Bazar ertəsi, 14 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Papanin yolu” on il sonra açıldı – Video

Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə 10 ilə yaxındır bağlı olan yol artıq sürücülərin ixtiyarına verilib...

Şəhərin əsas nəqliyyat qovşaqlarından biri hesab olunan bu yolun açılması həm sürücülərin, həm də piyadaların hərəkətində rahatlıq yaradıb.

Ərazidə metrostansiyanın tikintisi uzun illər idi ki, magistralın bağlı olmasına, dolayısı ilə avtomobillərin hərəkətində maneələrin yaranmasına və tıxaclara səbəb olurdu.

Həmçinin yaxınlıqda yerləşən hərbi xəstəxanaya gediş-gəliş də çətinləşmişdi.

Qeyd edək ki, yolun bağlı olması səbəbindən sürücülər daha çox Tbilisi prospektindən istifadə edirdi və bu da tıxacların yaranmasına gətirib çıxarırdı. (Oxu.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: yol

loading...

Ən çox oxunanalar