Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pambıq paltarlar koronavirusdan qoruyur? - Həkimdən açıqlama

“Ümumdünya Səhiyyə Təşkilatının avqustun 13-də Cenevrədə keçirilən brifinqində Mariya van Kerkxove belə fikir bildirib ki, COVİD-19-a təkrar yoluxma yoxdur və təkrar yoluxma halları haqqında bəzi ölkələrdən gələn xəbərlər öz təsdiqini tapmayıb”.

PİA.az xəbər verir ki, bu sözləri həkim allerqoloq-pulmonoloq Ramin Nəriman “Şərq”ə açıqlamasında bildirib. Onun sözlərinə görə, dünyada ilkin yoluxmadan aylar keçsə də, təkrar yoluxma faktı indiyədək təsdiq olunmayıb:

“İlkin yoluxmadan, yəni dekabr ayından 7-8 ay keçsə də, bu zaman kəsiyində təkrar yoluxma təsdiq olunmayıb. 10 aydan və ya 1-2 ildən sonra yoluxma hallarına rast gəlinə bilər. Bunu indidən demək mümkün deyil”.

Həkim-pulmonoloq əlavə edib ki, hər bir mikroorqanizmin yaşaması üçün mühit lazımdır: “Həmin mühitlər mikroorqanizmin yaşamasına imkan vermirsə, bu zaman onların həyatının davam etməsi də mümkün deyil. O cümlədən də koronavirusun pambıq olan mühitdə uzun müddət həyat qabiliyyətini saxlaması mümkün deyil. Bu, indiyə qədər aparılan bir çox mötəbər mənbələrin tədqiqatında öz təsdiqini tapıb”.

Həkim "pambıq paltarlar insanları koronavirusdan qoruyurmu" sualına da aydınlıq gətirib: “Bu çox yanlış fikirdir. İnsanlar pambıqdan alınmış parçadan maska düzəldib istifadə edə bilərlər. Amma o demək deyil ki, insanlar pambıqdan paltar geyinsə, qoruyacaq. Paltardan, qidadan yoluxma birmənalı şəkildə yoxdur.

Bu artıq Ümumdünya Səhiyyə Təşkilatının avqustun 13-də Cenevrədə keçirilən birifinqində də təsdiqlənib. Çində Braziliyadan, Argentinadan göndərilən minlərlə qida məhsulları üzərində tədqiqatlar aparılıb. Qidanın qablaşdırıldığı karton, plastik qablarda koronavirus aşkarlanıb. Onu satışa buraxan müəssisələrdə isə heç bir yoluxma faktı təsdiq olunmayıb.

Ona görə ki, 3-4 gün gəlib istehlakçıya çatana kimi həmin məhsulların üzərindəki koronavirus artıq ölür. Ən əsası qida məhsulları bişirilərək qəbul olunur, bişirmə mühitində də koronavirus ölür. Ona görə də qidada yoluxma yoxdur. Pambıq paltar geyinməklə mən koronavirusdan qorunacağam adlı bir iddia da yoxdur. Baxmayaraq ki, qısa zamanda pambıq parçaya düşən koronavirus yaşama qabiliyyətini itirir”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar