Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistan prezidenti Qarabağın azad olunması münasibətilə Azərbaycanı təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan Prezidenti Arif Alvi ilə görüşüb.

“Report” “Dispatch News Desk” (DND) agentliyinə istinadən xəbər verir ki, Ceyhun Bayramov Azərbaycanın bütün beynəlxalq forumlarda Kəşmir məsələsində Pakistanı dəstəkləməyə davam edəcəyini söyləyib.

Bundan əlavə, azərbaycanlı nazir Pakistana Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə görə təşəkkür edib. O, həm Pakistan, həm də Azərbaycanın ikitərəfli ticarət və mədəni əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malik olduğunu vurğulayıb.

Prezident Arif Alvi Pakistanın Azərbaycanla ümumi inanc və mədəni əlaqələrə əsaslanan münasibətlərini yüksək qiymətləndirdiyini qeyd edib.

O, Azərbaycan hökumətini və xalqını Dağlıq Qarabağın azad edilməsi münasibətilə təbrik edib və Pakistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib. Prezident Arif Alvi həmçinin ikitərəfli əmtəə dövriyyəsinin artırılmasının və iki ölkə arasında mədəni və ticarət əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar