Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özəl sahələrdə də maaş arta bilər - Video

İqtisadçı ekspert Elşad Məmmədov bu barədə danışıb

Düzgün iqtisadi siyasət nəticəsində cari ilin əvvəlindən ölkədə çox ciddi sosial paket təqdim olunur. Belə ki, 2019-cu ilin yanvarında 130 manat olan minimum əməkhaqqı mart ayında 180 manat idisə, sentyabrın 1-dən 250 manat təşkil edəcək.

İqtisadçı ekspert Elşad Məmmədovun sözlərinə görə, müstəqil Azərbaycanın yeni tarixində bu misildə artım heç vaxt olmayıb. Nəticədə yaranmış vəziyyət daxili bazarın genişlənməsinə, işgüzar fəallığın artmasına təkan olacaq.

Ekspert bildirib ki, minimum aylıq əməkhaqqının artırılması dövlət sektorunda çalışan və 250 manatdan aşağı əməkhaqqı alan şəxslərlə yanaşı, özəl sektorda çalışan, lakin həmin məbləğdən az alan şəxslərə də şamil olunur.

E.Məmmədov deyir ki, dövlət bu sərəncamın qüvvəyə minməsində stimullaşdırıcı rol oynayır. Çünki dövlət sektorunda, büdcə təşkilatlarında əməkhaqqının artımı büdcədən maliyyələşməyən sahələri də stimullaşdırıcı vasitələrlə maaşların artımına sövq edir.

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, son illər vergi və gömrük sahəsində aparılan islahatlar nəticəsində büdcənin gəlirləri artıb:

"Bu da əməkhaqlarının artırılmasına şərait yaradır. 250 manat təşkil edən minimum aylıq əməkhaqqı isə hələ son deyil, çünki maaşlar yaxın gələcəkdə yenə qalxacaq".

Qeyd edək ki, minimum əməkhaqqı artımı dövlət sektorunda 600 min, özəl sektorda isə 350 min insana şamil edilib. Bu isə həmin istiqamətdə əlavə bir milyard manat vəsatin yönəldilməsi deməkdir.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar