Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Övladlığa götürüldüyünü öyrənən oğlan evdən qaçdı

Bakının Sabunçu rayonunda xoşbəxt sonluqla bitən xoşagəlməz hadisə baş verib...

Belə ki, 17 yaşlı Şahin Rəhimov avqustun 11-də sözügedən ərazidə itkin düşüb.

PİA.az xəbər verir ki, bu barədə Oxu.Az-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.

Ş.Rəhimovun qəflətən itkin düşməsini Bakı Şəhər Prokurorluğunda araşdırmağa başlayıblar.

Avqustun 23-də şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi açılıb və itkin düşmüş şəxsin axtarışını təmin etmək üçün sənədlər rayon polis şöbəsinə təhvil verilib.

Axtarışlara başlayan 12-ci Polis Bölməsinin əməliyyatçıları sentyabrın 15-də itkin düşən şəxsi Sumqayıtda tapıblar. Xoşbəxtlikdən valideynlərin oğlunun qaçırılması ilə bağlı şübhələri təsdiqini tapmayıb. Məlum olub ki, Ş.Rəhimov anasına qəzəbləndiyi üçün evdən qaçıb.

Belə ki, qadın oğluna onun doğma övlad olmaması və övladlığa götürülməsi ilə bağlı sirri açıb. Bu etiraf gənci şoka salıb və o, evdən qaçıb.

pia.az


Etiket: övladlıq itkin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar