Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiya müxalifətin planlarını altı-üst edib

Siyasi partiyaların əksəriyyəti koronavirusa görə qurultayını keçirə bilməyib...

Koronavirus pandemiyası ölkənin hər sahəsinə mənfi təsir etdiyi kimi, ictimai-siyasi fəaliyyəti də iflic vəziyyətinə qoyub. Azərbaycanda olan siyasi partiyalar bir çox tədbirlərini, geniş toplantılarını pandemiya səbəbindən təxirə salıb. Əksər siyasi qurumlar qurultay keçirməli imiş ki, buna nail ola bilməyiblər. AYNA-nın sorğusuna cavab verən partiya liderləri deyiblər ki, pandemiya qurumların işini xeyli geri salıb.

Ümid Partiyasının sədri İqbal Ağazadə: “Partiyamızın qurultayı keçirilməliydi. Planlaşdırılan ən böyük tədbirimiz o idi ki, pandemiya səbəbindən baş tutmadı. Həmçinin bizim mütəmadi olaraq regional müşavirələrimiz keçirilirdi ki, indi toplaşa bilmirik. Yəni, koronavirus ümumi cəmiyyətin işinə nə qədər ziyan vurubsa, partiyamızın da fəaliyyətinə o qədər ziyan dəyib”.

Müsavat Partiyasının başqanı Arif Hacılı: “Faktiki olaraq ənənəvi baş tutan “dəyirmi masa”ları, toplantıları, Məclis və Divan iclaslarını keçirə bilmirlər: “Eyni zamanda, 28 May Respublika Günü münasibətilə keçirməyi planlaşdırdığımız yürüş-mitinqimizi keçirə bilmədik. Mümkün etiraz aksiyalarının hamısı pandemiya səbəbindən təxirə düşdü. Növbədənkənar parlament seçkilərində ciddi qanun pozuntularına qarşı Müsavat Partiyası, ReAL və digər təşkilatlar, vətəndaş cəmiyyəti nümayəndələri, seçkilərdə hüquqları tapdanmış deputatlığa namizədlərin ciddi etiraz prosesi başlamışdı. Bu prosesə aksiyalar, piketlər daxil idi. Seçki saxtakarlığına qarşı cəmiyyəti birləşdirmişdik ki, atmaq istədiyimiz addımlar koronavirus səbəbindən təxirə salındı. Məsələn, Xudafərin çayı üzərində Azərbaycanın razılığı ilə erməni işğalında olan ərazilərimizə körpülərin çəkilməsinə, Su Elektrik Stansiyasının tikintisinə, Yasamalda polis özbaşnalığına qarşı, Tofiq Yaqublu və digər siyasi məhbusların azad olunması üçün aksiyaların keçirilməsi labüd idi. Amma pandemiya bu cür təbirlərin reallaşdırmasına mane oldu. Eyni zamanda, partiyanın cari fəaliyyətinə də mənfi təsir göstərir. İndi toplantılarımızı “Zoom” üzərindən təşkil edirik. Onlayn keçirdiyimiz tədbirlərdə məhdud sayda şəxslər iştirak edir ki, bu da partiyamızın fəaliyyətinə ciddi zərbə vurur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi: “Pandemiyadan əvvəl partiyanın qurultaya hazırlıq üzrə rayon təşkilatlarının konfransları keçirilirdi. Partiyanın qurultaya hazırlığı, yerli özəklərin, rayon təşkilatlarının bütün toplantıları təxirə salındı. Partiyanın Rəyasət Heyətinin və Ali Məclisin iclaslarını da təxirə salmışıq. Həm insanları koronavirusla bağlı riskə atmaq istəmirik, həm də cəmiyyətə nümunə göstəririk ki, virusdan qorunmaq lazımdır. Hökumətin qərarından əvvəl biz AXCP olaraq tədbirlərimizin təxirə salındığını elan etdik ki, insanlarımız koronavirus təhlükəsinin cidiyyətini nəzərə alsınlar. Yəni, demək istədiyim odur ki, hər sahədə olduğu kimi, AXCP də pandemiyanın fəsadlarını yaşayır”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu: “Rayon-şəhər şöbələrinin konfranslarına başlamışdıq. İstəyirdik ki, bu aylarda qurultayımızı keçirək. Amma pandemiya bu tədbirlərə maneə oldu, işlərimiz xeyli ləngidi. Ölkədə vəziyyət necədirsə, digər partiyaların cari fəaliyyəti necə həyata keçirilirsə, KXCP də o formada işləyir. Arzu edirəm ki, tezliklə bu bəla yer üzərindən götürülsün, hər şey yaxşı olsun”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev: “Pandemiya siyasi fəaliyyətimizi faktiki olaraq dayandırıb. Nəzərdə tutduğumuz tədbirləri həyata keçirə bilmirik. İyun ayının əvvəllərində 500 nəfərin iştirakı ilə böyük bir tədbir keçirmək istəyirdik. İki dəfə piket keçirmək istəmişik, məcburiyyətdən Bakı Şəhər İcra Hakimiyyətinə 9 nəfərin adını göndərmişik. Düzdür, hər iki müraciətimizə “yox” deyilib. Rayonlarda xeyli sayda tərəfdarları var ki, onlarla görüşə gedə bilmir. Əvvəlki xüsusi karantin rejimi dövründə də biz partiya sədrlərinin evdən bayıra çıxmasına icazə verilmədi. Mən o zaman Prezident Administrasiyasına müraciət etdim ki, bizim hərəkət məhdudiyyətimiz aradan qaldırılsın. Bir satıcıya bayıra çıxmaq hüququ verildi, amma siyasi partiya sədrinə məhdudiyyət qoyuldu. Bu, iqtidarın siyasi sistemə münasibəti idi. Pandemiya zorən olan bir haldır, dünyanın fəlakətidir, bunu inkar etmək olmaz. Azərbaycanda da məhdudiyyətlər tətbiq edilməlidir. Amma SMS-icazə sistemində siyasi partiya liderləri də icazəli kateqoriyaya salınmalı idi. Birbaşa müraciətimizə baxmayaraq, adımız o siyahıya salınmadı. Bütün sadaladıqlarım onu göstərir ki, siyasi partiyalar pandemiyadan ciddi şəkildə əziyyət çəkir, fəaliyyətimiz donmuş hesab edilə bilər”.

Ağ Partiya sədri Tural Abbaslı: “Bu aralar böyük tədbirlər planlaşdırmamışıq. Ənənəvi tarixi günlərlə bağlı keçirilən kütləvi tədbirlər istisna olmaqla, hansısa xüsusi tədbirimiz yox idi. Amma regionlara səfərlərimiz olmalı idi ki, pandemiya buna maneə yaratdı. Həmçinin, digər siyasi partiyalarla birgə tədbirlərimiz olmalı idi ki, təxirə düşdü. Ümumilikdə fəaliyyətimizə pandemiyanın mənsi təsirləri oldu və bu davam etməkdədir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar