Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiya neftin bahalaşmasına son qoydu

Bu həftə Avropanın bəzi ölkələrində karantin tədbirlərinin artırılması, ABŞ-da yoluxmaların və işsizliyin artımı, Çində rekord sayda yoluxmalar neft bazarında bahalaşmaya son qoyaraq sürətli azalmaya səbəb olub.

PİA.az xəbər verir ki, həftənin son hərraclarında “Brent” markalı neft 2,8 faiz ucuzlaşaraq 54,84 ABŞ dolları, “WTI” markalı neft də 2,82 faiz ucuzlaşaraq 52,06 dollara satılıb. Bütövlükdə 11-15 yanvar tarixləri arasında həmin markalar müvafiq olaraq 54,78-57,38 dollara və 52,06-53,89 dollara satılıb. Beləliklə, illik hesabla “Brent” 15,13 faiz, “WTI” isə 11,04 faiz ucuzlaşıb.

Xatırladaq ki, həftənin birinci yarısında ABŞ-da xam neft ehtiyatlarının azalmasına (APİ-yə görə 5,8 milyon barel, EİA-yə görə 3,2 milyon barel) dair məlumatlar qiymətlərin artmasına təkan vermişdi. Bununla yanaşı dizel yanacağı ixracatının 1232 min bareldən 714 min barelədək azalması nəticəsində bu məhsulun ehtiyatları 9 oktyabr tarixindən bu yana ən yüksək hədd olan 163 milyon barelə çatıb. “Bloomberg” xəbər verir ki, benzin və dizel yanacağı bolluğu koronavirus dərmanlarının çıxması ilə neft sənayesində başlamış dirçəlişə son qoya bilər.

Belə ki, son vaxtlar bir çox ölkələrdə epidemioloji vəziyyətin kəskinləşməsi ABŞ-dakı neft ehtiyatlarının azalması, Çinin ötən il ərzində neft idxalını 7,3 faiz artırması, ABŞ-da yeni administrasiyanın iqtisadiyyata 2 trilyon dollar həcmində dəstək proqramının açıqlamasından sonra dolların ucuzlaşması, habelə Səudiyyə Ərəbistanının fevral – mart aylarında hasilatı 1 milyon barel azaltmaq və Asiya bazarlarına neft ixracını azaltmaq qərarı kimi amilləri belə üstələyib.

Belə bir vəziyyətdə 2021-ci ilin birinci yarısında neft qiymətlərinə dair fərqli proqnozlar verilir. Məsələn, EİA “Brent”ə dair proqnozunu 48,53 ABŞ dollarından 52,7 dollaradək artırsa da, OPEC neftə tələbatın xeyli risq altında olduğunu irəli sürüb. (Report)

pia.az


Etiket: Brent

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar