Çərşənbə axşamı, 17 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ötən ilin dekabr ayında temperatur iqlim normasından yüksək olub

Ötən il Azərbaycanın əksər bölgələrində dekabr ayı nisbətən az yağıntılı hava şəraiti və temperaturun çoxillik iqlim normasından 1-3°C yüksək olması ilə səciyyələnib.

PİA.az xəbər verir ki, ayın birinci ongünlüyündə əksər aran və dağətəyi rayonlarda payızlıq dənli bitkilərdə cücərmə və göyərmə mərhələləri davam edib, SabirabadUcarda arpa bitkisində, Göytəpədə buğda bitkisində kollanma fenoloji mərhələsi müşahidə edilib, Tovuz, Oğuz, Şəki, Yardımlıda buğda və arpa bitkilərində 3-cü yarpağın çıxması mərhələsi qeydə alınıb.

1 kvadratmetr sahədə olan bitkilərin sayı Sabirabadda 470, Göytəpədə 416, Şəkidə 164, Oğuzda 152 ədəd təşkil edib, kollanma mərhələsində bitkilərin hündürlüyü 12-16 sm müşahidə edilmişdir. İkinci və üçüncü ongünlüklərdə bitkilərdə cücərmə, göyərmə, 3-cü yarpağın çıxması,UcarSabirabadda kollanma fenoloji mərhələləri davam edib, Goranboy, Tərtər,Qaraçalada buğum köklərinin yaranması qeydə alınıb.

SabirabadUcarda kollanma mərhələsində 1 kvadratmetr sahəyə düşən bitkilərdə gövdələrin ümumi sayı 611-988 ədəd, kollanma dərəcəsi 2.1-2.2%, bitkilərin hündürlüyü 16-22 sm təşkil etmişdir. Ayın sonlarında havanın orta temperaturunun 2-3°C-dək düşməsi Şəki, Qəbələ, Oğuzda payızlıq dənli bitkilərdə vegetasiyasının dayanmasına səbəb olub.

Ay ərzində meyvə ağaclarında yarpaqların payız saralması və xəzan davam edib, Lənkəran-Astara bölgəsində subtropik bitkilərdə və çay kollarında boyatmanın dayanması qeydə alınıb.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - Video

Müdafiə Nazirliyi: "12 616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır"

Milli Məclis Aparatında kadr dəyişiklikləri olub

Ərdoğan: “Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razı olmayacağıq”

Ağcaqanadların əlindən yata bilmirsinizsə oxuyun - Resept

Ermənistanda etiraz aksiyaları zamanı 414 nəfər saxlanılıb - Yenilənib

“Formula 1”: Yollarda qazma 10 gün davam edəcək

Buça canlanır: Rusiya işğalından azad olan şəhərin son görüntüləri - Video

"Formula 1": Bakıda bəzi avtomobil yolları daralacaq

Ən çox oxunanalar