Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiyadan ən çox zərər çəkən ölkələr açıqlanıb

"Moody's Investors Service" ("Moody's") şirkəti COVID-19 pandemiyası səbəbindən ən çox zərər görən iqtisadiyyatları açıqlayıb.

"APA-Economics"in şirkətə istinadən verdiyi məlumata görə, pandemiyadan sonra bərpa tempi milli iqtisadiyyatın quruluşundan, əmtəə və əmək bazarlarının pandemiya şokunun təsirlərinə uyğunlaşma qabiliyyətindən, hökumətlərin siyasətinin keyfiyyətindən və ölkələrdə kütləvi vaksinasiya səviyyəsindən asılı olacaq.

Agentliyin analitikləri ölkələri onların ÜDM-i üzrə "Moody's"in 2020-2023-cü illər üçün pandemiyadan əvvəl və sonra verdiyi proqnozlardan asılı olaraq üç qrupa bölüblər. Ən az təsirlənən iqtisadiyyatlar proqnozlaşdırılan ÜDM-nin böhrandan əvvəlki səviyyədən 2%-dən aşağı olacaq ölkələr göstərilir. Bu ölkələr sırasına əsasən inkişaf etmiş iqtisadiyyatlar daxildir: ABŞ, Qərbi Avropa ölkələri və Çin. ABŞ-da vaksinasiyanın sürətlə davam etməsi və nəhəng fiskal stimullaşdırıcı paketlər bərpa prosesini əhəmiyyətli dərəcədə tezləşdirir.

Orta dərəcədə təsirlənən ölkələrdə isə proqnozlaşdırılan ÜDM pandemiyadan əvvəlki göstəricidən 2-8% azdır. Bura Rusiya, Meksika, Braziliya və Avstraliya kimi ölkələr daxildir.

Ən çox təsirlənən iqtisadiyyatlarda isə proqnozlaşdırılan ÜDM-in pandemiyadan əvvəlki göstəricidən 8% və bundan daha az olacaq. Bu ölkələr arasında Şri-Lanka, Surinam, Laos, Hindistan, Tunis, Peru yer alıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar