Çərşənbə, 25 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ordumuzun məhv etdiyi 12 milyonluq erməni “Smerç”i – Azərbaycanda bu raketdən nə qədər var? 

Məlum olduğu kimi sentyabrın 27-dən ordumuz ək-hücum əməliyyatları keçirir və Qarabağı düşməndən azad edir. Bu günə qədər 4 şəhər, 3 qəsəbə və 184 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 72 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 42 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 17 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

Ermənilər döyüş meydanında yaşadıqları uğursuzluqlarının acısını dinc sakinlərimizdən çıxırlar. Atəş nöqtəsinə yaxın olmayan, kənd, rayon və şəhərlərimizi hədəfə alan düşmən, raketlərdən istifadə edir. Tez-tez ermənilərin “Smerç” yaylım atəşli reaktiv sistemindən atəş açması ilə bağlı məlumatlar yayılır və bu, rəsmi təsdiqini də tapır. Düşmən məhz bu və buna bənzər raketlərdən vətəndaşlarımızı atəşə tutur. Onların çoxu HHM sistemlərimiz sayəsində məhv edilsə də, bəziləri ərazimizə düşüb.

“Smerç” uzaq məsafələrdən düşmənin açıq və qapalı ərazilərdəki canlı qüvvəsini, qrup hədəflərini, motoatıcı və tank bölmələrinin zirehsiz, yüngül zirehli və zirehli vasitələrini, artilleriya qurğularını, taktiki raketlərini, zenit raket komplekslərini, dayanacaqlarda yerləşən helikopterlərini, komanda məntəqələrini, rabitə qovşaqlarını və hərbi-sənaye kompleksinin obyektlərini məhv etmək üçün nəzərdə tutulur. Amma ermənilər bu sistemdən istifadə edərək mülki əhalimizi hədəfə alır.

“Smerç” harada və nə zaman istifadə edilib?

İlk dəfə 2014-cü ildə, Suriya Silahlı Qüvvələri ilk dəfə vətəndaş müharibəsində qiyamçılara qarşı istifadə edib. Həmçinin elə həmin ildə Ukraynada hökumət qüvvələri tərəfindən Donbass müharibəsi ərzində Donetsk və Luqansk şəhərlərində rus yönümlü separatçılara qarşı istifadə olunub. Bəzi mənbələrdə rus yönümlü separatçılar tərəfindən də istifadə olunduğuna dair məlumatlar var. 2015-ci ilin oktyabrında Rusiya Quru Qoşunları tərəfindən Suriya ərazisində istifadə olunub.

Sonuncu dəfə isə mənfur düşmənlərimiz dinc əhalimizi, yaşayış məntəqlərimizi hədəf alaraq bu sistemdən bu il istifadə edib. Azərbaycanın 2-ci ən böyük şəhəri Gəncəyə, Tərtər, Goranboy kimi rayonlara, həmçinin oktyabrın 28-i ermənilər Bərdə şəhərinin mərkəzinə “Smerç” kasetli bombası atılıb. Sonuncu hadisədə mülki əhalidən 21 nəfər həlak olub, 70-dən artıq şəxs isə yaralanıb.

“Smerç” yaylım atəşli reaktiv sistemi nədir? Hansı hallarda istifadə edilir? Nə üçün nəzərdə tutulub?

9K58 "Smerç" (BM-30) - Katyuşa nəslindən olan reaktiv yaylım atəşi sistemidir. Bu sistem 1970-ci illərin sonunda SSRİ dövlət tabeçiliyində olan Splav (Tula) silahhazırlama zavodunda yaradılıb. 1987-ci ildə SSRİ silahlı qüvvələrində tətbiq edilir. NATO bu sistemi ilk dəfə olaraq 1983-cü ildə müşahidə etdiyindən ona M1983 adı verilib. “Smerç” qısa məsafəli raket sistemi olan FROG-7-ni əvəz edib.

“Smerç” sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7 ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir. Atılmış yerləri raketlə yükləmək üçün 36 dəqiqə vaxt lazımdır. Tərkibində dörd Smerç sistemi olan batareya 48 ədəd raketlə təxminən sahəsi 800x800 m olan ərazini məhv edə bilir.

Onun maksimal atış məsafəsindən (90 km, optimal 70 km) atəş zamanı verilmiş nişandan meyillənməsi 150 metr həddindədir. Yəni hədəf hərbi nöqtədirsə “Smerç” ondan maksimum 150 metr yayına bilər. Biz isə görürük ki, Ermənistan rayon mərkəzlərimizi, kəndlərimizi, evlərimizi hədəf alır. Heç bir xəta yoxdur, məqsəd mülki əhalidir.

Smerç sistemi aşağıdakı raketlərdən istifadə edir:

9M55F çəkisi 235 kq qırıntılı paraşütlə əyləclənən mərmi başlığından ibarətdir (onun 95.5 kq-ı mərmidir). Uçuş məsafəsi 70 km.
9M27K 75 ədəd 9N210 parçalanan bombalardan ibarətdir. Uçuş məsafəsi 70 km.

9M27K1 5 ədəd MOTV-3F özü nişanını axtaran mərmi elementlərindən ibarətdir. Uçuş məsafəsi 70 km.
9M27K4 25 ədəd tank əleyhinə maqnit alışqanlı qrantlardan (PTM tipli) ibarətdir. Uçuş məsafəsi 70 km.
9M55K5 646 ədəd parçalanan və tank əleyhinə işləyə bilən kiçik babacıqlardan ibarətdir. Uçuş məsafəsi 70 km.
9M55S çəkisi 100 kq olan termobar mərmidən ibarətdir. Uçuş məsafəsi 70 km.
1990-cı illərin əvvəlində təkmilləşdirilmiş 9A52M Smerç-M sistemi yaradılır. Bu sistem beş oxlu Tatra-816 modelli yük avtomobilin üzərində quraşdırılır. Yeni sistemdə avtomatik atəşaçma texnikası və rabitə aparatları əlavə edilir. Həmçinin təkmilləşdirilmiş raket sistemi də inkişaf etdirilir. Yeni sistemin zərbə dairəsi artıq 90 km məsafəni əhatə edir və onun bu məsafədə vurma xətası 170 metr həddində idi.

9A52M Smerç-M-də aşağıdakı raketlərdən istifadə edilir:

9M528 çəkisi 235 kq qırıntılı paraşütlə əyləclənən mərmi başlığından ibarətdir (onun 95.5 kq-ı mərmidir). Uçuş məsafəsi 90 km.
9M525 75 ədəd 9N210 parçalanan bombalardan ibarətdir. Uçuş məsafəsi 90 km.

9M526 5 ədəd MOTV-3F özü nişanını axtaran mərmi elementlərindən ibarətdir. Uçuş məsafəsi 90 km.

9M527 25 ədəd tank əleyhinə maqnit alışqanlı qrantlardan (PTM tipli) ibarətdir. Uçuş məsafəsi 90 km.

9M529 çəkisi 100 kq olan termobar mərmidən ibarətdir. Uçuş məsafəsi 90 km.

9M530 75 kq partlayıcı maddəyə malik deşici mərmi başlığından ibarətdir (Bunkerlərdə mübarizə aparmaq üçün). Uçuş məsafəsi 90 km.
9M531 646 ədəd parçalanan və tank əleyhinə işləyə bilən kiçik babacıqlardan ibarətdir. Uçuş məsafəsi 90 km.

9M534 R-90 modelli kəşfiyyat uçuş aparatından ibarətdir. bu döyüşün aparılması və kəşfiyyat üçün tətbiq edilir. Uçuş məsafəsi 90 km.
"Smerç"in üstün tərəfi çoxfunksiyalılığı, manevrliyi, yüksək etibarlığı, dəqiqliyi və gücüdür. Altı ədəd “Smerç”dən ibarət bir briqadanın açdığı yaylım atəşi ilə bir diviziyanın hərəkətini dayandırmaq və ya kiçik bir şəhəri tam məhv etmək mümkündür.

“Semerç”in 1 ədədin qiyməti 12 milyon dollardır. Bu reaktiv sistemdən 12 ədəd Ermənistanda (Artıq 5 ədəd. Onlardan biri Bərdəyə atəş açdığı üçün ordumuz tərəfindən məhv edilib), 30 ədəd isə (12-ədəd 9A52 və 18-ədəd 9K58) Azərbaycanda var. Azərbaycan “Smerç” sayına görə, ÇXR, Rusiya, Ukrayna, Belarus və Hindistandan sonra gəlir.

Yəni ölkəmiz düşməndən təqribən 3 dəfə daha çox "Smerç"ə sahibdir. İstəsə bir neçə dəqiqə ərzində düşmənin istənilən şəhərini məhv edə bilər. Amma ordumuz mülki əhali ilə yox, torpaqlarımızı zəbt edən terrorçu erməni dəstələri ilə mübarizə aparır. Buna görə də, Azərbaycan hədəf mülki əhali yox, hərbi nöqtələrdir. 

Məhəmməd Türkmən (Yeni Müsavat)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Arayik Harutyunyanın gizli səfəri yarımçıq qaldı: “DQR” “lideri” Moskvadan da qovuldu

Kəlbəcərdə böyük müəmma: Qızıl yataqları kimin nəzarətindədir?

Ermənilərin yaşadığı bölgəni ruslar idarə edəcək

“Rusiya yatmış ayı kimi bir şeydir, qıcıqlandırmaq olmaz” – Vahid Əhmədov

Rusiya Qarabağda öz idarəetmə sistemini yaradır - Bu qeyri-rəsmi ilhaqdır, yoxsa zərurət?..

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - Fotolar

Azərbaycan ordusu Kəlbəcərə yola düşüb - Video

MN: Azərbaycan Ordusu Kəlbəcərə bir neçə istiqamətdə daxil olub - Video, Foto

Paşinyandan Rusiya sülhməramlılarıyla bağlı açıqlama

loading...

Ən çox oxunanalar