Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orijinal ətiri saxtadan ayırmağın 6 yolu

Original və saxta ətir arasında diqqətə çarpacaq dərəcədə fərqlər vardır. Saxta, yəni sağlamlığa zərərli olan ətirlər hər birimizin səhhətini təhlükə altında qoyur. Ətirin qablaşmasına, seriya nömrəsinə, qoxu performansına və qapağının dizaynına baxaraq onun həqiqi ətir olub-olmadığını anlaya bilərsiniz.

Sadalayacağımız nüanslara diqqət edərək orijinal ətirlə, saxta ətiri rahat şəkildə ayırd edə bilərsiniz.

1. Əvvəlcə qablaşdırmanı diqqətlə araşdırmalısınız. Qablaşdırmada birləşmə yerləri tamamilə düz olmalıdır. Qutunun üstündə və ya altında düzbucaqlı və ya yuvarlaq möhür görüntüsü olmalıdır.

2. Barkoda baxırıq, parfümün istehsal olunduğu ölkənin barkoduna uyğun olmalıdır. Əsl fransız ətri heç vaxt Çində və ya Banqladeşdə “lisenziyalaşdırılmır”. Fransız ətirləri Fransada qablaşdırılır. Əsas istehsalçı ölkələrin barkodlarının ilk rəqəmləri:

Fransa – 30-37, İtalya – 80-83, Böyük Britaniya – 50, Almaniya – 400-440, İspaniya – 84, ABŞ və Kanada – 00-09.

3. Orijinal ətir şüşəsinin alt hissəsində buraxılan partiyanın seriya nömrəsi ilə birlikdə hər zaman nazik şəffaf bir etiket olur. Etiet markadan asılı olaraq bir neçə rəqəm və ya rəqəm və hərfdən ibarət ola bilər. Orijinal ətirlərdə bu rəqəmlər həmişə üst-üstə düşür.

4. Qutunun içindəki karton
Ümumiyyətlə, orijinal ətir istər karton, istərsə də plastik olsun, bir növ “çərçivə”yə alınır, bununla da ətir şüşəsinin sınmaması və qutuda sallanması təmin edilir. Şüşə qutuda tərpənirsə, çox güman ki, bu ətir saxtadır.

5. Həqiqi parfümlər ümumiyyətlə sadəcə “Made in France” və ya “Made in Italy” karton qutunun üstünə kiçik çap şəklində yazılır. Əgər belə bir nişan yoxdursa və ya “Paris-London-New-York” kimi qəribə bir yazı yazılıbsa, bu saxtadır.

6. Orijinal məhsullarda ətrin istehsal tarixi, son istifadə tarixi və məhsulun tərkibi həmişə kiçik çap şəklində qeyd olunur.(yeni çağ)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar