Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiya dövründə qlobal fərdi kompüterlər bazarı 15 faiz artıb

"International Data Corporation" (IDC) şirkəti ənənəvi fərdi kompüterlər (masaüstü, noutbuk və işçi stansiyalar) üçün qlobal bazarda kəskin artım qeydə alıb. Bu ilin üçüncü rübündə kompüterlərin tədarük həcmi 14,6 faiz artaraq 81,3 milyon təşkil edib.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, analitiklər bu vəziyyətin pandemiya ilə izah olunduğunu qeyd ediblər. Özünü təcridetmə, distant iş rejimi və distant təlim şəraitində istifadəçilərə əlavə cihazlar lazım olub.

23,7 faiz bazar payına malik "Lenovo" şirkəti qlobal fərdi kompüter bazarında ən böyük "oyunçu"dur. İllik hesablama üzrə bu şirkət tədarük həcmini 11,3 faiz artırıb. 23 faiz bazar payına sahib "HP" şirkəti ikinci yeri tutub, bu istehsalçı tədarük həcmini 11,2 faiz artırıb. 14,8 faiz bazar payına malik "Dell" şirkəti üçüncü olub, ancaq bir ildə şirkətin kompüterlərinin satış həcmi 0,8 faiz azalıb.

Analitiklər bildirirlər ki, ümumilikdə bu sahədə qeydə alınmış müsbət dinamikaya baxmayaraq, pandemiya şəraitində bəzi fərdi kompüterlər istehsalçıları müəyyən komponentlərin çatışmazlığı ilə bağlı çətinliklərlə üzləşiblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar