Bazar ertəsi, 15 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Osloda gecə klubu faciəsində iranlı günahkar bilinir – Yenilənib, Foto

Norveç polisi Osloda gecə klubunda iki nəfərin öldüyü kütləvi atışmada İran vətəndaşını şübhəli bilir.

Bu barədə polisin sözçüsü Kristian Hatlo mətbuat konfransında bildirib.

Şübhəlinin Norveç vətəndaşlığının olduğu qeyd edilir.

“O, adam öldürmə, adam öldürməyə cəhd və terror aktı təşkil etməkdə ittiham olunur”, - deyə Hatlo vurğulayıb.

O aydınlaşdırıb ki, bunlar ilkin ittihamlardır və dəyişdirilə bilər.

Son məlumatlara görə, atışma nəticəsində 21 nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Hatlo qeyd edib ki, 42 yaşlı şübhəli hüquq-mühafizə orqanlarının nəzarətindədir, axtarışlar zamanı bir avtomat və tapança götürülüb.

Faciə homoseksualların toplandığı məşhur klubda baş verdiyindən həmin şəxsin nifrət motivli atəş açması hesab edilir.

Qeyd edək kli, Norveç polisi Osloda baş verən hadisəni terror aktı kimi araşdırır.

***

Norveçin paytaxtı Oslonun mərkəzində yerləşən “London pub” gecə klubunda insanlara atəş açılıb.

Polisin məlumatına görə, iki nəfər ölüb, ondan çox adam yaralanıb. Üç yaralının vəziyyəti ağırdır, 12 nəfər yüngül xəsarət alıb.

Hadisə Oslonun mərkəzində, çoxlu sayda bar və gecə klublarının olduğu küçədə baş verib.

Şübhəli şəxs nəzarətə götürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Putinin aşpazı Yevgeni Priqojin Ukraynada öldürülüb? - Luqanskda “Vaqner”in qərargahı vurulub...

"Qarabağ" - "Viktoriya" oyununa biletlərin əksəriyyəti satılıb - Yenilənib

“Misli” görünməmiş dələduzluq – udulan məbləğlər niyə verilmir?

Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb - bir nəfər həbs edilib

"Kəpəz" azarkeşləri "Neftçi" ilə oyunda: "Oğul sözlərimə yaxşı qulaq as"

“Narkotikə qurşanan uşaq işləməyən televizorun önündə heyvanlar aləminə “baxıb” qışqırırdı” 

Çimərliyə gedənlərin diqqətinə: Bu ərazilərdə bata bilərsiniz - Video

Dayaqları sarsılan sabiq başçı həbsin kandarında - Vaqif Abdullayevi bitirən milyonlar, adam döymək və...

“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər

İslamiada: Azərbaycanın 3 qılıncoynadanı yarımfinala yüksəlib

Aİ Serbiya və Kosovonun qarşılıqlı ittihamlarından narahatdır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay