Cümə, 05 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Özlərini satdıqları kimi...” - Nadirdən həmkarlarına ağır sözlər

Tanınmış müğənni Nadir Qafarzadə Azərbaycan musiqisinin bugünkü durumundan danışıb.

PİA.az xəbər verir ki, “Show Mania” “İnstagram” səhifəsinə danışan ifaçı hazırda sosial şəbəkələrdə sürətlə yayılan “köksüz” musiqilərdən gileylənib:

Azərbaycan musiqisi uçuruma gedir. Muğam istisna, Azərbaycan musiqisi demək olar ki, yox dərəcəsindədir. Bugünkü ara musiqiləri, köksüz musiqilər vəziyyəti bu həddə gətirib çıxarıb. “Veneqred” salatına bənzər musiqilər var, bilmirsən hind musiqisidir, İrandır, ya türkdür... Azərbaycana heç bir dəxli, aidiyyatı yoxdur. Bəlkə də bəstəkarlar yetişmir, yaxud insanların zövqü korlanıb. Sosial şəbəkələrdə bəzi adminlər var ki, sözügedən musiqiləri təbliğ edirlər.

Pul müqabilində bu musiqiləri reklam edirlər, özlərini satdıqları kimi, Azərbaycan musiqisini də satırlar. İçimizdə satılmışlar var, onlar xain insanlardır, düşməndirlər. Necə ki, erməni bizim torpağımızı xaincəsinə, ədalətsiz şəkildə zəbt elədi, bunlar da eləcə bizim musiqimizin axırına çıxmaq istəyirlər. Düzdür, biz sonra ermənilərə qalib gəldik, amma bunlara gələ bilmirik. Çünki onların məkanı da, kökü də bilinmir. Bilirsiniz, qanı xarab insanlar var, elə bil Azərbaycan musiqisinə, mədəniyyətinə düşmən kəsiliblər. Mən həmin köksüz musiqiləri təbliğ edən səhifə adminlərinə səslənirəm, demək istəyirəm ki, abrınız, həyanız olsun!” (Yenisabah.az )

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“YAP-dakı korrupsionerlər yeyib yağlanıb, pullanıb, villalanıblar...” – Sensasion müsahibə

SMS icazə ilə bağlı Nazirlər Kabinetindən rəsmi açıqlama

Ağstafanın 35 yaşlı icra başçısında bu qədər pul hardandır? - Video

Qasparyan “günah keçisi” olaraq istifadə olundu... - Ermənistan müxalifəti ilə Rusiya arasında nələr olacaq?

ABŞ səfirliyində gizli görüş: “Qarabağdakı rus sülhməramlıları...” 

“Əlbəttə ki, Koçaryan Rusiyanın böyük dostudur, amma...” - Peskov

"Buna nəyə əsasən qərar veriblər, vallah, mənə çatmır" - Kamil Zeynallı

Rayonlara giriş-çıxış bağlana bilər - Açıqlama

Ən çox oxunanalar