Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özgecan Aslanın əmisi qızı da öldürüldü - təfərrüat

2015-ci ildə öldürülən Özgəcan Aslanın qohumu Cəmilə Ərtürkoğlu ayrılmaq üzrə olduğu həyat yoldaşı Mustafa Ərtürkoğlu tərəfindən qətlə yetirilib

Musavat.com xəbər verir ki, hadisə Türkiyənin Mersin şəhərində yaşanıb.

Mersin Cümhuriyyət Prokurorluğu cinayəti törədən haqqında "amansızlıqla öldürmə" maddəsilə ağırlaşdırılmış ömürlük həbs cəzası istəyib.

Cinayətdən sonra ortaya çıxan detallar heyrət doğurub.

Yerli mətbuatdan verilən məlumata görə, 2015-ci ildə avtobusda təcavüzə uğrayaraq öldürülən 20 yaşlı Özgecan Aslanın əmisi qızı olan 34 yaşlı Cəmilə Ərtürkoğlu əri tərəfindən boğazı kəsilərək öldürülüb.

Qadının əri M. Ərtürkoğlu boşanmaq üzrə olduğu yoldaşı Cəmiləni evinə hədiyyə vermək bəhanəsi ilə çağırıb.

Daha sonra aralarında mübahisə yaranıb və o, qadını öldürüb. Hadisəni ört-basdır etmək istəyən qatil cəsədi parçalara ayıraraq ətçəkən maşından keçirib və fərqli yerlərdə basdırıb.

Mustafa hadisəni törətdikdən sonra oğlunu məktəbdən götürüb, qonşuya aparıb. Özü isə evdəki qan izlərini paltar sabunu ilə təmizləyib.

Cinayətin ortaya çıxmasını ardınca polis tərəfindən tutulan Mustafa Ərtürkoğlu həbs olunub.

Hadisə ilə bağlı ilk məhkəmə 21 noyabrda baş tutacaq.

pia.az


Etiket: Cinayət

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar