Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ordudan qayıdıb bacısını doğradı - Təfərrüat

Qəbiristanlıqdakı dəhşətli qətlin təfərrüatı...

Ceyranbatan qəbiristanlığında bacısını vəhşicəsinə qətlə yetirən 23 yaşlı Babək Fərzəliyev ilkin istintaqda özü və 20 yaşlı Aytən Fərzəliyeva arasında münaqişə barədə ifadə verib.

Bu barədə Oxu.Az hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla xəbər verir.

Qeyd edilir ki, B.Fərzəliyev bu yaxınlarda ordudan demobilizasiya olunubmuş.

Saxlanılan şəxs bildirib ki, Abşeron rayonunda onun bacısının əxlaqsız həyat tərzi sürdüyü barədə söhbətlər gəzib. Bununla bağlı olaraq o, bacısından kişilərlə təsadüfi münasibətləri dayandırmasını istəyib. Buna cavab olaraq A.Fərzəliyeva necə yaşayacağı barədə özünün qərar verəcəyini deyib.

Noyabrın 24-də B.Fərzəliyev yenidən bacısı ilə telefon əlaqəsi saxlayıb və ondan anaları Kifayət Fərzəliyevanın məzarını ziyarət etmək üçün Ceyranbatan qəbiristanlığına gəlməsini istəyib.

Burada onlar arasında münaqişə yaşanıb, nəticədə, B.Fərzəliyev kiçik bacısının boğazını kəsib, sonra isə Bakı şəhərinin Yasamal rayonu 29-cu Polis Bölməsinə gələrək təqsirini etiraf edib.

Qeyd edək ki, qurbanın körpə uşağı qalıb.

Onu da vurğulayaq ki, faciəvi ölüm əslən Laçın rayonundan olan Fərzəliyevlər ailəsinin bütün qadınlarının başına gəlib.

2014-cü ilin avqust ayında elə Yasamal rayonunun 29-cu Polis Bölməsinin ərazisində - Yeni Yasamal qəsəbəsində 46 yaşlı Kifayət Fərzəliyeva və onun 17 yaşlı qızı Yeganə Fərzəliyeva doqquz mərbəli binanın sonuncu mərtəbəsindən özlərini atmışdılar.

Buna görə, K.Fərzəliyevanın ərinə qarşı AR CK-nin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılıb. O, dörd il müddətinə azadlıqdan məhrum edilib.

Məcburi köçkün ailəsi Ceyranbatan qəsəbəsində texniki peşə məktəbinin binasında yaşayırdı.

pia.az


Etiket: Bakı qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar