Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərindəki “Serena” otelin avtomobil dayanacağında partlayış baş verib.
PİA.az-ın məlumatına görə, partlayış nəticəsində azı üç nəfər həyatını itirib.
Bildirilib ki, xəsarət alan 13 nəfər xəstəxanalara aparılıb. İki yaralının vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.(Report)
pia.az