Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il 4000-dən çox şagird sinifdə saxlanılıb – Nazir müavini

"Ötən dərs ilində 4000-dən çox şagird sinifdə saxlanılıb. Görəsən, Bakı şəhərində bu rəqəm nə qədərdir?!"

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

Nazir müavini qeyd edib ki, nazirliyi maraqlandıran məsələlərdən biri də təhsildən yayınan şagirdlərdir: "Elmin, tərəqqinin inkişaf etdiyi dövrdə dövlətin qayğısı ilə əhatə olunan uşağın təhsildən yayınma səbəbləri nə olursa olsun, buna heç vaxt bəraət qazandırmaq olmaz. Şagird dərsə gəlmirsə, məktəb rəhbərliyinin bir-iki dəfə bunun səbəbini soruşması, yaxud rayon icra hakimiyyətinə məktub yazması və sonra məsələnin ardınca düşməməsinə görə bir insanın taleyi itdi".

O qeyd edib ki, daha böyük məsələ şagirdin sinifdə saxlanmasıdır: "Hansı dövrdə yaşayırıq ki, oxuyub yaza bilməyən şagird sinifdə saxlanılsın?! Axı məktəbin əlində müxtəlif imkanlar var ki, vaxtında həmin uşağa təhsil öyrətsin. Ötən dərs ilində daxil olan şikayətlər təhlil olunarkən bu məsələnin arxasında bir çox subyektiv yanaşmaların durduğunu görürük. Şagird əsas fənlərdən qiymət alır, amma musiqi və digər yaradıcı fənlərdən 2 alır. Bəlkə də, müəllim əsas fənlərdən hansısa humanistlik göstərib, bilmirəm".

"Ümumiyyətlə, təlim-tədris prosesinə mane olan, çətin tərbiyə edilən uşaqlar var. Lakin oxumayan şagirdi bir il də geri salmaqla nə olur? Razılaşaq ki, onsuz da belə uşaqlar dərsə gəlmir. Təhsil Nazirliyinin uzun müddət müzakirə etdiyi məsələ şagirdlərin yerdəyişməsi, bir sinifdən başqa sinfə, yaxud məktəbə keçməsi ilə bağlı qərar idi. Bu qərarda ziddiyyətli fikir sinifdə saxlamaq bəndinin qalıb-qalmaması idi. Son nəticə olaraq qənaətə gəlindi ki, bu bənd qərarda qalsın. Ola bilər ki, elə hal oldu ki, məktəb rəhbərliyi məcbur olub həmin şagirdi sinifdə saxlasın.

Məktəb rəhbərliyi çox yaxşı bilir ki, həmin şagirdlər ikinci ilə qalanda 99 faiz məktəbə gəlmirlər. Ya da ümumiyyətlə təhsildən küsürlər. Əgər həmin uşaqlar üçün adaptə olunan proqram hazırlanıb. Müsbətə doğru nəsə ediləcəksə, bu başqa məsələ. Təhsil standartları onsuz da, ən minimum həddi müəyyənləşirib və ağlı başında olan hər bir uşaq bunu mənimsəyə bilər. Bax bu məsələni nəzarətə götürmək lazımdır"- deyə Məhəbbət Vəliyeva deyib. (Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar