Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiya zamanı necə qidalanmaq lazımdır? - Həkim məsləhəti

Koronavirus pandemiyası demək olar ki, bütün dünyanı əhatə edib. Vəziyyət hər gün daha da pisləşir, COVID-19-un yayılması sürətlə artır. Bir çox ölkələrdə səhiyyə sistemi çökmək ərəfəsindədir. Görünür şəxsi sağlamlığımız üçün özümüz məsuliyyət daşımalı olacağıq.

Həkimlərin bu gün üçün tövsiyəsi lazımi təhlükəsizlik tədbirlərinə riayət etmək, qoruyucu maska taxmaq, sosial məsafəyə və gigiyena qaydalarına əmək etməkdir. Pandemiya şəraitində güclü immunitet son dərəcə vacibdir, bu da əsasən sağlam həyat tərzindən və qidalanmadan asılıdır.

Media.Az bu barədə hazırda koronavirus infeksiyasına yoluxan xəstələrlə işləyən həkim terapevt Mehriban Abdullayeva ilə söhbət edib.

“Pandemiya zamanı ən başlıcası karantin rejiminin qaydalarına riayət etmək, sağlam həyat tərzi keçirmək və düzgün qidalanmaqdır. Qidalanma balanslaşdırılmış, immuniteti gücləndirən vitamin və minerallarla zəngin olmalıdır”, - deyə M. Abdullayeva söyləyib.

Həkimin sözlərinə görə, xroniki xəstəlikləri olan vətəndaşlarla yanaşı, bədən çəkisi artıq olan insanlar da risk qrupuna daxildirlər.

“Bu səbəbdən bu gün yemək rasionuna nəzarət etmək çox vacibdir. Yağlı qidalardan mümkün qədər az istifadə etmək, çəkinin artmasına səbəb olan şirniyyat və ərzaqların qəbulundan çəkinmək lazımdır. Ən əsası – çox yeməməkdir”, - həmsöhbətimiz vurğuladı.

M. Abdullayevanın sözlərinə görə, immuniteti gücləndirmək üçün qidalanmada daha çox mövsümi meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır.

“Məsələn, indi C vitamini və sinklə zəngin olan nar mövsümüdür. Ümumiyyətlə, qida rasionunda tərəvəz və meyvələr üstünlük təşkil etməlidir. Yeri gəlmişkən, şirniyyat məhsullarını təzə meyvələr və ya quru meyvələrlə əvəz etmək olar”, M.Abdullayevə qeyd etdi.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının gündə ən az 400 qram meyvə və tərəvəz yeməyi tövsiyə edir.

Həkim orqanizmə daha çox enerji və toxluq hissi verən liflərlə zəngin məhsulları da unutmamağı tövsiyə edir. Bu səbəbdən hər gün paxla və dənli bitkilərdən istifadə etmək faydalıdır. Buraya buğda, çovdar və yulaf bitkiləri, qarğıdalı, düyü, arpa yarması, darı, qarabaşaq daxildir.

“Zülal məhsullarının faydalarını da unutmaq olmaz. Ət, süd məhsulları və yumurta qiymətli protein mənbəyidir. Üstəlik bu məhsullardan bir çox fərqli yemək hazırlamaq olar”, deyə M. Abdullayeva söyləyib.

Həmsöhbətimiz düzgün qidalanma ilə yanaşı, orqanizmin kifayət qədər miqdarda maye qəbul etməsinin də lazım olduğunu əlavə etdi. Buna görə mümkün qədər çox su içməyin vacibliyini bildirdi.

“Təzə sıxılmış meyvə şirələrə üstünlük verin. Alkoqollu içkilər qəbul etməkdən çəkinin, onlar orqanizmin müqavimət gücünü əhəmiyyətli dərəcədə azaldır, bu da mövcud şərtlərdə qəbuledilməzdir. Ballı və ya zəncəfilli çay içməyi məsləhət görərdim, əlbəttə sui-istifadə etməmək şərti ilə, misal üçün gündə bir dəfə içmək olar. Bu orqanizm üçün çox faydalıdır və eyni zamanda onun müqavimətini artırır”, həkim vurğulayıb.

Fikrinin tamamında müsahibimiz pandemiya zamanı orqanizmi vitamin kompleksi ilə dəstəkləməyin çox vacib olduğunu qeyd etdi.

“D vitamini, C vitamini, maqnezium, selenyum və tərkibində sink olan preparatların profilaktik dozasını qəbul etməyi məsləhət görürəm”, deyə M.Abdullayevə qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar