Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ordumuz Laçın dəhlizinə nəzarəti gücləndirdi

Azərbaycan ordusu Qubadlının işğaldan azad etməklə Laçın dəhlizinə nəzarəti gücləndirə bildi ki, bu da düşmənə sarsıdıcı zərbənin vurulması deməkdir.

PİA.az Xəzər TV-yə istinadla xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov Qubadlı rayonun strateji əhəmiyytətindən danışarkən bildirib. Ekspertin sözlərinə görə artıq ordumuz Qarabağa aparan kommunikasiya xətlərinə nəzarət edə bilir ki, bu da düşmənin sonunun uzaqda olmadığını göstərir.

Qubadlının işğaldan azad edilməsi Azərbaycan ordusunun Qarabağa aparan yollara daha yaxşı nəzarət etməsinə imkan verir. Onun sözlərinə görə, bu rayonunun işğaldan azad edilməsi cəbhənin digər istiqamətlərində də sürətli irəliləyişi təmin edəcək. Çünki buradan Qarabağa aparan əsas yol, yəni Laçın dəhlizinə daha yaxından nəzarət etmək mümkündür.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan orudusu Kəlbəcər rayonunun bir hissəsini işğaldan azad etməklə Qarabağa şimaldan gələn yolu nəzarətdə saxlaya bilir. Çünki, düşmən əsas təminat yolu kimi Laçın kalidorunu istifadə edirdi.

Üzeyir Cəfərov bildirir ki, hazırda ordumuzun yerləşdiyi yerlər dağlıq ərazilər olsa belə müasir texnalogiyalarla əraziyə nəzarət edə bilir. Eyni zamanda Qubadlı istiqamətindən işğal altındakı ərazilərə silah-sursatın daşınmasının da qarşısı tam formada alınıb.

Hərbi ekspertin sözlərinə görə, işğaldan azad edilmiş ərazilər göstərir ki, artıq müharibənin sonuncu fazası yaşanır. Yəni ordumuz bütün torpaqları işğaldan azad etməyə çox yaxındır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar