Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Özünü o dərəcədə əmin və təhlükəsiz hiss edir ki...”

Tofiq Abbasov: “Rusiyada ciddi siyasi dəyişikliklərin olacağına inanmıram”...

 

 

Martın 11-də Rusiya Dövlət Duması Vladimir Putinin prezidentlik müddətinin uzadılmasını təklif edib. Dumanın təklifinə münasibət bildirən Putinin çıxışından isə təklifin əleyhinə olmadığı məlum olub.

Nəticədə təklif səsverməyə çıxarılıb və 380 nəfər təklifin lehinə səs verib. Beləliklə, Dövlət Duması Putinin lehinə irəli sürülən təklifi qəbul edib. Son nəticə isə aprelin 22-də keçiriləcək Ümumrusiya səsverməsi və Konstitusiya Məhkəməsinin qərarından sonra məlum olacaq.

AYNA-nın mövzuya dair suallarını politoloq Tofiq Abbasov cavablandırıb.

- Tofiq bəy, Rusiya Dövlət Duması Putinin növbəti seçkilərdə iştirak etməsini təklif edib və bu təklif Dumada qəbul edilib. Putinin Dumadakı çıxışından da anlaşılır ki, buna razıdır. Təklif seçkilərdən sonra rəsmi olaraq qəbul edilsə, Rusiyanı nə gözləyir?

- Bildiyiniz kimi, bu məsələ ilə bağlı Dövlət Dumasında çıxışlar oldu. Çıxış edənlərin də yanaşması bundan ibarət idi ki, ölkənin həm daxildə, həm də xaricdə həyata keçirdiyi kurs dəyişilməz olaraq qalsın. Çünki Putin Rusiyanın beynəlxalq aləmdə nüfuzunu gücləndirir və buna görə də daxildə yüksəliş hiss olunur. Düzdür, bir neçə il əvvəl Rusiya iqtisadiyyatında neftin qiymətləri ilə bağlı dirçəlmə tendensiyaları özünü biruzə verirdi, lakin son 2-3 ildə xüsusilə qiymət məsələsində olan enişlər neft ölkəsi olaraq Rusiyanı da çətin duruma saldı. Məsələn, Medvedyevin komandasının istefaya göndərildi. Onun Vladimir Putinlə münasibətlərinin son dərəcə müsbət olduğunu nəzərə alsaq, görərik ki, keçmiş Baş Nazir bir o qədər də tənqid dalğası ilə üzləşmədi. Mişutsinin vəzifəyə gəlməsi isə həm gözlənilməz olduğundan, həm də şəxsi keyfiyyətlərindən bir növ bəzi qruplara, siyasi təbəqəyə qismən də olsa nikbinlik bəxş edə bildi. Yəni konstitusiyada baş vermiş dəyişikliklər, verilən vədlər, perspektivlərin konturları ondan xəbər verdi ki, hakimiyyət dəyişməyəcək və Vladimir Putin birinci şəxs mövqeyini yenidən qoruyub saxlayacaq. Hakimiyyətdə olan qüvvə, siyasi elitanın aparıcı hissəsi də birmənalı olaraq Putinə dəstək göstərir.

Lakin bəzi müxalif qruplar var ki, Moskva Meriyasına paytaxtda silsilə etiraz aksiyaları keçirmək üçün müraciət edib. Bu aksiyaların nə dərəcədə geniş miqyas alacağı isə artıq ikinci məsələdir. Amma elə başa düşürəm ki, son nəticədə köklü dəyişikliklər gözləməyə dəyməz. Hər halda hazırkı sistem öz varlığını qoruyub saxlayacaq, Putin və Mişutsinin anti-böhran proqramının hesabına Rusiyada sosial vəziyyət dirçələcək. Lakin onu da qeyd etmək lazımdır ki, koronavirus və neft bazarlarında qiymətlərin enməsinə görə, bu proses bir tərəfdən də qeyri-real görünür. Amma Mişutsinin Medvedyevdən daha çevik və daha tədbirli məmur olmasını da unutmaq olmaz. Məlumdur ki, hazırda dünyada baş verən böhranlar sabit deyil, davamlı olaraq dəyişir. Ona görə, bu məsələnin də bir müddət sonra qaydasına düşəcəyini düşünürəm. Sabitlik başlayandan sonra hökumət özünü necə aparacaq, təhdilərə qarşı hansı strategiyanı həyata keçirəcək, bu, maraqlıdır. Çünki xalqın istədiyi odur ki, sosial rifah dinamik olsun və özlərini əmin hiss etsinlər. Lakin siyasi cəhətdən hansısa böyük dəyişikliklərin olacağına inanmıram.

- Rusiyada hökumət buraxılanda belə bir fikir var idi ki, Putin bundan sonra fəaliyyətini Prezident kimi yox, Dövlət Şurasının rəhbəri kimi davam etdirəcək. Amma artrıq buna ehtiyac qalmır. Rusiyada Putini sevməyənlərin sayının az olmadığını da nəzərə alsaq, xalqın reaksiyası necə olacaq?

- Bunun üçün ilk növbədə Rusiyanın tarixinə diqqət yetirmək laımdır. Sovet dövründən bəri Rusiyada cəmiyyət müzakirəyə və analizə meyilli olub. Amma həmin cəmiyyət həm də son dərəcə dözümlü bir cəmiyyətdir. Son dəfə Bolotnı meydanında keçirilən izdihamlı etiraz aksiyası Kreml administrasiyasını həqiqətən narahat etmişdi. Ancaq ondan sonra mərkəzi şəhərlərdə baş verən etiraz aksiyalarında hüquq-mühafizə orqanlarının etirazçıları həddindən artəq sərt formada ram etdiyini və cəzalandırdığını gördük. Həmin sərt münasibət də nəticə etibarı ilə insanları qorxutmağa başladı. Düzdür, artıq iki gündür ki, ruslar az da olsa, mərkəzi küçələrdə, metostansiyaların qarşısında piketlər keçirir və narazı olduqlarını bildirirlər. Buna baxmayaraq, Putinin hakimiyyətdə qalmasına razı olanlar da var. Hətta siyasi elitaya məxsus fərdlər var ki, mərkəzi televiziyalara çıxır və debatlarda iştirak edərək Putindən narazılıqlarını dilə gətirirlər. Yəni hakimiyyət özünə qarşı tənqidlərə yol verməklə insanlara söz demək hüququnu bəxş etmiş olur ki, camaat narazılığını ifadə etsin və bununla da nisbətən sakitləşsin. Buna baxmayaraq, inanmıram ki, ölkədəki stabillik pozulsun. İlk növbədə bu, Moskvada və Sankt-Peterburqda başlaya bilər. Ola bilsin, digər şəhərlərdə də kütləvi aksiyalar olsun. Amma sistem özünü o dərəcədə əmin və təhlükəsiz hiss edir ki, ciddi narahatlıq yaşamır.

- Lakin siyasi müşahidəçilərin proqnozlarına görə, bu hadisə inqilaba təkan verəcək və proseslər üsyanla nəticələnəcək...

- Mən Rusiyada inqilabın baş verəcəyinə inana bilmirəm. Birincisi ona görə ki, Putinin pis-yaxşı özünəməxsus reytinqi var. Bu da ona görədir ki, əgər xaricdə Rusiyaya qarşı düşmən obrazı varsa, cəmiyyət dərhal buna qarşı birləşməyi bacarır. Məlum olduğu kimi, Rusiya hal-hazırda bir neçə ölkədə amansız mübarizəyə qoşulub. Bu mübarizə həm Ukrayna, həm Suriya, həm də Liviyada davam edir. Digər tərəfdən, Avropada NATO qoşunları hücuma keçib və çalışrlar ki, Şimali Avropada özlərinin hərbi birləşmələrinin sayını artırsınlar. Bütün bunlar da Rusiya cəmiyyətinin diqqətindən kənarda qalmayan məsələlərdir. Bu baxımdan da düşünürəm ki, Putin dövlət rəhbəri kimi öz komandası ilə çevik mövqe tutub və balans yarada bilib. Ki, daxildə olan etiraz dalğası ölkənin xaricdə apardığı mübarizə ilə tənzimlənsin.

- Putinin OPEC ilə razılığa gəlməməsi, ardınca rublun çökməsi, nəticədə isə Putinin faktiki olaraq özünü ömürlük prezident elan etməsi - bütün bunlar arasındakı əlaqəni necə qiymətləndirirsiz?

- Burada bir neçə amil toqquşur. Təbii ki, dünyada baş verən posesləri tənzimləyən, idarə edən mərkəzi oyunçular var. Onlar bütün prosesləri əvvəlcədən həm təxmin edə bilir, həm də vaxtı-vaxtında həyata keçirə bilirlər. Ümumiyyətlə, dünya iqtisadiyyatında yeni bir tənəzzül dalğası başlayıb. Məsələn, əvvəlcə hər şey koronavirusdan başaldı. İnsanlar arasında xof yarandı, hərəkət məhdudlaşdı və turizm sektoru çökdü. Çin kimi güclü iqtisadiyyata malik olan bir ölkə qəfildən təngənəfəs olmağa başladı. Bununla da istehsalat qüvvələri başladılar geri çəkilməyə. Bu da o deməkdir ki, iqtisadi sistemdə onların yanacağa ehtiyacı qalmayıb. Çünki turizm bilavasitə gediş-gəlişlə bağlıdır. Bu gün iqtisadi sistemdə yaranan tənəzzül həm də neftin istehlak tələbatını azaldır. Bu problem isə iqtisadiyyatları neft üzərində qurulmuş ölkələrin problemidir. Rusiya çalışır ki, dünya qaz bazarlarında mövqelərini gücləndirsin. Çünki Rusiyanın bu baxımdan əsas ümid yeri Avropadır. Gələn ildən isə ABŞ Avropanın qaz bazarına girmək istəyir. Avropalılar bundan heç də məmnun deyillər. Çünki Ruisyanın təqdim etdiyi qaz onları kifayət qədər qane edir. Digər tərfdən, ilin sonunda Amerikada prezident seçkiləri keçiriləcək. Seçkilərə ən böyük təsir isə yanacağın qiyməti ilə bağlı ola bilər. Çünki dünya bazarında yanacağın qiymətinin ucuzlaşması Trampa sərf edir. Belə ki, yanacağın qiymət aşağı düşəndə, vətəndaşlar özlərinin gündəlik büdcəsində Tramp hakimiyətinin qazandırdığı dividendi hiss edəcək və ona “hə” deyəcəklər. Rusiyanın isə SSRİ-dən fərqli olaraq həm hərbi gücü yüksəkdir, həm də valyuta ehtiyatları var. Ona görə də Rusiyanı bu məsələ qorxutmur. Yəni bütün proseslərin hamısında əlaqəli məqamlar var və bu məqamlar biri-birini tənzimləyir. Təbii ki, siyasi elitaların arasındakı çəkişmələr və narazılıqlar belə sonluqlarla nəticələnir.

pia.az


Etiket: Tofiq Abbasov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar