Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən həftənin mozaikası: Emin Millinin tövbəkar olmayan üzrü və s...

Bəlkə də Milli özü ədalətsizlyə məruz qaldığı üçün indi binu edir. Yəni ona qarşı olan ədalitsizliyin intiqamını “üzr”lə alır...

Yola verdiyimiz həftənin ən çox danışılan məsələlərindən biri Emin Millinin İlham Əliyevdən üzr istəməsi oldu. Bu üzrün Emin Millinin Meydan TV-dən ayrılandan sonra istənilməsi hansı anlam verir? Nəyə görə Emin Milli üzr istəməyə indi ehtiyac duydu?

Biz Emin Millidə bu ehtiyacın nədən yarandığını bilmirik. Açığı mən Emin Millinin bu üzrünü “tövbəkar” üzr adlandırmazdım. Əslində Emin Millinin Avropadan və Meydan TV-də narazılığı bir ildən artıqdır ki, sürürdü və Milli zaman-zaman bu narazılığını büruzə verirdi. Bu narazılığın əsl səbəbini bəlkə də Meydan TV-də çalışanlar, Millinin yaxın ətrafı bilir...

Emin Milli peşəkar fəaliyyətində bir vaxtlar Azərbaycan prezidentinə və hökümətinə nifrət hissi ilə yanaşdığını etiraf edir və buna görə üzr istəyir. Əslində o, dolayısı ilə özünün haqlı olmadığını və Meydan TV-də Azərbaycan hakimiyyətinə qarşı heç də obyektiv olmadığını ortaya qoyub. Ancaq önəmli olan odur ki, Emin Millini bu üzrə vadar edən hansı səbəbdir? Yəni əsas sual budur.

Doğrudanmı onun düşüncələrində Azərbaycan hakimiyyətinə qarşı radikal fikir dəyişikliyi baş verib? Bəlkə onu bu etiraflara və üzrlərə vadar edən bilmədiyimiz başqa səbəb, ya da səbəblər var? Biz bunu bilmirik. Biz bilmirik ki, Emin Millini üzrə hansı şərait vadar edir. Bu məsələ çox önəmlidir.

Yəqin ki, Emin Millinin mədəsini bulandıran və onu qusmağa məcbur edən hansısa səbəb ya da səbəblər var. Tüstü çıxırsa, onun bir mənbəyi var demək ki...

Millinin son açıqlamalarından belə görünür ki, bu adam vicdan əzabı çəkir və haralardasa ədalətsizliyə yol verdiyi üçün indi “udum-udum” etiraflar edir.

Bəlkə də Milli özü ədalətsizlyə məruz qaldığı üçün indi binu edir. Yəni ona qarşı olan ədalitsizliyin intiqamını “üzr”lə alır.

Bu arada Hikmət Hacızadə Millinin etiraflarının Bakıdan gülməli göründüyünü deyib. Məncə çox doğru ifadədəir...

Aydın Mirzazadə isə məşhur filmdə olduğu kimi, Milliyə mesaj yollayıb ki, əvvəl səhv eləmisən, indi də səhvini başa düşmüsən: “Al silahı, keç bizim tərəfə...”

Tərəfdaşlıq imitasiyası

Uzun zamandır ki, Azərbaycanın Avropa Birliyi ilə “Tərəfdalıq sazişi” imzalaması gündəmdə idi. Ancaq, sonuc, belə demək mükünsə, fiasko ilə bitdi.

Avropa Birliyi yekun bəyannamədə ölkələrin ərazi bütövlüyünü dəstəkləməkdən niyə imtina etdi? Bunu necə mümkün hesab elədi? Axı ərazi bütövlüyünün tanınması beynəlxalq hüququn, eyni zamanda “Şərq Tərəfdaşlığı”nın fundamental norma və prinsiplərindəndir. Avropa Birliyinin bu addımını başa düşmək mümkündürmü?

Maraqlıdır ki, Azərbaycanın yekun sənədə imza atmaması ilə bağlı irəli sürdüyü arqumentlə bağlı çox ziddiyyətli açıqlamalar səsləndirildi. Misal üçün, Səməd Seyidov sammitdən çox böyük məmnunluğunu ifadə elədi. Halbuki, sammitin bəyannaməsində ölkələrin ərazi bütövlüyünün təsdiqlənməməsi bu məmnuniyyətə əsas vermirdi. Amma bu məmnuniyyət izhar olunursa, demək ki, bunun üçün ortada bir zərurət də var.

Sonradan Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov ümumiyyətlə bildirdi ki, Bakının bəyannaməyə veto qoyması haqda xəbər təxribatdır. Və bu təxribatı Azərbaycan mediası edib. Yəni gülməli bir mənzərə çıxdı ortaya...

Görünür, Avropa İttifaqına gedən bəzi rəsmilər tələsik özlərini “qəhraman” etməyə çalışıblar. Amma sonradan fikir və mövqe dəyişikliyi olub. Amma mövqe dəyişikliyinin nədən ibarət olması haqda informasiya yoxdur.

Mayın 13-də sazişin imzalanmayacağı əvvəlcdən bəlli idi. İmzalanmalı olan sənədlə bağlı işlərin sona çatmadığı haqda məlumatlar dolaşırdı. Sazişin imzalanmasında əsas maneənin Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmaması olduğu da bəllidir. Bəs bu üzvlük nə vaxt olacaq? Biz heç bilmirik ki, ümumiyyətlə Azərbaycan DTT-yə üzv olmaq üçün müraciət edibmi?

Odur ki, Azərbaycanın Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” sazişini imzalamasının nə vaxt baş tutacağı böyük sual altındadadır. Ümumuyyətlə bu sazişin imzalanması bir sıra səbəblərdən imkansız görünür.

Məncə hər iki tərəf “Şərq Tərəfdaşlığı” sazişi ətrafında sadəcə imitasiya ilə məşğuldurlar. Yəni Türkiyənin Avropa İttifaqına üzv olması on illərdir müzakirə olunduğu kimi, Azərbaycanın da “Şərq Tərəfdaşlığı”na tam hüquqlu üzv olması on illər boyu müzakirə oluna bilər.

Türkiyənin Avropa İttifaqına üzv olmaması və müzakirələrin on illərlə uzanması bu ölkənin müsəlman ölkəsi olması ilə əlaqələndirilir. Bəs Azərbaycanın da “Şərq Tərəfdaşlığı”na üzvlüyünün uzadılması bu faktorla əlaqələndirilə bilərmi?

Əslində bu faktor da var. Nəzərə almalıyıq ki, Azərbaycan “Şərq Tərəfdaşlığı” sazişiində iştirak edən yeganə müsəlman ölkədir. Avropa Birliyi Azərbaycanı Cənubi Qafqazdan, Gürcüstan və Ermənistandan ayıra bilmədiyi üçün bu müzakirələr indi uzanır və Avropa Birliyi bu müzakirələrin uzanmasına görə heç də narahatlıq ifadə etmir. Yəni Azərbaycanın müsəlman ölkəsi olması və bu sazişdə ikinci müsəlman ölkəsinin olmaması belə deməyə əsas verir ki, müsəlman faktoruna görə Avropa İttifaqı məmurları Azərbaycanı mümkün qədər bu sazişdən kənarda saxlamağa çalışırlar.

Digər bir məsələ də odur ki, Azərbaycan özü də bu durumdan məmnundur. Yəni söhbət ondan gedir ki, Azərbaycanda kifayət qədər güclü qruplar var ki, onlar bu sazişin imzalanmasına qarşıdırlar. Bu qruplar islahatların dekorativ olmasını istəyirlər və bütün qüvvələri ilə buna çalışırlar. “Şərq Tərəfdaşlığı” sazişi imzalanarsa, Azərbaycanda məcburən islahatlar daha da dərinləşəcək və yeniləşməyə tərfdar olmayan qüvvələr bundan ciddi narahatdırlar.

Üfüqdə görünən müharibə

Yola saldığımız həftə demək olar ki, ABŞ-İran müharibəsi təhlkəsi haqda xəbərlərlə keçdi? Belə bir təhlükə varmı? ABŞ İrana hücum edə bilərmi?

Trampın, Ağ Evin və Pentaqonun İranla müharibə ehtimalını istisna etmirlər. Hətta İranda da bu ehtimalın güclü olduğuna inanırlar.

Amma mən düşünürəm ki, müharibə iki ehtimalda ola bilər. 1) İran nüvə silahı əldə etməyə çox yaxın olduğunda. 2) İran Hörmüz boğazını bağlasa.. İkinci ehtimalda inanmıram ki, ABŞ özü mübaribədə iştirak edə. İran Hörmüz boğazını bağlasa, ABŞ daha çox Səudiyyə Əərbistanın və sünni ərəbləri İranla müharibəyə cəlb edəcəK. Heç İsrail də bu müharibəyə qoşulmayacaq. Sadəcə, ABŞ da, İsrail də İrana qarşı olan ərəb koalisiyasına hər cür dəstək verəcək.

Ola bilər ki, müharibə başladıqdan sonra ABŞ gəmiləri Hörmüz boğazını tamailə nəzarətə götürərlər. Əslində ABŞ-ın əsas məqsədi də budur. ABŞ Hörmüz boğazını nəzarətə götürsə, Çinə və Hindistana gedən neft axınını tamamilə nəzarətə götürəcək və İran rejimi iqtisadi blokada nəticəsində çökəcək. Bu Vaşinqtonun son hədəfidir. Bununla ABŞ irana və Çinə qarşı əsas geoisiyasi və geoiqtisadi məqsədlərinə çatmış olacaq.

Bəs İran bu təxribata gedəcəkmi? Əslində İrana başqa seçim buraxılmır... İran hər tərəfdən dalana dirənir və bu dalandan çıxmaq üçün o, hansısa həmlə etməlidir. Məncə ABŞ və İsrail son iki ildə durmadan Səudiyyə Ərəbistanını bu savaşa hazırlayırlar. Bu savaş başladıqda isə bütün kozırlar Vaşinqtonun əlində olacaq.

Amma tam olaraq bu müharibənin başlaması və bitməsi bir çox faktorlardan asılı olacaq və bir müddət sonra ABŞ bu müharibədə nəzarəti itirə bilər. Necə ki, Suriyada bu nəzarəti 2015-ci ildə itirdi. Çünki ortada digər oyunçular da var. BMT-də əsas söz sahibi olan Çin və Rusiya üçün ABŞ-ın bu strategiyasının qələbəsi böyük məğlubiyyət anlamındadır. Onların İran məsləsinə necə müdaxilə etməsindən də çox şey asılı olacaq.

Ümumiyyətlə, müharibəni başlamaq çox asandır. Amma sonra onu davam etdirmək və bitirmək, həm də plana uyğun davam etdirmək və bitirmək çox çətin məsələdir...

Azər QARAMANLI
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar