Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orta Şərqin “Fars baharı” - ABŞ İranı işğal edə bilər?

Vaşinqtonun unutmamalı olduğu ibrətlik hadisə SSRİ-nin 1979-da Əfqanıstanı işğal etməsidir...

Rahim Er
“Türkiyə” qəzeti, Türkiyə, 16 may 2019-cu il

“The New York Times” qəzetinin xəbəri, necə deyərlər, “gündəmə bomba kimi düşdü”.

Sözügedən qəzetin xəbərinə görə, keçən cümə axşamı günü ABŞ-ın öndə gedən təhlükəsizlik işçiləri bir hesabat hazırlayıblar. Hesabatda İranın bölgədəki Amerika qüvvələrinə təklif olunub ki, hücum etməsi və ya nüvə ilə bağlı məsələləri sürətləndirməsi ehtimalına qarşı körfəzə 120 min əsgər göndərilsin.

İclasa Donald Trampın Milli Təhlükəsizlik Müşaviri Con Bolton rəhbərlik edib. Bu şəxs ən kəskin neo-con kimi tanınır. Con Bolton Corc Buşdan bu yana İrana qarşı müdaxilə planları qurur.

Heyətin hazırladığı hesabatı Prezident Trampa Müdafiə nazirini əvəz edən Patrik Şanahan təqdim edib. Hesabatda yer alan bölgəyə 120 min əsgər sövq edilməsi ilə bağlı təklif ABŞ-ın 2003-də İraqı işğal etməsini də xatırladır. Həmin işğaldakı vəziyyət də təxminən belə idi. Həmçinin təyyarə daşıyan gəmi, B-52 bombardman təyyarələri və “Patriot” baterayalarının körfəzə yerləşdirilməsinin ardınca belə bir təklifin verilməsi də diqqəti cəlb edir. Bu, o deməkdir ki, hava hücumu və müdafiə ünsürlərindən sonra piyadaların düzlənməsi nəzərdə tutulub. Verilən yazılı açıqlamada işğal hər nə qədər dəqiq bir şəkildə ifadə edilməsə də, görünür ki, buna gərək də yoxdur...

Sözügedən qəzetin bu xəbəri haqqında Prezident Trampa sual verildikdə nə “hə”, nə də “yox” demişdi.

Cavabı qısaca belə idi:

“Mütləq şəkildə edə bilərik. Lakin belə bir plan qurmadıq. Ümid edirəm ki, heç qurmarıq. Amma əsgər göndərmək lazım gələrsə, 120 mindən artığını da göndərə bilərik”.

Donald Trampın bu sözlərinə qarşılıq Amerika Müdafiə Nazirliyi Pentaqon səssiz qalır.

İrana gəldikdə isə İran dövlət təmsilçiləri Körfəz və onun ətrafındakı bu vəziyyəti təhdid səbəbi və hədəfi saydıqlarını açıqlayıblar. Bu cümlə “Hücuma məruz qalsam, hücum edərəm. Hədəflər bəllidir”, şəklində başa düşülür. Digər tərəfdən, Ankara kimi Moskva da yüksələn bu ixtilafı yaxından izləyir.

Sual belədir: ABŞ İranı işğal edə bilərmi?

“Bəli! Elə günü sabah işğal edə bilər”, deyilməyəcəyi kimi, “işğal etməz”, demək də olmur. Əslində, işğal etməklə dövlətin önəmli orqanlarını dağıtmaq arasında heç də fərq yoxdur.

Belə qənaətə görə, Vaşinqton İranı işğal etməyə asanlıqla qərar verə bilməz. Bu dövlət müharibədən çıxmış İraq deyil. İrandakı inqilabdan sonra Vaşinqton İraqı İrana qarşı qızışdırmışdı. İşin arxasında özü olduğu halda, rejim dəyişdiyi zaman ordusu çoxlu qan itirmiş İranla girdikləri müharibə 8 il davam etmişdi.

İraqın işğalının Amerika üçün fəxr adlandırılması da bir tərəfdə dayanır.

Vaşinqtonun unutmamalı olduğu ibrətlik hadisə SSRİ-nin 1979-da Əfqanıstanı işğal etməsidir. Kommunist imperatorluq bu günlərdə konsert verən Qızıl Ordusu vasitəsilə Əfqanıstanı işğal etdiyi zaman verilən sual belə idi: “Əfqanlar ruslara, görəsən, neçə həftə dözə bilərlər?”. Silaha deyil, Allaha güvənərək vətəni müdafiə edən əfqan mücahidləri qanlı və çətin illərdən sonra düşmənə diz çökdürə bilmişdi. Əfqanıstan kasıb da olsa, öz yerində qaldı, amma Sovet Hökuməti işğaldan 10 il sonra tarix səhnəsindən çəkilmişdi və Kommunist İmperatorluq çökmüşdü.

İran öz mədəniyyətinə malik bir dövlətdir. Ordusu da təcrübəlidir. İranın bir qolu Yəməndə, digər qolu Livanda, İsrailin üstündədir. Buna görə də, Amerika qol gücü ilə şou göstərərək, bəlkə də, strateji nöqtələri də vura bilər, lakin işğala elə asanlıqla yanaşmaz. İranın işgalı da kapitalist imperatorluğun sonu ola bilər. Yaşlı çinar kimi öz içindən çürüyən Amerikanın ümumi beyni, yəqin ki, bu barədə düşünür.

Bu ixtilafın Türkiyə ilə əlaqəli olması təkcə İranla qonşu olmağımızla əlaqəli deyil. Ola bilməz ki, Ankara “Yaşıl Qurşaq” layihəsinə yeni bir forma verilməyə çalışdıqlarını görməsin. Bu gün ABŞ Tunisdə Əfqanıstana, başqa sözlə, Çin sərhəddinə qədər uzanıb. Digər kiçik dövlətləri saymasaq belə, ABŞ şimali Afrikada Misirlə, Qırmızı dəniz kənarında Səudiyyə Ərəbistanı ilə, Aralıq dənizi sahilində isə İsrailə bərabərdir. Qismən də Suriyanın şimalında, İraqda və Əfqanıstandadır. Yaşıl Qurşaq üzərinə tam olaraq yerləşməsinə mane olan dövlətlər Türkiyə, Rusiyaİrandır.

Misir, Yunanıstan, İsrail və Kiprli yunanlarla Körfəzə yük toplaması və bunun İrana qarşı edilan hücum və ya işğallarla eyni vaxta düşməsi də kifayət qədər maraqlıdır.

Tramp Suriyadan geri çəkiləcəyini dəfələrlə bildirib, amma buna görə İraqdakı mövcudluğunu gücləndirməkdən başqa, özü PKK-lıları PYD-nin aktiv sahəsinə traktorlarla, yük təyyarələri ilə dolu silah yığıb. “Ərəb Baharı”ndan sonra “Fars Baharı” – “Bahari Farsi” gələ bilər. Hörmüz körfəzi, Bəsrə körfəzi və ya qonşumuzun yaxınlığındakı bir yerdə baş verəcək hər hansı bir hərəkət dolayı və ya birbaşa olaraq bizə də təsir edəcək.

Ətrafımızda bunlar baş verərkən Türkiyənin başı daxili siyasətə çox qarışdı. Xeyirlisi ilə 23 iyun keçdikdən sonra, seçkilər olmadan keçəcək 4 ili mütləq şəkildə dəyərləndirmək lazımdır.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar