Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Parçalanmış ermənilər bir-birini qıracaq”

“Bu gün baş verənlər Azərbaycanın müstəqillik tarixində ilk Böyük Vətən Müharibəsidir və hər birimiz bacardığımızı etməliyik. Hamımız elan olunan qanunlara riayyət etməli və Ordumuza dəstək olmalıyıq”.

Bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov deyib. O əlavə edib ki, bu gün ön cəbhədə döyüşən əsgər və zabitlər üçün görüləcək ən böyük iş onlara, ailələrinə dəstək, ruh yüksəkliyi vermək və təyin olunan qayda-qanunlara riayət etməkdir.

“Müharibənin ikinci günü artıq Ordumuz gücünü göstərdi. Erməni mətbuatını və sosial şəbəkəsini izləyənlər görərlər ki, düşmənin keçilməz "Ohonyan səddi" adlandırdıqları ön cəbhələri yarıldı, canlı qüvvəsi və texnikası darmadağın edildi. Ermənistanı Dağlıq Qarabağla birləşdirən iki yoldan biri - Kəlbəcər yolu bağlandı.

Ən vacibi də odur ki, azad olunan kəndlərdən başqa ən mühüm yüksəkliklər ələ keçirildi və Ordumuzun tam nəzarətindədir. Düşmən panikadadır və bu panika yaxın saatlarda, günlərdə bütün Ermənistanı bürüyəcək. Onsuz da parçalanmış ermənilər bir-birini qıracaq”, - deyə hüquqşünas vurğulayıb.

Aslan İsmayılov bildirib ki, bu gün ən ağır yük ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və komandasının üzərindədir: “Ermənilər diasporanın vay-şüvənliyi ilə bütün dünyaya yalvarırlar ki, döyüş dayansın. Tək bu gün Fransa, Rusiya ali dövlət rəhbərlərinin Azərbaycan Prezidentinə müraciətləri ermənilərin hansı sarsılmış halda olduqlarının göstəricisidir. Dünənə qədər Azərbaycana, onun Prezidentinə alov püskürənlər bu gün dizi üstə yalvarırlar.

Əminəm ki, Xalqın tam dəstəyini görən Azərbaycan Respublikası Prezidenti müharibəni bütün torpaqlarımız azad olunana, erməni dığaları öz deşiklərinə girənə qədər davam etdirəcək! Milli Birlik zamanıdır! QARABAĞ AZƏRBAYCANDIR!

Bu yolda hamımıza, ilk növbədə Şanlı Ordumuza uğurlar arzulayıram!”

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar