Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiya daha çox öldürür, yoxsa populizm? - Şoumen liderlərin rəzil siyasəti...

Elmə və tibbi təcrübəyə önəm verməyən populist liderlər vətəndaşlarını pandemiya qarşısında tamamilə sahibsiz buraxdılar və özləri də dünyaya rəzil oldular...

Ufuk Söylemez

“Aydınlık” qəzeti, Türkiyə, 21 may 2020-ci il

Covid-19 virusunun səbəb olduğu yoluxma sayı dəhşətli səviyyələrə yüksəlib.

Bəşəriyyətin texnoloji və elmi cəhətdən gəlib çatdığı bu günki səviyyədə bu virusa qarşı təsirli bir dərmanın və ya peyvəndin hazırlanacağı ilə bağlı hələ də heç bir nikbin gözlənti yoxdur. Ona görə, bütün ümidlər 2020-ci ilin sonunadır.

Diqqəti çəkən hal budur ki, pandemiyaya qarşı vaxtında tədbir görən və populistlik etmək əvəzinə, realist olmağı üstün tutan, ağıl və təcrübəyə əsaslanan ölkələrdə yoluxmaların və ölümlərin sayı daha azdır.

Lakin populist liderlər, yəni pandemiyaya ciddi yanaşmayan, karantin tədbirlərinə məhəl qoymayan, elmə və tibbi təcrübəyə əsaslanmayan, öz xalqını deyil, şəxsi reputasiyasını düşünən rəhbərlər ölkələrini və xalqlarını viran qoyublar. Bu cür davranaraq iqtisadi və hərbi qüvvələri sayəsində öz nüfuzlarına da böyük zərər veriblər. Öz səhiyyə işçilərinə maskalar, qoruyucu geyimlər paylamaqda və vətəndaşlarının təhlükəsizliyini təmin etməkdə aciz qalıblar.

Əlbəttə ki, on minlərlə insan bu populist liderlərin səhvlərini öz canları ilə ödəyirlər.

ABŞ Prezidenti D. Tramp, İngiltərənin Baş naziri B. Conson və Braziliya prezidenti J. Bolsanaro ucuz populizm, bəsit siyasi maraqlar və şişirdilmiş təkəbbürlə hərəkət edib.

20 may 2020-ci il tarixində Cons Hopkins Universitetinin yaydığı məlumatlara görə, dünyanın 188 ölkəsində meydana gələn yoluxma sayı 4.900.253-ə çatıb. Təəssüf ki, virusa görə ölənlərin sayı da 323.000-dən 341.000-ə çatıb.

Dünyadakı ümumi yoluxma sayının 2.31.643-ü, yəni 77%-i üç ölkədə görülüb. Dünyanın 188 ölkəsindəki 323.341 ölüm hadisəsinin 45%-i 3 eyni ölkədə, yəni ABŞ, İngiltərə və Braziliyada baş verib.

Tramp əvvəldən bəri vəziyyətin ağırlığını dərk edə bilmədən boş-boş özü ilə öyünür və təkəbbürlü təbliğat nitqləri ilə aylardır xalqını pərişan vəziyyətə salır.

2020-ci ilin noyabr ayında keçiriləcək prezident seçkilərindən başqa heç bir şeylə maraqlanmayan Tramp hələ də iqtisadiyyatı insan həyatından üstün tutan vəhşi kapitalist ritorikalarını davam etdirir. O, öz uğursuzluğunu Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və ya Çinə yükləyərək ört-basdır etməyə çalışır.

Lakin ortada belə bir reallıq var ki, bu populist davranışlara görə dünyadakı
yoluxma və ölüm hallarının təxminən 30%-i təkcə ABŞ-da ortaya çıxıb.

Təəssüf ki, Consonun “sürü immuniteti” sözü ilə pandemiyaya ciddi yanaşmaması İngiltərəni Avropanın ən çox yoluxma və ölüm sayına sahib ölkəsinə çevirdi. Digər tərəfdən, Conson yoluxduğu virusdan özünü xilas edərək, bəlkə də, ən böyük həyat dərsini aldı.

Burada Braziliyanın populist-faşist meyillər göstərən və Amerika tərəfdarı olan prezidenti Bolsanaro barədə də xüsusilə danışmaq lazımdır.

Braziliya xalqı bu gün Braziliya kimi böyük və əhəmiyyətli bir ölkənin başına gələ biləcək ən böyük bədbəxtliyi yaşayır. Bolsanaro ona Hitler kimi salam verən silahlı qruplarla birlikdə karantin nümayişlərində iştirak edib. Tramp kimi təkəbbürlü və şoumenə bənzər davranışları olan Bolsanaro Braziliyanı Cənubi Amerikanın ən çox yoluxma və ölüm sayına sahib ölkəsinə çevirib.

Bolsanaronun populizminə görə Braziliyadakı pandemiya hazırda nəzarətdən çıxmış vəziyyətdədir.

Qısaca, elmə və tibbi təcrübəyə önəm verməyən, siyasi və fərdi populizmdən başqa heç nə düşünməyən Tramp, Conson və Bolsanaro vətəndaşlarını pandemiya qarşısında tamamilə sahibsiz buraxdı və özləri də dünyaya rəzil oldular.

Bu ucuz, fürsətcil və düşüncəsiz davranışlara görə, ehtimal ki, onların ölkələri pandemiyanın nəticəsi olaraq iqtisadi böhranın ən çox təsir etdiyi ölkələr sırasında olacaqlar.

Qısa müddətli ambisiyaları və maraqları üzündən xalqı pandemiya qarşısında viran qoyan bu populist liderlər ilk seçkilərdə davranışlarının bədəlini ödəməlidirlər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar