Çərşənbə axşamı, 18 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Ötən il hər bir Azərbaycan sakini ərzaq məhsullarına ayda 168 manat xərcləyib

2019-cu ildə pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 3,6% üstələyərək 39,4 milyard manata bərabər olub...

PİA.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 20 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19,4 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2018-ci ilə nisbətən real ifadədə müvafiq olaraq 3,2% və 4% artıb.

Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 17,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%-i elektrik malları və mebellərin, 5,9%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,9%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ildə istehlak məhsullarının dəyər ifadəsində 21%-i ticarət müəssisələri, 52%-i fərdi sahibkarlar tərəfindən, 27%-i isə bazar və yarmarkalarda satılıb. 2018-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,5%, fərdi sahibkarlar üzrə 1,8% artıb, bazar və yarmarkalarda isə 7,6% azalıb.

Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 331,4 manat və ya 2018-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 16,6 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 168 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 163,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar