Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistandan dünyaya çağırış

Pakistan Baş naziri İmran Xan yoxsul ölkələrin borclarının pandemiyanın sonuna qədər dayandırılmasını və bunun nəticələrini aradan qaldırmaq üçün bir sıra digər addımların atılmasını təklif edib.

TASS xəbər verir ki, bu barədə o, BMT Baş Məclisinin koronavirusla mübarizə üzrə xüsusi iclasında deyib.

“Birincisi, aşağı gəlirli və ən imkansız ölkələr üçün pandemiyanın sonuna qədər borc ödənişlərinin dayandırılmasıdır. İkincisi, ən az inkişaf etmiş ölkələrin borclarının silinməsi”, - deyə pakistanlı nazir bildirib.

Bununla yanaşı, o təklif edib ki, digər inkişaf etməkdə olan ölkələrin dövlət sektoru borcları razılaşdırılmış formada, hərtərəfli çoxşaxəli əsasda yenidən qurulsun və 500 milyard dollar məbləğində xüsusi kredit çəkmə hüquqları ayrılsın.

Xan eyni zamanda, kasıb ölkələrin insanlarına ucuz qiymətə qısamüddətli kreditlər verəcək beynəlxalq mexanizm yaratmağı da təklif edib. Onun fikrincə, inkişaf etməkdə olan ölkələrdən kütləvi miqdarda qanunsuz vəsait axını dayandırılmalı və korrupsioner siyasətçilər və cinayətkarlar tərəfindən oğurlanan vəsaiti bu dövlətlərə qaytarmaq üçün təcili tədbirlər görülməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar