Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oval ofisdə Tramp-Zərif görüşü: baş tutmayan zirvənin qisası sanksiya ilə alındı

Robin Rayt
“The New Yorker”, 02.08.2019

Ötən ay Vaşinqton və Tehran arasında gərginliyin artması əsnasında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif gözlənilməz dəvət alıb: prezident Donald Trampla Oval Ofisdə görüşmək. Amerika-İran mənbələrinə və məlumatlı bir diplomatın verdiyi xəbərə görə, diplomatik təklifi Kentukki ştastından olan respublikaçı senator Rand Pol, iyulun 15-də Nyu-Yorkda Zəriflə görüşü zamanı irəli sürüb.

Prezident Trampın xeyir-duası ilə Pol bir neçə həftə Ağ Ev və Dövlət Departamenti ilə məsləhətləşərək bu ideya üzərində işləyib. Bir vasitəçi Zərifin BMT-də görüşlər üçün Nyu-Yorka gəlməsindən üç həftə əvvəl Polun adından iranlılara müraciət edib. İyulun 14-də Nyu-Yorka gəlməzdən bir gün əvvəl, Virciniya ştatının Sterlinq şəhərində Trampla qolf oynayarkən, Pol prezidentlə İrana dair müzakirələr aparıb.

İyulun 15-də Pol və onun böyük müşaviri Duq Stafford, Zəriflə İranın ABŞ-dakı səfirinin qəşəng iqamətgahında, Metropoliten Muzeyinin də yerləşdiyi Fayv-avenyuda görüşüblər.

Uzun illərin diplomatı olan, Denver Universitetində Kondoliza Raysdan doktorluq elmi dərəcəsi almış Zərif həmişə deyir: “Mən daim Konqres üzvləri ilə görüşürəm”.

Kiçik jurnalist bir qrupuna danışan nazir bu dəfə də ad çəkməyib. Ancaq bu, Senatın Xarici Əlaqələr Komitəsindən olan Pol ilə ilk görüşü idi.

Mənbələrin iddiasına görə, bu iki şəxs əvvəlcə uzun müddət davam edən məsələlər, xüsusən də Tehranın nüvə proqramı və Fars körfəzindəki son hadisələr barədə danışıblar.

May və iyun aylarında ABŞ Tehranı strateji Hörmüz boğazından kənarda 6 neft tankerinə hücumda ittiham edib. İyunun 20-də İran Amerikanın ən mürəkkəb dronlarından birini vuraraq, onun öz hava məkanı üzərində uçduğunu bildirib. Tramp hərbi qisas qərarını son anda dəyişib, həm də gözlənilən itkilərə görə.

Zərif Nyu-Yorkda olarkən, ABŞ iyulun 18-də İran PUA-sını vurub.

Vaşinqton Yaxın Şərqdə yeni müharibə perspektivi ilə əlaqədar narahat idi. Polun vəzifəsi qarışıdurma tozanağından keçmək və ən yüksək səviyyədə birbaşa diplomatik kanal açmaqdı. Bu üvertura Trampın Şimali Koreya rəhbərliyi ilə birbaşa əlaqəsi üzrə ənənəvi diplomatiyasıdır.

Birsaatlıq söhbət zamanı Zərif Pola nüvə dalanına son qoyulması və Trampın narahatlıqlarını həll etmək barədə fikirlərini açıqlayıb. Daha sonra bu fikirlərdən bəzilərini jurnalist qrupumuza və sonradan mənə daha ətraflı izah edib. “Bir diplomat olaraq həmişə alternativlər haqqında düşünməliyəm”.

İdeyalardan biri İran parlamentinin əvvəlcə 2003-cü ildə və daha sonra 2010-cu ildə nüvə silahının istehsalını və istifadəsini qadağan edən İran Ali Rəhbərinin verdiyi fətvanı qanuniləşdirmək idi. 2010-cu ildə Ayətullah Əli Xamnəi deyib: “Biz bu cür silahın istifadəsinin haram olduğunu düşünürük və inanırıq ki, bəşəriyyəti böyük fəlakətdən yayındırmaq üçün cihad etmək hər kəsin borcudur”.

Lakin Tramp daha çox şey istəyir.

Digər bir təklif İran və dünyanın 6 böyük gücü arasında 2015-ci ildə imzalnan nüvə sazişinin sonrakı addımlarından biri – Trampın 2018-ci ilin may ayında tərk etdiyi razılaşma ilə irəliləmə idi. Zərif İranın əlavə öhdəlikləri ratifikasiya etməsini irəli sürüb. 2023-cü ildə tətbiq olunacağı protokolun bu il təsdiqlənməsini.

146 dövlətin imzaladığı və ratifikasiya etdiyi protokol daha çox beynəlxalq yoxlamaya imkan verir. “Əlavə Protokol İranın nüvə silahını istehsal etmədiyini təsdiqləyən vacib bir vasitədir. – Bunu Silahlara Nəzarət Assosiasiyasının icraçı direktoru Daril Kimball deyib. – İranlılara etibar etmirsinizsə, əbədi olaraq yoxlama lazımdır”.

Protokolu təsdiqləyərək, İran 2015-ci il müqaviləsinə dair respublikaçılar, bəzi demokratlar, İsrail və Səudiyyə Ərəbistanının bəhanələrinə son qoymuş olur.

Bunun qarşılığında, Zərifin sözlərinə görə, Tramp 2015-ci il nüvə sazişinə əsasən təmin edilən, lakin qanunvericiliklə təsdiq edilməmiş İrana qarşı sanksiyaların qaldırılması üçün Konqresə təklif verməlidir. Bundan sonra hər iki tərəf ilkin müqavilədəki öhdəliklərdə özlərini daha etibarlı hiss edəcəklər.

Pol İran diplomatının eyni fikirləri Trampa şəxsən söyləməsini təklif edib. Prezident Oval Ofisdə görüşə dəvəti çatdırmaq üçün ona səlahiyyət verib.

Ağ Ev sözçüsü dəvət barədə şərh verməkdən imtina edib.

Tramp kabinəsinin quzğun üzvlərinə, xüsusən də milli təhlükəsizlik müşaviri Con Boltona çoxdan tərəddüdlə yanaşır. Bu günlərdə administrasiyanın yüksək vəzifəli bir nümayəndəsi brifinqində jurnalistlərə deyib: “Prezident Tramp Tehranın ali rəhbərliyi ilə danışmağa hazır olduğunu, dostlarımızın və müttəfiqlərimizin heç birinin İranla əlaqə yaratmasına mane olmadığını açıq şəkildə bildirib”. Tramp iyun ayında Yaponiyanın baş naziri Şinzo Abe vasitəsilə İranın Ali Rəhbərinə potensial diplomatiya ilə bağlı bir mesaj göndərib. “Prezident seçilmiş rəsmilərə xarici həmkarları ilə söhbət etmək üçün heç bir məhdudiyyət qoymayıb”.

İlk iki ildə administrasiya ən azı 8 dəfə Tramp və İran prezidenti Həsən Ruhaninin BMT Baş Məclisində görüş təklifi haqqında məlumat verib. 2017-ci ildə Emmanuel Makron vasitəsilə ötürülən bu istəklərdən biri Trampın Baş Assambleyada İrana qarşı çıxış etdiyi gündə çatdırılıb.

Həmin çıxışında Tramp İslam Respublikası liderlərini “zəngin bir ölkəni zorakılıq ixraçatçısı, qətliam və xaos olan, iqtisadi cəhətdən tükənmiş yaramaz dövlətin korrupsiya diktaturası” adlandırıb.

Təhqir edilən Ruhani təkbətək görüş dəvətini rədd edib.

Zərif Pola deyib ki, Trampın Oval Ofisində görüşmək qərarı onluq deyil, Tehranla məsləhətləşməlidir. Hər hansı bir görüş fotosessiyaya çevrilə bilər.

Keçən ilin dekabr ayında Doha Forumunda Zərifdən müsahibə aldığım zaman o, Tehranın gələcək danışıqlardan yalnız fotosessiya və 2 səhifəlik sənəddən daha çox istədiyini söyləyib. Bu zaman o, Trampın Sinqapurda Şimali Koreya lideri Kimlə ilk zirvə görüşünün məhdud nəticəsinə istinad edib. “Bizim 150 səhifəlik sənədimiz var”, deyərkən Zərif Trampın tərk etdiyi nüvə razılaşmasını vurğulayıb.

Polla görüşdükdən sonra Zərif İran liderlərini məlumatlandırıb. Bu dəfə də onlar görüşə xeyir-dua verməyiblər. Amma Ruhani gələn ay BMT Baş Məclisində iştirak edəcək.

İyulun 31-də, üfüqdə heç bir irəliləyiş olmadan, Tramp administrasiyası Zərifə “düşünülmüş” davranışına, İnqilab Keşikçiləri ilə əlaqələri olduğuna görə və “təbliğatçı kimi fəaliyyət göstərdiyinə görə” cəza verib.

Texniki olaraq, sanksiyalar ABŞ-ın Zərifin Birləşmiş Ştatlardakı istənilən əmlakını ələ keçirə, onun səyahət etməsinə mane ola və Zəriflə iş görən istənilən şəxsə, şirkət və ya maliyyə qurumunu sanksiya ilə təhdid edə bilməsi deməkdir.

Praktik cəhətdən, hərəkət məhdud təsir göstərə bilər. BMT-nin nizamnaməsinə əsasən, ABŞ ev sahibi olaraq qlobal qurumda iş görən diplomatlara səyahət icazəsi verməlidir. Öhdəlik nadir hallarda pozulub. Zərif, ümumiyyətlə, ildə üç-dörd dəfə BMT-yə səfər edir. İranın ABŞ-dakı missiyasının gələn ay da BMT Baş Məclisində iştirak edəcəyi gözlənilir.

Bu arada, avropalılar hərəkətə könüllü etiraz ediblər. “İnanırıq ki, bütün diplomatik kanallar açıq qalmalıdır. Xüsusilə artan gərginlik şəraitində”, – Fransa Xarici İşlər Nazirliyi bildirib.

Zərif cavab vermək üçün Trampın ən sevdiyi mühitdən – “Tvitter”dən istifadə edib. “ABŞ-ın məni sanksiyalı təyin etməsinin səbəbi İranın”dünyadakı əsas sözçüsü olmağımdır. Həqiqət acıdır? İrandan başqa heç bir yerdə əmlakım və ya maraqlarım olmadığından bunun mənə və ya ailəmə heç bir təsiri yoxdur. Məni bu qədər böyük təhdid hesab etdiyiniz üçün təşəkkür edirəm”.

Senator Polun ofisindən məsələyə rəsmi şərh verilməyib. Mətbuat xidmətindən deyilib: “Tvitter”ə baxın”.

“Twitter” hesabında senator “Associated Press”-in administrasiyanın Zərifə qarşı etdiyi hərəkətlə bağlı bunu yazıb: “Diplomatlara sanksiya versəniz, daha az diplomatiyanız olacaq”.

Tərcümə: Strateq.az

pia.az


Etiket: Zərif Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar