Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pambıq sezonu – Ötən ilki ajiotaj niyə hiss olunmur?..

Ekspert: “Pambıqçılığın inkişafına hər il 100 milyonlarla dollar vəsait xərclənib. Sual oluna bilər ki, pambıqçılığa qoyulan bu sərmayə nə qədər gəlir gətirib?”

“Pambığın istehsalına yox, emalına, emal nəticəsində yüngül sənayenin inkişaf etdirilməsi ilə daha çox gəlir əldə etmək olardı. Hökümət buna yox, xammal istehsalına küllü miqdarda dövlət vəsaiti xərclədi. Bu isə düzgün strategiya deyildi”.

Bu sözləri kənd təsərrüfatı mütəxəssisi, ekspert Vahid Məhərrəmli bu il pambığa olan marağın azalma səbəblərini PİA.az şərh edərkən bildirib.

Hazırda ölkədə pambıq yığımına start verilib. Amma ötən ilə nisbətən bu il pambıq ətrafında ajiotaj yaşanmır. Misal üçün rayonlarda pambıq yığımına büdcə çalışanları artıq cəlb edilmir. Etiraf etməliyik ki, 2017 və 2018-ci illərdə icra başçıları məhsulun batmaması üçün demək olar ki, kütləvi şəkildə büdcə çalışanlarını məcburi qaydada pambıq yığımına yönlədirdilər. Bu il isə bu baş vermir və demək olar ki, pambıq yığımı əsasən maşınlarla həyata keçirilir.

İnsan əməyinin texnika ilə əvəzlənməsi öz yerində. Amma pambıqçılığa olan marağın kəskin şəkildə və həm də hökümət səviyyəsində aşağı düşməsi açıq şəkildə müşahidə olunmaqdadır. Bu da bəzi ekspertlər tərəfindən neftdən sonra ölkənin əsas strateji məhsulu olaraq dəyərləndirilən pambıq istehsalına hökümətin marağının azalması kimi qiymətləndirilir.

Bəs 2017 və 2018-ci illərdən fərqli olaraq bu il pambığa olan marağın azalması nəylə əlaqəlidir? Strateji bir sahə olaraq pambıqçılığın ölkəyə ciddi gəlir gətirmədiyinə görəmi, yoxsa başqa səbəblərdən pambıq artıq qeyri-neft sektorunun inkişafında əsas yerini itirməkdədir?

Qeyd edək ki, ötən illərdə dövlət tərəfindən pambıqçılığın inkişafı və istehsalın artırılması üçün külli miqdarda dövlət vəsaiti ayrılıb. Elə fermerlər də pambıq əkinindən qazanclı çıxdıqlarını və pambıqçılığa böyük maraqlarının olduğunu gizlətmirlər. Lakin buna baxmayaraq bu il 2018-ci ilə nisbətən pambıq sahələri 32 min hektar azaldılıb və bu azalma fermerlərin pambıqçılığa marağının azalması ilə deyil, hökümətin siyasəti sahəsində baş verib.

Xatırladaq ki, hökümətin 2016-2018 ci illərdə pambıqçılıla bağlı elan etdiyi strategiyada göstərilidi ki, 2020-ci ildə ümumi pambıq istehsalını 700 min tona qədər artıracaqlar. Həmin strategiyada 200 min hektar sahədə pambıq əkini nəzərdə tutulurdu və orta hesabla hektardan 25-30 sentner məhsul götürməklə istehsalı 700 min tona qədər artırmaq nəzərdə tutulurdu.

Lakin 2019-cu ildə hökümət bu strategiyadan vaz keçdiyini ortaya qoyaraq pambıq sahələrini 30 faiz azaltmağa qərar verdi. Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 132 min hektar sahəyə pambıq əkilmişdi. Bu il isə bu rəqəm 100 min hektara qədər azaldılıb və etiraf etməliyik ki, bu heç də kiçik fərq deyil.

Başqa bir maraqlı nüans isə ondan ibarətdir ki, 2016-2017-2018-ci illərdə prezident İlham Əliyev pambıqçılığın inkişafına xüsusi diqqət yetirirdi. Lakin 2019-cu ildə bu müşahidə olunmur. Qeyd edək ki, prezident İlham Əliyev 2016-2017-2018-ci illərdə pambıqla bağlı müşavirələr keçirmişdi. Amma bu il Prezident müşavirə keçirmədi. Yalnız Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi ilə bir neçə gün əvvəl pambıqçılıla bağlı müşavirə keçirildi.

Mövzu ilə PİA.az-ın əməkdaşı kənd təsərrüfatı mütəxəssisi, ekspert Vahid Məhərrəmlinin fikirlərini öyrənib.

Vahid Məhərrəmli: “İndiki dönəmdə pambıqçılığın strateji əhəmiyyət kəsb etməsini hökümət sübut etməli idi. Bu da o vaxt olardı ki, Azərbaycana pambıq istehsalından çox böyük gəlirlər gəlsin və bu gəlirlər Azərbaycan iqtisadiyyatında mühum rol oynasın”.

Pambıqçılıla bağlı yaranmış vəziyyəti PİA.az-a şərh edən ekspert hökümətin pambığa olan marağının azalmasını bir neçə aspektdən yanaşıb. Məhərrəmli hesab edir ki, hakimiyyət pambığın strateji əhəmiyyət kəsb etdiyini deməklə böyük yanlışlığa yol verdi. Azərbaycan Sovet dönəmində belə bütün resurslar kütləvi və adminstrativ şəkildə pambıqçılığa yönləndirildiyi zaman belə 700 min ton pambıq istehsal edə bilməmişdi. Vahid bildirib ki, sovet dşnəmində orta pambıq istehsalı 350 min civarında idi və bunun üçün böyük resusrslar səfərbər edilir, eyni zamanda daha çox sahə əkilir və bu yolla məhsuldarlıq şişirdilirdi.

“Pambığa görə Azərbaycanın bütün resurslarının səfərbər edilməsi həmin dövrdə Azərbaycan iqtisadiyyatına çox ciddi ziyan vurmuşdu. Bu ziyan daha çox məhsuldarlığln artırılması üşün daha çox sahələrin əkilməsi və bununla da pambığın maya dəyərinin əslində olduğundan iki dəfəf artıq baha gəlməsi ucbatından formalamışdı. Biri var o sahəni ciddi inkişaf etdirəsən, potensialı artırasan, biri də var sahəni yola verəsən.

İndiki dönəmdə pambıqçılığın strateji əhəmiyyət kəsb etməsini hökümət sübut etməli idi. Bu da o vaxt olardı ki, Azərbaycana pambıq istehsalından çox böyük gəlirlər gəlsin və bu gəlirlər Azərbaycan iqtisadiyyatında mühum rol oynasın”.

Vahud Məhərrəmli hesab edir ki, bu gün Azərbaycanın kənd təsərrüfatında strateji əhəmiyyət kəsb edə biləcək sahə taxıl istehsalı ola bilər. Çünki taxıl ölkənin ərzaq təminatında əhəmiyyətli rol oynayır. Digər tərəfdən taxıl çörək, un, ət, süd istehsalında istifadə olunan çox dəyərli xammaldır. Təssüflər olsun ki, ölkədə bu sahəni də inkişaf etdirmirlər və torpaqların şoranlaşması bu sahədə məhsulun həm keyfiyyətinin, həm də həcminin aşağı düşməsinə səbəb olur.

2015-ci ildə Azərbaycanın milli valyutası kəskin şəkildə dəyərdən düşdüyünə və gəlirlərin azalmasına diqqət çəkən ekspertin fikrincə pambıqçılığa önəm verməklə hökümət də imitasiya ilə məşğul olurdu və əhalini sakitləşdirmək istəyirdi ki, pambıqçılılğı inkişaf etdirməklə, baramaçılıq, tütünçülüksahələrini böyütməklə, ümumilikdə kənd təsərrüfatını dirçəldəcək və ölkə itisadiyyatında kənd təsərrüfatının rolunu artırmaqla yeni iqtisadi dirçəlişə nail olunacaq: “Bu da yanlış fikir idi. Ümumiyyətlə bütün ölkələrdə kənd təsərrüfatı dotasiya, subsidiya ilə inkişaf etdirilir. Məsələn pambığın istehsalına yox, emalına, emal nəticəsində yüngül sənayenin inkişaf etdirilməsi ilə daha çox gəlir əldə etmək olardı. Hökümət buna yox, xammal istehsalına küllü miqdarda dövlət vəsaiti xərclədi. Bu isə düzgün strategiya deyildi”.

Vahid Məhərrəmli: “Kənd Təsərrüfatı Nazirliyində əsasən qeyri-peşəkarlar toplaşıb. Onlar pambığın nə olduğunu bilmirlər və pambığı apteklərdə görüblər”.

Dünya bazarında isə pambığın qiymətinin sabit olmadığını və tez-tez qalxıb düşdüyünü vurğulayan ekspertin fikrincə aşağı qiymətlər olduğu zaman Azərbaycan pambıqçıları çox ziyana məruz qala bilərlər. Bu hal bir neçə dəfə təkrar olunub: “İndi də dünyada pambıq istehsalı 10 faizdən çox artıb ki, bu da böyük həcmdir. Bir yandan da pambıq ehtiyatı çoxdur. Yəni anbarlarda kifayət qədər pambıq saxlanılır. Bunlar da qiymətin aşağı enməsinə gətirib çıxarır”.

Vahid Məhərrəmli pambıqçılığa olan marağın azalmasını həmçinin xammal ixracı ilə məşğul olan şirkətlərin bu sahəyə marağı azalması ilə əlaqələndirib: “Onu da qeyd edim ki, ixracla məşğul olan şirkətlər çox yüksək vəzifəli dövlət məmurlarının yaxın qohumlarının şirkətidir ki, onların marağına uyğun da dövlət büdcəsindən böyük həcmdə maliyyə resursları xərclənmişdi. İndi də onlar görürlər ki, bu sahədən onlara heç nə qalmır. Buna görə də onların bu sahəyə maraq azalır. Hətta keçən illə müqayisədə bu il bazarda hər tonun qiymət 200 dollardan çox aşağı düşüb. Bu hal da pambıq ixrac edən şirkətlər üçün marağın azalmasına gətirib çıxarıb”.

Vahid Məhhərrəmli qeyd edib ki, dövlətin ayırdığı pullarla pambıqçılığı inkişaf etdirməyin mümkün olmadığını hökümət yaxşı bbilir. Amma Azərbaycanda pambıqçılığı çox gəlirli sahəyə çevirmək mümkündür. Lakin Azərbaycandakı korrupsiya bu hədəfin reallaçmasının qarşısında əsas maneədir. Kənd Təsərrüfatı Nazirliyində əsasən qeyri-peşəkarlar toplaşıb. Onlar pambığın nə olduğunu bilmirlər və pambığı apteklərdə görüblər”

“Pambığı necə becərmək lazımdır, yeni sortlar üzərində necə işləmək lazımdır, hansı sortlar Azərbaycanda daha çox gəlirli ola bilər bunları indi bu sahə ilə məşğul olanlar bilmirlər. Pambıqçılığın inkişafına hər il 100 milyonlarla dollar vəsait xərclənib. Bunu ölkə prezidenti də dəfələrlə deyib. Sual oluna bilər ki, pambıqçılığa qoyulan bu sərmayə nə qədər gəlir gətirib? Bu qədər vəsait dövlət büdcəsindən xərclənib indi də sahəyə maraq yoxdur. Niyə? Çünki dünya bazarında qiymət ucuzlaşıb. Digər tərəfdən isə Azərbaycanda məhsuldarlıq aşağıdır və məhsuldarlığı qaldırmaq üçün düzgün aqrosiyasət aparılmır.

Hökümət elan etmişdi ki, 2020-ci ildə ümumi məhsul istehsalın 700 min tona çatdıra biləcəklər. 200 min hektarda pambıq istehsalı həyata keçirilməli idi və hər hektardan da 25-30 sentner məhsul istehsal edəcəklər. İndi isə pambığın əkin sahəsini 32 min hektar azaldıb, 100 min hektara salıblar. Hər şeydən əvvəl növbəli əkin sistemin yaratmaq üçün əkin sahələrin artırmaq lazım idi. Texniki bitkilərin əkini növbəli əkin sistemində mütləq yer tutmalıdır”.

Ekspert onu da vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi kortəbii iş görür və orada çalışanlar işin mahiyyətini anlamırlar. Sadəcə olaraq kampaniya aparırlar və istəmirlər ki, apardıqları kampaniya tam iflas etsin: “Çox təssüflər olsun ki, kənd təsərrüfatı batıb gedir”, deyə Vahid Məhərrəmli vurğulayıb.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar