəvi böhranda olan böyük kütlələr yol tapmağa çalışırlar

Rotşildlərin bankiri Emmanuel Makron on illərdir yüksələn və bu gün partlayan qəzəbə cavab verə bilmir. Fransız orta təbəqəsinin üsyanı olan “Sarı jiletlər” hərəkatına qarşı düşdüyü vəziyyət ortadadır. Xaricdə isə Afrikadakı nüfuzunu itiriən və ABŞ-İsrail cütlüyünün Şərqi Aralıq dənizi və Yaxın Şərqdəki siyasətinin qurucusu olan bir Fransa var.

Parisdəki birinci ilimdə Senadakı ikinci əl satıcılardan birindəki kitablara baxarkən Frans Fanonun kitabına görə qoca satıcı ilə siyasətdən danışmağa başladıq. Söhbət zamanı qoca adam qulağıma: “Bu yaşdan sonra məni anti-semi olmaqda günahlandırsalar da, düzünü deməliyəm ki, Fransa artıq ABŞ-İsrail-in müstəmləkəsinə çevrilib”, deyə pıçıldadı.

Qocanın sözlərini Fransada yaşadığım müddətdə iqtidara gələn Sarkozi, Holland və daha sonra Makron dövrlərində daha yaxşı başa düşdüm. Bu gün Makron Fransasının Türkiyə əleyhinə atdığı addımları qiymətləndirərkən qoca adamın dediklərini unutmamalıyıq.

Fransa ilə münasibətlərdə bir digər önəmli nöqtə isə 1789-cu il inqilabına inanan fransız millətinin böyük əksəriyyəti ilə sərmayəyə təslim olan rəhbərlər arasındakı ziddiyyətləri doğru təhlil etməkdir. Əgər Türkiyə ümumiləşdirmələrdən qaçıb Avropadakı boşluqları doğru şəkildə izləsə, təkcə Makron deyil, qoca qitədəki digər liderlər də tək qalacaqlar.

Bəşəriyyət qapqara dənizlərdə yolunu işıqlandıran bir fənər axtarışındadır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar