Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orta gəlirli azərbaycanlı ilə avropalı arasında maraqlı fərq var

Ekspert: “Ölkəmizdəki orta təbəqə parametrləri digər dövlətlər üçün keçərli deyil”

 

Orta təbəqəyə kimlərin aid edilə biləcəyi ilə bağlı birmənalı meyarlar yoxdur. Lakin əksər hallarda gəlirləri yoxsulluq səviyyəsindən, ən azı yarım dəfə yüksək olan, özünə kreditlə də olsa, mənzil və avtomobil ala və xaricdə istirahət edə bilən insanlar orta təbəqə hesab olunur.

Rusiya Ali İqtisad Məktəbinin hesabatına görə, bu ölkədə həqiqi orta təbəqənin payı əhalinin yalnız 7%-ni təşkil edir. Əhalinin 38%-i "genişlənmiş" orta təbəqəyə aiddir. "Genişlənmiş" orta təbəqəyə yoxsulluq səviyyəsindən 25 faiz yüksək gəlirə malik olanlar daxildir.

Bəs Azərbaycanda orta təbəqəyə kimlər aid edilir və onların əhali arasındakı payı nədən ibarətdir? AYNA-nın sualını cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, problem ölkəmizdə orta təbəqəyə aid edilə bilən və hansı sayda vətəndaşın bu kateqoriyaya aid olduğunu müəyyən edə biləcək rəsmi milyonçuların sayının olmamasındadır.

“Bizdə səhv məlumatlar mövcuddur. Hesablanmamış gəlirlər, rəsmi olmayan maaşlar, korrupsiya faktları da var. Ancaq beynəlxalq təcrübəni götürsək, dörd nəfərlik bir ailənin 2000 manatı varsa, bunu artıq orta təbəqəyə aid etmək olar. Adətən gəlirləri adambaşına deyil, hər ailə üzrə hesablayırlar. Ancaq Azərbaycanda orta əməkhaqqı 700 manatdır və belə olur ki, bir ailədə yalnız bir nəfər işləyir. Məlum olur ki, çox sayda vətəndaş orta təbəqədən aşağıdır. Bunda müəyyən bir koqnitiv dissonans (psixologiya nəzəriyyəsi – red.) var, çünki şəhərdə çox sayda bahalı maşınlar, yeni tikililər var və restoranlar həmişə müştərilərlə doludur. Beləliklə, hesablanmamış gəlirlər var”, - ekspert bildirib.

Cəfərli deyib ki, ölkəmizdəki orta təbəqə parametrləri digər dövlətlər üçün işləmir: “Beləliklə, kiminsə mənzilə sahib olması çox məna vermir - vətəndaşların 80%-i SSRİ vaxtından və nənə-babadan qalmış mənzillərə sahibdir. Ailə amillərimiz fərqlidir: çox vaxt valideynlər övladlarına mənzil almaq üçün pul yığırlar. Bizdə Qərbdən fərqli olan bir münasibət var: Ailə ictimai hərəkətliliyi dövlətin əvəzinə özü təmin edir və bu isə dövlətin vəzifəsini bir az da yüngülləşdirir”.

“Xarici səfərləri orta təbəqəyə aid meyar hesab etsək, hər il 2,5 milyon azərbaycanlı xaricə, ümumiyyətlə Gürcüstan və Rusiyaya gedər. Gürcüstanda istirahət etmək Azərbaycanda istirahət etməkdən daha ucuz başa gəlir. Bundan əlavə, qeyd olunan ölkələrdə çoxlarının qohumları yaşayır, əmlakları var. Hamının istirahət məqsədi ilə getməsi həqiqətə uyğun deyil”, - iqtisadçı vurğulayıb.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin (DİTM) sədri Nəriman Ağayev isə AYNA-ya şərhində bildirib ki, ölkədə orta təbəqənin sayında artım müşahidə olunur: “Nə deyirlər desinlər, iqtisadiyyatda müəyyən irəliləyişlər mövcuddur. Hər dördüncü-beşinci gənc ailəni orta təbəqəyə aid etmək olar. Orta təbəqədən olan hər ailə, istehlak səbətindən iki dəfə çox sabit gəliri, daşınmaz əmlakı olanlardır. Düşünürəm ki, aşağı hədd hər ailə üzvü üçün 350 manatdır. Ayda bir ailəyə 10 min manat gəlir gəlirsə, bu da artıq sabit orta təbəqə hesab olunur”.

Mütəxəssis burada təhsili məcburi bir amil hesab etmir: “Buna sahib olmayan çox sayda insanlar var. Mənzil də göstərici deyil, yeni binada yaşayanların hamısı orta təbəqəyə aid deyil. Ümumilikdə əhalinin 20 faizi bu kateqoriyada etibarlı yer tuta bilər”.

İqtisadçı-ekspert Fuad Əlizadə də hesab edir ki, orta təbəqənin nümayəndələri daha çoxdur: “Çünki maaşlar artır. Sosial bərabərsizliyin səviyyəsi daralır, varlılarla kasıblar arasındakı fərq azalır və bu, müsbət məqamdır. Bu rəqəmlərin nə qədər olduğunu söyləmək çətindir, bəlkə yerli QHT-lər hesablamanı apara bilər”.

“Bir mənzil və bir avtomobil artıq orta təbəqəni təyin etmək üçün meyar hesab edilmir. Əhalinin həyat səviyyəsinin göstəricilərinə əsaslanmaq lazımdır. Bir vətəndaş aylıq 750-1000 manat civarında qazancla normal yaşaya. Orta təbəqəyə aid edilənlər tam tibbi xidmət, ölkədə və xaricdə normal istirahətdən yararlana biləcək insanlardır”, - Əlizadə əlavə edib.

pia.az


Etiket: Orta gəlir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar