Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özünü Allah elan edib, ölkə xəzinəsini yatağının altında saxlayır

Diktator həyatı...

Ekvatorial Qviena.

Bu ölkə haqqında bəziləri bəlkə də heç eşitməyib. Ancaq eşidənlər və eşitdiklərinə təəccüblənənlər də var.

Ölkə rəhbəri olmuş Fransisko Masias Nqema Hdonq və ailəsi haqqında maraqlı məlumatları təqdim edirik.

Bu, o şəxsdir ki, özünü Allah elan etdirib, kilsə və məbədlərdə ikona yerinə öz portretini asdırmışdı. Ölkədə məhz onun tapşırığı ilə eynək taxmaq qəti qadağan edilmişdi. Ölkənin xəzinəsini yataq otağında çarpayısının altında saxlayırdı. Əhali ondan qorxur və onu cadugər hesab edirdi.

1979-cu il, Afrika cəngəlliyi… Yerdə qoca kişi oturub, çiyinləri büzüşüb, qarşısında br neçə əskinas var. İnanmaq çətindir ki, o, uzaq olmayan keçmişdə bütün ölkəni qorxu altında saxlayan Fransiskodur. On minlərlə insanın qatili olan şəxs… Uşaqlıqda Fransisko məktəbə həvəssiz gedir və elə birinci sinifdən də dərsdən qaçmağa başlamışdı. Nəticədə ancaq üzündən oxuya bilirdi, ömrünün sonuna kimi isə yazmağı öyrənə bilmədi. Ancaq bunlar da ona yüksək vəzifə tutmağa mane olmadı. Biliyi olmasa da, ispan müstəmləkəçilərinə münasibəti loyal idi. Məhz bu “qabiliyyəti” onun yolunu açdı. İspanlara sadiqliyi nəticəsində ona dövlət vəzifəsi tutmağa imkan yaradıldı. 36 yaşında doğma şəhərinin meri oldu, 8 il sonra isə artıq prezident kreslosunda oturmuşdu. Bu zaman ölkə artıq müstəmləkə deyildi. İspanlar güman edirdilər ki, vəzifədəki şəxs sadəcə kukladır, ipi isə onların əlində olacaq. Buna görə də gələcəkdən narahat olmurdular. Necə yanıldıqlarını isə tarix göstərdi. 1968-ci ildə prezident olan Fransisko müstəmləkəçiləri “xalqın düşməni” elan etdi. İspanları gördükləri yerdə həbs edirdilər. Gecə yarısı onları evlərindən dartıb küçəyə çıxarır, döyür, hətta məhkəməsiz öldürürdülər. Keçmiş müstəmləkəçilər onları gözləyən aqibətdən qurtulmaq üçün ölkədən qaçmalı oldular. Bol məhsullu plantasiyaları, dəbdəbəli evlərini qoyaraq təcili ölkəni tərk etdilər. Can qorxusu hər şeydən üstün idi. İspanlara kömək edənlər də cəzasız qalmırdı. Nazirlər bir-birinin ardınca postdan gedirdi. Bir müddət bütün yüksək dövlət vəzifələrini Prezidentin qohumları tuturdu. Ancaq onlar da kiçik səhvlərinə və ya fərqli baxışlarına görə edama göndərilirdi.

Bütün xəzinə yatağının altında

Nəticədə nazir vəzifələrini də Nqema özü tutmağa başladı. 1973-cü ildə Konstitusiya dəyişirildi və onun prezidentliyi ömürlük oldu. Ölkədəki yeganə banka da o rəhbərlik edirdi. Daha sonra düşündü ki, büdcənin saxlanılması üçün ən yaxşı yer onun evidir. Bütün pulları evinə daşıtdırdı. Pulun bəzi hissəsini hətta yatağının altına qoydurdu. Digər hissəsini isə oğrulardan qorumaq üçün bambuk ağaclarında gizlətdi. Bu pullar orada tədricən çürüdü.

Prezidentin əhval yaxşıdırsa, çörək ucuzdur

Ölkədə hər şeyin qiymətini prezident özü qoyurdu. Yuxudan necə durduğunu əhali həmin gün ərzaq qiymətindən bilirdi. Əgər əhvalı xoş idisə, həmin gün çörək ucuz olurdu və əksinə. Bir gün çörəyi qəpik-quruşa, səhəri gün isə qızıl qiymətinə almaq mümkün idi. Əcnəbi diplomat, hətta turistləri girov götürərək əvəzində pul istəyir və büdcəni beləliklə dolduracağını deyirdi. Ölkədə xristianlığı qadağan edərək özünü faktiki olaraq Allah elan etdi. Kilsələrdə ikonalar yerinə onun portretləri asılmalı idi. Din xadimləri duaya “Allah Ekvatorial Qvineyanı Masiusun hesabına yaratdı”, – deyə başlayırdılar. Tədricən bu cümlə “Masiusdan başqa Allah yoxdur” formasına düşdü. Bütün ölkəni terror və represiya bürümüşdü.

Keçmiş sevgilinin indiki sevgilisinə ölüm

Diktator ilk növbədə öz keçmiş arvadları və sevgililəri ilə haqq-hesab çəkirdi. Onların yeni sevgililərini məhkəməsiz öldürtdürürdü. Hesab edirdi ki, sevgililəri və arvadları ömürlərinin sonuna kimi ona sadiq qalmalıdırlar. Məktəblər başlanmış, institut və texnikumlar qadağa altında idi. Qəribə qadağalar qoyan prezident xüsusilə eynək taxmağa qoymurdu. Nqema hesab edirdi ki, ancaq ağıllı adamlar eynək taxır və bu, onu qəzəbləndirirdi. İntellektualları qətiyyən sevmirdi və eynəyi də zəka əlaməti kimi görürdü. “Mən də xalqdan biriyəm, amma axmaq deyiləm. Onlar isə eynək taxırlar ki, əməksevər insanları ələ salsınlar”,– deyə prezident bildirirdi. Onun hakimiyyəti illərində dövlət vəzifələrində ancaq 10 nəfər ali təhsilli adam vardı. Digərləri öldürülmüşdü.

“Onu tikə-tikə doğrayın ki…”

Ölkə müstəqillik əldə edəndə 300 min əhalisi vardı, 11 il sonra bu sayda kəskin azalma oldu. Statistika Bürosunun rəhbəri bu barədə prezidentə məlumat verəndə, o, dəhşətli ölüm fərmanı verdi. Büro rəhbərini tikə-tikə doğramağı əmr etdi: “Qoy, saymağı öyrənsin”. Nazirlərin və hətta sadə insanların hansısa xahişinə prezident “öldürün” cavabını verirdi. Xarici səfərə yollanmazdan əvvəl mütləq şəkildə bir neçə nəfəri edam etdirirdi ki, ölkədə olmadığı müddətdə kimsə dövlət çevrilişi etmək xəyalına düşməsin. Ölkə başdan-başqa qaranlığa sürüklənirdi. Sözün həm də həqiqi mənasında. Prezident elektrik enerjisini kəsdirmişdi. Ölkədə bircə kitabxana, teatr qalmamışdı, KİV adına isə ancaq dövlət qəzeti vardı. Ölkədə bu durum 1979-cu ilə qədər davam etdi.

Pezidenti müayinə üçün həkim tapılmadı

Yaxın ətrafı prezidentin psixi problemlərinin olduğunu görürdü. Ancaq onu müalicə etdirmək mümkün deyildi, çünki ölkədə bircə həkim qalmamışdı. Bəziləri öldürülmüş, qalanları ölkədən qaçmışdılar. Prezidentin psixi durumu isə getdikcə pisləşirdi. O, həftələrlə otağından çıxmır, heç kəslə danışmırdı. Axşamlar öldürtdüyü nazirlərlə və digər məmurlarla danışırdı. Prezidentin qohumu Teodoro Obianq Nqema Mbasoqo o zaman Milli Qvardiyaya rəhbərlik edirdi. Ölkəni bu vəziyyətdən xilas etmək üçün dövlət çevrilişi hazırladı. Hərbçilər gecə ikən prezidentin otağına daxil oldular, mühafzəçilərdən heç biri dövlət başçısını qorumaq üçün irəli durmadı. Ancaq prezident bir neçə çemodan pulla qaçmağa müvəffəq oldu. Bəzi məlumatlara görə, çevriliş edən qohmunun onu öldürməyə əli gəlməyib. İki həftə hərbçilər onu cəngəlliklərdə axtardılar. Milli Qvardiyanın rəhbəri olan qohumu deyəsən, onu öldürmədiyinə ya peşman olmuşdu, ya da bu xəbərin ölkədə özünə qarşı rəğbət yaratmayacağını düşünürdü. Pezidenti cəngəllikdə tapdılar. Onu həbs etdilər və məhkəmə qarşısına çıxartdılar. Nqemeyə 80 min nəfərin qətlinə görə ittiham irəli sürüldü. 500 qətllə bağlı prezidentin günahı sübuta yetirildi. Prezidenti edama məhkum edildi. Ancaq məlum oldu ki, əsgərlərdən heç biri onu güllələmək istəmir. Səbəbi isə aydın idi- onun cadugər olduğu deyilirdi. Eks-prezident gördü ki, ondan qorxurlar, bu qorxunu artırmaq qərarına gəldi. “Qəbirdən çıxıb sizin ciyərlərinizi yeyəcəyəm”,- dedi. Ancaq Milli Qvardiya rəhbəri bu hədə-qorxunun boş sözlər olduğunu və qohumu olmuş prezidentin cadugər nəsildən olmadığını bildirdi. O, marokkolularla danışdı, onlar sabiq prezidentin üzünü divara dirədilər və 40 güllə ilə öldürdülər. Beləliklə, hakimiyyətə Teodoro Obianq Nqema Mbasoqo gəldi. Əmisinin bütün qərarlarını ləğv etdi. Məktəblər açıldı, eynək qadağası götürüldü. Böyük neft, qaz, almaz, qızıl ehtiyatları olan ölkədə əhali nisbətən daha yaxşı yaşamağa başladı. (Cebhe.info)

pia.az






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar