Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orta məktəblərdə tədris ilinin müddəti Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək

Ümumtəhsil məktəbində tədris ilinin müddəti Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək...

PİA.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

İndiyə qədər yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilərdi. Təhsil Nazirliyinin bu səlahiyyəti ləğv edilib.

Bu qərar 2020-ci il sentyabrın 15-dən qüvvəyə minir.

Qeyd edək ki, indiyə qədər ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatıb. Dərs ili iki yarımilə bölünüb:

- birinci yarımil - 15 sentyabr - 26 yanvar;

- ikinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

- gün payız tətili (16-20 noyabr);

-5 gün qış tətili (27-31 yanvar).

İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb və mayın 31-də başa çatıb.

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarım ilə bölünüb:

- I yarım il: 1 oktyabr - 26 yanvar;

- II yarım il: 1 fevral - 31 may.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunub:

- 5 gün payız tətili (16-20 noyabr);

- 5 gün qış tətili (27-31 yanvar);

- 5 gün əlavə tətil (1-5 may).

Qərara əsasən, bu müddəalar da Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən çıxarılıb. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar