Şənbə, 06 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Parçalanmış cəmiyyət olaraq ABŞ tək qütblü mərkəz olmaqda davam edə biləcəkmi?

Hazırkı durumda super dövlət olaraq ABŞ-ın gələcəyi üçün hansı təhlükələr mövcuddur?..

Politoloq: “75 milyon amerikalı Trampa səs verib. Müəyyən hesablamalara görə bunların da yarısı radikal mövqeli insanlardır. Bu radikal mövqeli insanlar da ortadan buxarlanmayacaqlar. Onlar hər zaman öz mövqelərini bildirəcəklər”.

“Belə bir vəziyyətdə Bayden hakimiyyətə gəlir. Bu da o demək deyil ki, onun üçün rahat olacaq”.

Bu sözləri politoloq Elxan Şahinoğlu parçalanmış cəmiyyət olaraq ABŞ-ın təkqütblü mərkəz olmaqda davam edə bilməsini PİA.az-a şərh edərkən qeyd edib.

Trampın 4 illik dağıdıcı hakimiyyətindən sonra ABŞ-da Co Bayden dönəmi başlayır və bi dönəm həm də Birləşmiş Ştatlar üçün yeni dönəm olaraq xarakterizə olunur. Bayden yanvarın 20-də andiçmə mərasimi keçirəcək və vəzifəsinin icrasına rəsmən başlayacaq. Ağ Evin yeni sahibinin atacağı addımlar həm də dünyada maraqla izlənir. Çünki ABŞ-ın hegemon güc kimi dünyada gedən proseslərə təsir imkanları sirr deyil.

Beləliklə iki gün sonra ABŞ-da Bayden dönəmi başlayır. İlk dəfədir ki, ABŞ-da cəmiyyətin bu şəkildə parçalanması fonunda hakimiyyətin tranformasiyası baş verir. Parçalanmış cəmiyyət olaraq ABŞ tək qütblü mərkəz olmaqda davam edə biləcəkmi? Ümumiyyətlə hazırkı durumda super dövlət olaraq ABŞ-ın gələcəyi üçün hansı təhlükələr mövcuddur?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaş “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikirlərini öyrənib.

Elxan Şahinoğlu: “Tramp öz tərəfdarlarını arxasınca aparacağını vəd edib”.

Baydenə ABŞ-ı idarə etməyin çətin olacağını proqnozlaşdıran Elxan Şahinoğlu PİA.az-a bildirib ki, Bayden xarici və daxili siyasətdə yeniliklər etməlidir. Lakin politoloq hesab edir ki, Bayden bu yenilikləri edə bilməyəcək. Çünki gücü çatmayacaq:

“Bəli, ABŞ-da cəmiyyət parçalanıb. İlk dəfə idi ki, Konqresə hücum təşkil olunurdu və 5 nəfər də öldü. Qeyd edim ki, ilk və son dəfə, bundan təqribən 200 il əvvəl ABŞ-la Böyük Britaniya arasında müharibə baş verəndə də ingilis əsgərləri Konqresə hücum etmişdilər və Konqresin bir tərəfi yandırılmışdı. Amma indi Konqresə olan hücum başqa idi. Bu hücum ABŞ demokratiyasının tənəzzülünün göstəricisi idi. Belə bir vəziyyətdə Bayden hakimiyyətə gəlir. Bu da onu deməyə əsas verir ki, yeni prezident üçün rahat olacaq. Çünki Tramp hakimiyyətdən getməsinə baxmayaraq, seçkinin nəticələrini tanımadı. Konqresə bu fonda baş verən hücum da, ABŞ cəmiyyətinin bu günə qədər məruz qalmadığı bir parçalanma yaşadığının göstəricisi olaraq ortaya çıxdı. Üstəgəl də Tramp öz tərəfdarlarını arxasınca aparacağını vəd edib. Yəni bu anlama gəlir ki, ABŞ cəmiyyətində qarşıdurma və cəbhələşmə davam edəcək.

Təsəvvür edin ki, 75 milyon amerikalı Trampa səs verib. Müəyyən hesablamalara görə bunların da yarısı radikal mövqeli insanlardır. Bu radikal mövqeli insanlar da ortadan buxarlanmayacaqlar. Onlar hər zaman öz mövqelərini ortaya qoyacaqlar və çox zaman bu mövqe bildirişi radikal xarakterli olacaq. Buna görə də Baydenə çətin olacaq. Həmçinin də Bayden xarici və daxili siyasətdə nəysə yeniliklər etməlidir. Amma o bu yenilikləri edə bilməyəcək. Çünki gücü çatmayacaq. Bu zaman Konqresə də yeni hücumlar artacaq.

Konqresə olunan hücum da bunun nümunəsi idi ki, ABŞ-da cəmiyyətinin radikal hissəsi artıq bu cür həyatla, yaşayış parametrləri ilə ilə barışmaq istəmirlər. Onlar fərqli dəyişikliklər istəyirlər və bu istəklərin böyük hissəsi isə Amarikanın həm demokratiya, həm də super dövlət ənənələri ilə üst-üstə düşmür”.

Nərminə UMUDLU
pia.az


Etiket: Bayden ABŞ
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Arif Rəhimzadə və Vazeh Əsgərov YAP İdarə Heyətinin üzvləri seçilib - Yenilənib

Bu icra başçıları vəzifələrini itirdilər - Siyahı

Ramiz Mehdiyevlə Vasif Talıbova maska taxdırdılar - Foto

Erməni diversantlar Ağdama daxil olub? - Rəsmi açıqlama

Cahangir Əsgərovun həyat yoldaşının sərvəti - Bir neçə ayda 7.7 milyon...

Ramiz Mehdiyev Ata Abdullayevin suallarını cavablandırdı

Bakıda əməliyyat keçirildi, vəzifəli şəxs həbs edildi

Paşinyanın oğlunun biabırçı görüntüləri yayıldı - Foto 

Ən çox oxunanalar