Çərşənbə axşamı, 02 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ordu sıralarından tərxis prosesinin tarixi açıqlandı 

Tərxis prosesi aprelin 20-dən 25-dək həyata keçiriləcək...

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində peşəkar ordu formalaşıb. Hazırda ordunun şəxsi heyətinin çox az faizini müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təşkil edir. Bütün döyüş təminatını müəyyən edən vəzifələrdə zabitlər, gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları xidmət keçir. Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması ordunun döyüş qabiliyyətinə heç bir təsir göstərməyəcək".

Bu barədə PİA.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması məsələsinə gəlincə isə bildiririk ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır.

Bu müddət ərzində ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının 200 minlik yeyintisi aşkarlandı

Fuad Muradovun qardaşından şok açıqlama: “Onu Əli Həsənov idarə edir” - Video  

Nizami Rayonu İcra başçısının oğlu Milli Məclisdəki işini itirdi

“Karantin qaydaları yenidən sərtləşdirilə bilər“ - Səhiyyə Nazirliyi

"Ödəniş etməyənin mağazasına özüm gələcəm" - Kəbirə Məmmədova Binə T/M-də çalışanlara "qan uddurur"

“Vəzifəyə, pula, şöhrətə görə anasını da satar” – Məşhur aparıcı

loading...

Ən çox oxunanalar