Şənbə, 11 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Pandemiya ilə bərabər daha bir qlobal təhlükə Avropanı "cənginə" alıb 

Dərd tək gəlmir: pandemiya az idi, indi də Avropa yeraltı su mənbələrinin tükənməsi səbəbindən içməli və suvarma su problemi ilə üz-üzədir...

Britaniyanın “Daily Mail” qəzeti yazır ki, bu, qışın son üç il ardıcıl olaraq qeyri-adi isti və quru keçməsi ilə əlaqədardır. Bu il Avropada daha az qar yağması səbəbindən yeraltı su mənbələri həmişəkindən daha zəif olub.

AzərTAc “İsrail xəbərləri” saytına istinadla xəbər verir ki, may ayında qitəyə istilik dalğası yayılıb. Bundan əlavə, sinoptiklər yayın yenidən isti və quraq keçəcəyini proqnozlaşdırırlar.

“Copernicus” nəşriyyatı Avropada İqlim Dəyişikliyinə Nəzarət Xidmətinin yeraltı sular və gözlənilən quraqlığın vəziyyətinə dair hazırladığı xəritələri dərc edir. May və iyun aylarının əvvəlində Portuqaliya, İspaniya, Fransanın Bretan regionu, Danimarka, İsveçin və Finlandiyanın cənubu, Latviya və Estoniyada yağan az miqdarda yağışlar yeraltı su mənbələrinin vəziyyətini yaxşılaşdırsa da, sonra yağıntılar düşməyib.

Şərqi və Mərkəzi Avropada kənd təsərrüfatı bitkilərini suvarmaq üçün istifadə olunan yeraltı su mənbələri faciəli vəziyyətdədir. Bu, Şimali Qafqazı, bütün Ukraynanı (Zakarpatyadan başqa), Rusiya və Belarusun Avropa hissəsinin cənubunu, Polşanın cənubunu və mərkəzini, Slovakiya və Çexiyanı, Almaniyanın cənubunu və Fransanın şərqini əhatə edən tünd qırmızı rəngli geniş bir zolaqdır.

Çexiya hakimiyyəti bildirir ki, yaz aylarında su mənbələrinin 80 faizinin tükənməsi ölkəni son 500 il ərzində analoqu olmayan quraqlıq təhlükəsi qarşısında qoyub.

Ukraynada Desna çayının səviyyəsi 5 metrədək enib. Bu ötən 140 il ərzində müşahidə edilən ən aşağı göstəricidir.

“Son illər Mərkəzi Avropa qeyri-adi sabit hava səbəbindən bir neçə quraqlıq mərhələsinə məruz qalıb ki, bu da, qlobal istiləşmə ilə əlaqələndirilir. Çoxillik quraqlıq artıq yeraltı sulara və meşələrə də (qabıqyeyən böcəklərin hücumu səbəbindən) ziyan vurub”, - deyə Vyana Universitetinin mütəxəssisi baş verənləri şərh edərkən söyləyib.

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Avropa susuzluq


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ramiz Mehdiyevin xarici dövlətin yüksək səviyyəli qurumları qarşısında öhdəlikləri var” - Fəzail Ağamalı 

Növbəti həbslər hansı dövlət qurumunda ola bilər? 

Eldar Mahmudovun yeni milyardları… – “Zaminbank” ona necə kömək edib?

Öncə “Diqlas” sonra park... - İcra başçısının sonunu gətirən səbəblər - Həbs oluna bilər

Milli Məclisin xüsusi sessiyasının çağırıldığı xəbəri yayıldı — Ölkədə fövqəladə vəziyyət elan olunur?

Nizami rayonunun icra başçısı vəzifəsindən azad edildi - Sərəncam

Arif Qasımovun qovulmasının sirri açılır: "Qara Kassa" Ramin Əhmədov kimdir? - Fotolar

“Səhvim oldu, prezident də çıxardı” - Arif Qasımov

“Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq” - Cəsarət Valehov

loading...

Ən çox oxunanalar