Çərşənbə, 02 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Orduda uşaqlardan istifadə edən Ermənistanı nə gözləyir?

Xəbər verdiyimiz kimi, Ermənistanın siyasi-hərbi rəhbərliyinin Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara uşaqları da cəlb etməsi ilə bağlı faktlar var. Bununla bağlı videogörüntülər sosial şəbəkədə ermənilərin özləri tərəfindən yayılıb. Həmin görüntülərdən aydın olur ki, orduda şəxsi heyətin çatışmazlığını aradan qaldırmaq üçün Valeri adlı yeniyetmənin köməyindən istifadə olunur.

Millət vəkili Sevil Mikayılova bildirib ki, uşaqların silahlı münaqişələrdə istifadə olunması bir çox beynəlxalq konvensiyalar tərəfindən tam şəkildə qadağan olunur və cinayət əməli sayılır:

BMT-nin Uşaq Hüquqları Konvensiyası mövcuddur və 2002-ci ildə ona uşaqların silahlı münaqişələrə cəlb olunmasını qadağan edən protokol əlavə olunub. İlk növbədə, həmin konvensiyaya uyğun olaraq orduda 18 yaşınadək uşaqlardan istifadə olunmasına tam şəkildə icazə verilmir. Eyni zamanda, 15 yaşınadək uşaqların silahlı münaqişələrə cəlbi isə cinayət əməli sayılır”.

Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfindən uşaqların münaqişədə istifadə olunması BMT-nin Uşaq Fondu – UNİCEF-in hər il hazırlanan məruzələrinə daxil olunmalıdır:

“Bununla bağlı faktları biz təqdim etməliyik. Çünki həmin cinayət əməli Azərbaycanın ərazisində baş verib. Yuridik olaraq münaqişə gedən ərazilər bizim ərazilərdir. Burada BMT-nin nizamnaməsindən, 51-ci maddənin pozulmasından söhbət gedir, hərbi əməliyyatlar digər ölkənin ərazisində aparılır. Eyni zamanda BMT-nin özünün 4 qətnaməsi var ki, bu ərazilər Azərbaycan torpağı kimi qəbul olunub və işğalçı ordunun buradan çıxarılmasını tələb edilir. Biz buna görə də UNİCEF-ə müraciət etməliyik və bu məsələnin illik məruzəyə daxil olunmasını istəməliyik”.

S. Mikayılova bildirib ki, ikinci və vacib hüquqi addımımız da beynəlxalq məhkəmədə Ermənistanın bu cinayət əməlinə hüquqi qiymətin verilməsinin tələb olunmasıdır. Buna kifayət qədər faktımız var.

Digər tərəfdən, məsələnin humanitar tərəfi də var ki, bu, artıq Ermənistan dövlətinin öz vətəndaşlarına qarşı qeyri-insani münasibətindən xəbər verir. Uşaqların, - onların iradəsini sındırmaq, aldatmaq daha asandır, - münaqişə ərazilərinə cəlb olunması özü də humanitar cinayətdir, insanlığa qarşı cinayətdir. Bütün dünya birliyi bunu pisləməlidir.

Millət vəkili qeyd edib ki, artıq UNİCEF-in məruzələrində belə halların ən çox Afrika resublikalarında baş verməsi öz əksini tapıb: “Konqo, Dominikan, ÇAD, Sudan kimi ölkələrdə buna qədər belə faktlar qeydə alınıb. Birmənalı şəkildə bunlar pislənilir, beynəlxalq məhkəmələr keçirilir və həmin ölkələrə uyğun sanksiyalar həyata keçirilməsi labüddür. Ermənistanı hansı cəzanın gözləməsinə gəlincə isə, bu məhkəmənin qərarından, məsələyə beynəlxalq hüquq tərəfindən verilmiş qiymətdən asılıdır”. (Qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Laçında 200 erməni saxlanılıb - Rus sülhməramlılarına "xidmət" etmək üçün

Liparityan: “İlham Əliyevlə 3 saat söhbət etdik, ən xırda detalları bilirdi”

“Qarabağ ermənilərinin kütləvi dönüşü olmazsa...“ - Jirayr Liparityan

Azərbaycanda Qələbə paradı keçiriləcək - Vaxtı açıqlandı

Türkiyə və Rusiya Qarabağla bağlı anlaşdı - Türklər gəlir...

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək - Sərəncam

Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği bilindi - Rəsmi

Qazaxın işğal olunmuş 7 kəndi ilə bağlı açıqlama

Ofşor şirkətindən ödəmə və Əhməd Əhmədzadənin oğluna məxsus milyonluq mülk

Ermənistan Tehranın təklif etdiyi planı qəbul etmədi, Azərbaycan isə... – İran səfiri

Pentaqondan Azərbaycan ordusunun Qarabağ döyüşü təcrübəsini öyrənmək üçün daha bir qərar

loading...

Ən çox oxunanalar