Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Övladlarımızı cəmiyyətə necə hazırlayaq? - Psixoloq izah edir

Pedaqoq məsləhəti...

Uşaqlar bizim gələcəyimizdir və onların xoşbəxtliyi üçün hər bir valideyn əlindən gələni etməyə çalışır. Həmçinin onlara qayğı göstərmək, qorumaq da valideynlərin ümdə vəzifələrinbdən biridir. Amma son zamanlar uşaqların təhlükəsizliyi ilə bağlı bir-birinin ardınca baş verən neqativ hadisələr onlara yetərli diqqətin olmamasından xəbər verir.

Ölkə mediasında yer alan xəbərlərdən bəlli olur ki, məhz valideyn məsuliyyətsizliyi, yaxud diqqətsizliyi səbəbindən azyaşlı uşaqlar nəzarətsiz qalırlar. Onları yad adamlar aldadaraq aparır, cinsi zorakılığa, şiddətə məruz qoyurlar, yaxud özləri azaraq günlərlə ac-susuz, tənha qalmalı olurlar. Bəs görəsən uşaqlara necə nəzarət etmək lazımdır? Onları kimlərəsə etibar etmək olarmı? Valideynlər bu məsuliyyəti necə yerinə yetirirlər? Ümumiyyətlə, uşağa hansı yaşdan etibarən özünü qoruma vərdişləri aşılanmalıdır?



PİA.az medicina.az-a istinadən bildirir ki, bütün bu suallarla bağlı psixoloq Vəfa Əkbər bildirdi ki, indiki uşaqlar çox aktivdirlər və onları nə iləsə təəccübləndirmək, marağını cəlb etmək çox çətindir. Onlar daim axtarışdadır. Bunu isə valideynlər mütləq bilməlidir:

"Valideyn bilməlidir ki, uşağı hara gedə bilər, maraqları necədir, itərsə, harada tapmaq olar. Buna görə də bu barədə uşaq daim maariflənməlidir ki, itəndə nə etmək lazımdır. Onun ciblərinə ananın, yaxud atanın mobil telefon nömrəsini, ev ünvanını yazaraq qoymaq olar ki, kimsə taparsa, tez bir zamanda o öz ailəsinə qovuşsun. 3 yaşdan yuxarı uşaqlara isə kim olduğunu, harada yaşadığını öyrətmək lazımdır. Bəzi valideynlərin diqqətsizliyindən müəyyən hadisələr baş verir. Amma bəzən də valideyn diqqətli olsa belə, uşaq o qədər aktiv, hiperaktiv olur ki, onlara nəzarət etmək xüsusilə çətin olur"

Psixoloqun sözlərinə görə, uşağı kiməsə etibar etməzdən əvvəl onu normal formalaşdırmaq lazımdır ki, öz hüquqlarını bilsin: "Uşaq kimdən nə istədiyini, necə istəmək lazım olduğunu bilməlidir ki, haqlarını qoruya bilsin, özünü əzdirməsin, müdafiə etməyi bacarsın. Bunları uşağa öyrətdikdən sonra onları kiməsə etibar etmək olar. Nənəyə, babaya. Bizdə mental dəyərlər var - uşağı hansısa qohuma, qonşuya əmanət edirlər. Uşaq orada zorakılıq, şiddət görə bilər. Hətta uşaq bəzən həmin ailələrdə ailədaxili problemlərin qurbanına çevrilir. O, psixoloji travma alır ki, bu da gələcəkdə ona böyük problemlər yarada bilər. Əgər uşağa özünü müdafiə etməyi, hüquqlarını aşılaya bilmişiksə, onu əmanət edə bilərik. Amma körpə uşaqları mümkün qədər valideynin heç kimə etibar etməməsi məsləhətdir".

Cinsi bilgilər necə və neçə yaşından verilməlidir sualını cavablandıran psixoloq V.Əkbər bildirdi ki, bu cür bilikləri uşaqlara 3 yaşından etibarən vermək lazımdır:

pia.az


Etiket: uşaqlar psixoloq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar