Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ozon dəliyinin ölçüsü son bir həftədə qorxulu həddə böyüyüb

Cənub qütbü üzərindəki ozon dəliyi son bir həftə ərzində kəskin böyüməyə başlayıb və belə davam edərsə, dəliyin ölçüsü müşahidələr tarixinin ən böyüyü ola bilər.

Bu barədə “Copernicus” atmosfer monitorinq xidmətinin mütəxəssisləri məlumat veriblər.

Onların sözlərinə görə, dəliyin ölçüsü Antarktidanın ölçüsünü aşıb.

Antarktidanın üzərindəki ozon təbəqəsi hər il avqust ayından oktyabr ayına qədər nazikləşir, dəlik sentyabrın ortalarından oktyabrın ortalarına qədər maksimum ölçüsünə çatır. Bu il dəliyin ölçüsü əvvəlki illərlə müqayisədə 75 faizdən çox olub. Bunun səbəbləri bilinmir.

2020-ci ilin oktyabrın əvvəlində, ozon dəliyi 24 milyon kvadrat km metrə qədər genişlənmişdi (demək olar ki, bütün əvvəlki illərdən daha çox). Dəliyin 2021-ci ildə eyni ölçüdə qalacağı düşünülürdü, lakin artıq həmin rəqəmləri ötüb və böyüməyə davam edir.

Qeyd edək ki, ozon təbəqəsi planetimizi ultrabənövşəyi şüalardan qoruyur. Xloroflorokarbon kimi sintetik birləşmələrin istifadəsi son əsrdə ozon dəliyinin yaranması ilə nəticələnib. Bu birləşmələrin qadağan edilməsindən sonra ozon təbəqəsi tədricən bərpa olunur, lakin bu çox yavaş baş verir.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar