Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistanlı politoloq: "Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi ölkənin imicinə müsbət təsir göstərəcək"

18-ci Zirvə Görüşünün Bakıda keçirilməsi region və dünya ölkələri üçün böyük əhəmiyyət kəsb edən hadisədir...

Qoşulmama Hərəkatı üzv ölkələrinin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşünün Bakıda keçirilməsi region və dünya ölkələri üçün böyük əhəmiyyət kəsb edən hadisədir.

PİA.az bildirir ki, bunu Trend-ə pakistanlı politoloq Məhəmməd Asif Nur deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi ölknin nüfuzunu daha da artıracaq:

"Bununla yanaşı, Azərbaycanın üzərinə məsuliyyətli missiya qoyulub, çünki bu beynəlxalq struktur regionda və dünyada sülh və sabitliyin möhkəmlənməsinə vacib töhfə verir. Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə ölkə siyasətinin prioriteti olan Qarabağ probleminə toxunması məntiqə uyğun idi".

Politoloq xatırladıb ki, Pakistan 90-cı illərdə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. Həmçinin, Pakistan beynəlxalq ictimaiyyəti Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına vadar etməyə çağıran birinci ölkədir:

"Azərbaycan Prezidenti Bakı sammitində Qarabağla bağlı düzgün vurğular qoydu və bəyan etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır, münaqişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, güc tətbiq etməklə ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə qəbulolunmazdır".

M.A.Nur bildirib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bundan sonra da Azərbaycanı dəstəkləyəcək və onun milli maraqlarının dəstəklənməsi, ərazi bütövlüyünün bərpası və sərhədlərin toxunulmazlığı üçün çıxış edəcək.

Politoloq əlavə edib ki, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi ölkənin imicinə müsbət təsir göstərəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar