Bazar, 17 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Öz ərazisindən 20 dəfə böyük coğrafiyada talançılıq, qətllər, soyqırımı - Fransanın qaranlıq tarixi

XVI əsrdən müstəmləkəçilik siyasəti yürüdən Fransanın II Dünya müharibəsindən əvvəl işğal etdiyi ərazilər 13,5 milyon kvadrat kilometr olub.

Öz ərazisindən 20 dəfə böyük bir coğrafiyada talançılıq və qətllər törədən bu dövlətin imperiyanı bərpa etmək xəyalları hələ də qalır.

Uzun əsrlər boyu Afrikanın 20-dən artıq ölkəsində öz hakimiyyətini quran fransızların müstəmləkə siyasəti II Dünya müharibəsindən sonra iflasa uğradı. Həmin dövlətlərə müstəqillik verməyə məcbur olan Fransa neokolonializm üsul-idarəsini seçdi. Afrika ölkələrini əlindən buraxmaq istəməyən fransızlar yeni metodlara əl atdılar: həmin dövlətlərin ərazilərində münaqişələr yaratmaq və öz qoşunlarını “sülhməramlı missiya” adı ilə yerləşdirmək. Hazırda Fransa Afrika, xüsusən Sahil regionu ölkələrinin əksəriyyətində siyasi, iqtisadi və mədəni sahələrdə təsirini artırır, Qırmızı dənizdə mövqeyini qorumaq üçün Cibutidə, habelə Sahil regionunun Çad, Mali, Qabondan tutmuş Seneqala qədər uzanan ərazidə hərbi bazalarını qoruyub saxlayır. Əsrlər boyu fransızları rifah içində yaşadaraq özləri səfalətə və aclığa məhkum olmuş Afrika xalqları bu faktın qarşısında hələ də acizdir.

Fransanın Afrikada neokolonializm siyasəti iki amilə söykənir; əvvəla, həmin ölkələrin rəsmi və tədris dilinin fransızca olması, ikincisi, məcburi təhsilin tətbiqi. Qitədə fransız dilində danışanlar seçilir və onlar “frankofon” adlanır. Hətta Beynəlxalq Frankofon Təşkilatı kimi bir təsir vasitəsi də yaradılıb. Təkcə rəsmi dili fransızca olan ölkələr deyil, eyni zamanda, Mərakeş, Əlcəzair və Mavritaniyada da bu metodlar öz “bəhrəsini” verib.

Qeyd etdiyimiz kimi, fransız neokolonializmi hərbi güclə yanaşı, dil və təhsil amilinə söykənir. Bu siyasətə qarşı çıxanlar isə, əsasən, Osmanlı imperiyasının tərkibində olmuş ölkələr, habelə İslam dininin hakim olduğu xalqlardır. Məsələn, Şimali Afrikada artıq Fransanın heç bir təsiri qalmayıb. Belə olan təqdirdə Fransa müsəlman birliyinin pozulması, İslam ölkələri arasında ziddiyyətlər yaradılmasına çalışır. Digər tərəfdən, Fransanın dövlət başçısı Makron israrla sözügedən coğrafiyada ölkəsinin mövqeyini itirmək istəmir və daha sərt bəyanatlarla çıxış edir. Əlbəttə, “bumeranq effekti” də özünü göstərir.

Ekspertlər iddia edirlər ki, Fransanın hələ 1945-ci ildən bəri Afrikada Fransız Müstəmləkələri Frankı (CFA) adlı pul vahidi bu gün də tədavüldədir. Bu valyutaya qarşı çıxan Afrika ölkələrinin liderləri isə korrupsiyada ittiham edilərək həbs olunur, yaxud süni iğtişaşlar təşkil edilir. Liviyanın keçmiş lideri Muammər Qəddafinin faciəli taleyi də məhz bununla əlaqədardır. Sahil regionu ölkələri, habelə Fildişi Sahili və Malidə baş verən münaqişələrin də səbəbi CFA-ya alternativ yaratmaq cəhdləridir. Məhz bu pul vahidinin sayəsində Fransa Afrika ölkələrini istismar edir, onların sərvətlərini mənimsəyir. Qitədə aclıq və səfalətin, kütləvi emiqrasiyanın səbəbi də CFA-dır. Lakin ondan vaz keçmək Afrika ölkələri üçün heç də asan deyil. Cari ilin iyulunda Qərbi Afrika İqtisadi Birliyinə (ECOWAS) üzv olan 15 ölkə bu pul vahidindən imtina edəcəyini açıqlayıb, lakin Fransa buna qarşı yeni münaqişə ocaqları yaratmaq siyasətini davam etdirir. Təsadüfi deyil ki, indiyədək qitə ölkələrində baş vermiş hərbi çevrilişlərin 70 faizi fransızların təsiri altında olan dövlətlərin payına düşür.

Bütün bu baş verənlərin fonunda Fransanın siyasətinə qarşı etirazlar da artır. Seneqalın sabiq xarici işlər naziri Dudu Tiam deyib: ”Daha bəsdir! Biz fransızların nəzarəti altında yox, real müstəqillik istəyirik”. Bu etirazlara qarşı Fransa Prezidenti Makronun ötən ilin dekabrında NATO-nun Zirvə görüşündə Afrika liderlərini hədələməsi isə vəziyyəti daha da gərginləşdirib, Seneqal, Mali, Niger və Fildişi Sahili prezidentləri ona kəskin etirazlarını bildiriblər. Bundan sonra Fransanın həmin ölkələrdəki hərbi bazalarının qarşısında etiraz aksiyaları keçirilib.

Qərb analitikləri yazırlar ki, Fransa müstəmləkə ölkələrinin hamısına səfalət və faciə gətirib. Belə ki, Afrika ölkələrində müstəqillik uğrunda gedən müharibələrdə 2 milyondan çox insan həlak olub. Təkcə Əlcəzairdə fransız ordusu 1 milyondan çox insanı qətlə yetirib. Hazırda Fransanın bu ölkədə törətdiyi soyqırımına dair rəsmi Parisə təzyiqlər artır, imzatoplama kampaniyaları davam edir.

Fransanın daha bir qanlı izi Ruandadadır. 1994-cü ildə fransızlar bu ölkədə “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Bundan cəsarətlənən digər yerli münaqişə tərəfinin də iştirakı ilə tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. 2014-cü ildə Ruanda Prezidenti Pol Kaqamenin soyqırımı aktında Fransanın rolunu dəqiq müəyyən etdiyi barədə bəyanatı isə rəsmi Parislə siyasi böhrana səbəb olmuşdu.

Bundan başqa, Fransa qoşunlarının Çadda keçirdikləri “Epervier”, Fildişi Sahilində “Licorne” hərbi əməliyyatları da çoxlu sayda insan tələfatı ilə nəticələnib. 2011-ci ildə isə mülki insanları qorumaq bəhanəsi ilə Liviyada keçirilən “Harmattan” və iki il sonra Malidəki “Serval” hərbi əməliyyatları da böyük dağıntılar və qətllərə səbəb olub. (Azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq

Vüqar Səfərlidən 26 milyon manat tələb olunur – Onun Əli Həsənovu satdığı iddia olunur...

Rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunur

“Əliyevin bu planının hədəfini anlamıram” - Paşinyandan etiraf

Əli Həsənovu həbsxanaya aparan yol - Biznes imperiyasında nələr var

Yanvarın 18-dən 25-dək 5 şəhər və 12 rayona giriş-çıxışa necə icazə veriləcəyi açıqlanıb

İlham Əliyevdən “Azərlotereya” ilə bağlı sərəncam

Operatib Qərargahdan məktəblərlə bağlı açıqlama

Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim?”

Koronavirusdan da betər epidemiya yayılıb” - Rusiyalı həkim

Bu tarixlərdə beynəlxalq və ölkədaxili uçuşlara icazə veriləcək

loading...

Ən çox oxunanalar