Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ostarbayterlərin iztirabı – Hitlerin zülmündən qurtulan əsir zəhmətkeşlər Stalinin zülmü ilə üzləşiblər

Bütün müharibələr zamanı orduya səfərbərlik arxa cəbhənin işində çətinliklər yaradıb. İş qabiliyyəti olanların orduya çağırılması sənayedə, kənd təsərrüfatında və digər sahələrdə işçi qüvvəsinin çatışmazlığı problemini ortaya çıxarıb. Elə bu səbəbdən də müharibə aparan ölkələrdə bir sıra müəssisələr fəaliyyətini dayandırıb, əsas güc müdafiə sənayesi və zəruri tələbat mallarını istehsal edən obyektlərə verilib.

Adolf Hitler müharibəyə başlayanda bu məsələni ciddi götür-qoy edib, təhlillər və insan resusrslarının bölgüsü ilə bağlı hesablamalar aparıb və belə qənaətə gəlib ki, Almaniyada arxa cəbhədə işçi qüvvəsi, ön cəbhədə döyüşçü çatışmazlığı olmayacaq. Amma fürer hesablamalarında yanılıb. Artıq müharibənin ikinci ilində Almaniyada ciddi işçi qüvvəsi problemi yaranıb, müharibədə itkiləri əvəz etmək üçün arxa cəbhədə çalışanlar da döyüşən orduya göndərilib.

Hitler bu problemi aradan qaldırmaq üçün işğal olunmuş ərazilərdəki vətəndaşların Almaniyaya gətirilməsi və işçi qüvvəsi kimi istifadə edilməsi ilə bağlı əmr imzalayıb. Əmrin icrası SSRİ-dən, əsasən də Ukraynadan və Belarusiyadan başlanıb.

Əvvəlcə Almaniyada işə cəlb edilmək məsələsi könüllülük prinsipi ilə aparılıb. Alman təbliğatçıları işğal olunuş ərazilərdəki sovet vətəndaşları arasında təbliğat işi aparıblar, Almaniyada işlədikləri müddətdə onlara yüksək əmək haqqı, normal qidalanma, geyim və yaşam tərzi vəd ediblər. Bu vədlərə inananlar az olub və Almaniyaya kütləvi axının təmin edilməsi mümkün olmayıb. Belə olan halda Hitler sovet vətəndaşlarının Almaniyada işə cəlb edilməsini məcburi şəkildə həyata keçirilməsi haqqında növbəti əmri imzalayıb. Bu proses 1942-ci ilin fevral-aprel aylarından başlayıb.

Sonralar almanların öz verdikləri məlumata görə, təxminən 5 milyona yaxın sovet vətəndaşı Almaniyada məcburi əməyə cəlb edilib. Onlar ostarbayter adlandırıblar (alman dilindən tərcüməsi şərq işçiləri).

Məcburi əməyə cəlb edilən sovet vətəndaşlarının əsas hissəsi xüsusi yaradılmış düşərgələrdə saxlanılaraq ən ağır işlərdə işləyiblər. Bir qismi fermerlərin tabeliyində çalışb. Mütəxəssislər isə zavod və fabriklərdə, xəstəxanalarda ixtisasları üzrə işə cəlb ediliblər.
Ostarbayterlərə eyni işi görən almanlardan 3-4 qat aşağı əmək haqqı verilib.

Ən ağır durum düşərgədə saxlanılanlar üçün olub. Onların aldıqları əmək haqqı bir çox hallarda düşərgə qaydalarını “pozduqlarına” görə nəzarətçilər tərəfindən əllərindən alınıb. Onlar öz çüzi miqdarda olan pullarını düşərgənin ərazisində olan ərzaq və gündəlik tələbat malları mağazalarında xərcləyiblər. Bu mağazalarda ən keyfiyyətsiz mallar satılıb, qiymətləri isə keyfiyyətli malların qiymətindən baha olub.

Həftə ərzində düşərgədə olan işçilərə 2.3 kiloqram çörək, 250 qram ət, 130 qram yağ, 15 kiloqram tərəvəz verilib. Amma bu bölgü də çox vaxt kağız üzərində qalıb. Bu cür qidalanma ilə güclərini itirən ostarbayterlər öz kiçik maaşlarını ərzaq məhsullarına verməyə məcbur olublar.
Fermerlərin tabeliyində olan ostarbayterlərin işi qismən “rahat” olub. Yaxşı işlədikləri halda fermerlər onları arada südə, pendirə, kolbasaya, ətə qonaq ediblər. Hətta arada ostarbayterlərin süfrəsində alkoqol da görünüb.

Bütün ostarbayterlərə tütün məmulatları verilib. Düzdür, onlar keyfiyyətsiz məhsullar olsa da, almanlar bu məsələdə səxavətlərini əsirgəməyiblər.

Ostarbayterlər arasında ən yüksək maaşı mütəxəssislər, xüsusilə də mühəndis və həkimlər alıblar.

Ostarbayterlərə alman qadınları ilə cinsi əlaqəyə ciddi qadağa qoyulub. Kişi ostarbayterlə alman qadınının yataqlarını bölüşməsi ostarbayterin əsir düşərgəsinə göndərilməsi, alman qadınının isə kütlə qarşısında alçaldılması ilə nəticələnib.

Alman kişilərin qadın ostarbayterlə əylənməsinə isə heç bir qadağa qoyulmayıb. Yalnız o yasaq qoyulub ki, qadın ostarbayter hamilə qalmasın.

Müharibədən sonra ostarbayterlərin vətənlərinə dönməsinə tam şərait yaradılıb. Ancaq onlardan təxminən 700 min nəfəri geri dönməkdən imtina edib. Onlar geri qayıdacaqları halda satqın damğası ilə repressiya olunmaq ehtimalından ehtiyat ediblər.

Geri qayıdanlar SSRİ-də xüsusi qeydiyyata götürülüblər. Onlar “NKVD”-də sorğu-suala tutulub. Satqınçılıq və xayanət faktları aşkar olunanda kişi ostarbayterlər QULAQ düşərgələrinə göndərilib, qadınlar isə hərbi hissələrin yardımçı təsərrüfatlarında ödənişsiz işə cəlb edibliblər. Qalanları isə evlərinə buraxılıb. Bir müddət ostarbayter kimi qeydiyyata olanlar işlə təmin edilməyiblər, təhsil almaq hüququndan, sosial yardımlardan məhrum olunublar.

Ostarbayterlər haqqında təfərrüatlı və geniş yazılar yalnız SSRİ süquta uğradıqdan sonra mətbuatda işıqlandırılıb. Onların bir çoxu Almaniyada məcburi əməyə cəlb olunduqları dövrü cəhənnəm dövrü adlandırıblar. Aralarında Almaniyada keçirdikləri illəri ömürlərinin ən yaxşı dövrünü sayanlar da olub.(musavat.com)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar