Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Öskürək əleyhinə siropları uşaqlara verməyin - Pediatrdan çağırış

Yerli yersiz istifadə edilən "öskürək siropları" zərərlidir...

Öskürək-orqanizmin müdafiə reaksiyasıdır. Öskürəklə gedən xəstəliklər bunlardır:

- Tənəffüs sistemi xəstəlikləri (sinusit, bronxit, pnevmoniya)
- Mədə bağırsaq xəstəlikləri (Reflyuks xəstəliyi)
- Ağciyərlərin irsi,anadangəlmə xəstəlikləri,anomaliyaları (Sekvestr)
- Vərəm
- Allergik xəstəliklər,Astma və s.

PİA.az medicina.az-a istinadən bildirir ki, son zamanlar valideynlər uşaq öskürən kimi birinci öskürək siroplarına üz tutur, ən müxtəlif tərkibdə və qiymətdə siropları alaraq, uşağın mədəsini doldurur. Sonra isə uşağın sağalmadığından gileylənir.

Siropların ümumiyyətlə, niyə təyin olunması, faydası olub-olmaması barədə tanınmış həkim pediatr Günay Rəsulovadan münasibət öyrəndik.

Həkim bildirdi ki, öskürəklə gedən xəstəliklər zamanı əsas səbəbi tapıb səbəbə yönəlik müalicə aparılmalıdır. Yerli yersiz istifadə edilən "öskürək siropları" öskürəyi daha da artıra ,körpələrdə isə obstruksiya, boğulma verə bilər. Öskürəyi olan uşaq pediatr tərəfindən müayinə edilib, uyğun müalicə təyin edildikdən sonra belə öskürək bir müddət hətta 2 aya qədər də davam edə bilər. Müalicənin effektini gözləyərək, əlavə dərman preparatlarının istifadəsinə tələsməmək lazımdır. Öskürəyi olan uşağa kömək etmək məqsədilə bol maye verilməsində fayda var. Su ən yaxşı bəlğəm durulaşdırıcıdır,uşağın vəziyyətinin yüngülləşməsində çox kömək olur.

Uzun sürən öskürəklərdə mütləq Reflyuks xəstəliyi, Allergik xəstəliklər, Astma inkar edilməlidir. İnağ zamanı xüsusilə qıcıqlandırıcı siroplar uşaqlarda boğulmanı artıra bilər.

Bundan başqa uşaqlarda çox ağır öskürək şikayətləri ilə gedən göy öskürək infeksiyon xəstəliyindən qorumaq üçün peyvəndlər mütləq olunmalıdır.

Valideynlər lazım oldu olmadı siroplara büdcə və vaxt xərcləməkdən vaz keçməlidir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar