Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ordu quruculuğu məsələləri daim dövlətimizin diqqət mərkəzində qalacaqdır

Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatdan sonra başlanan ikinci Qarabağ müharibəsi praktik şəkildə təsdiq etdi ki, Azərbaycan hərb meydanında ən xırda detalına qədər böyük
üstünlüyə malikdir.

Hazırda cəbhə xəttinin bütün istiqamətlərində düşməni qovan ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.Cəmi bir ay müddətinə Azərbaycan Ordusu 200-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etdi. O cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut, Ağbənd, Mincivan qəsəbələrində, milli kimliyimizin rəmzlərindən olan Xudafərin körpüsündə 27 ildən sonra Azərbaycan bayrağı dalğalanmağa başladı. Murov dağında və cəbhənin digər istiqamətlərində strateji yüksəkliklər ordumuzun nəzarəti altındadır. Hər ötən gün ərzində cəbhənin bütün istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, tankları, PDM-ləri, müxtəlif atəş sistemləri və texnikaları məhv edilərək sıradan çıxarıldı.

Bu günlərdə gücünü praktik şəkildə göstərən ordumuzun uğurlarının səbəbi Ali Baş Komandan İlham Əliyevin xüsusi nəzarəti altında respublikamızda həyata keçirilən hərbi quruculuqdur. Hələ 2003- cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdi:

Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Ötən 17 ildə respublikamızda ordunun daha da gücləndirilməsi ilə bağlı
olduqca mühüm işlər görülüb. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda görüb, nümayiş etdirilən hərbi texnikaların timsalında möhtəşəm ordu quruculuğunun şahidi olub. Bu paradlar həm də bir növ ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədini daşıyıb. İlham Əliyevin ordu quruculuğunun ən əsas tərəfi isə müasir döyüşlərin aparılmasına imkan verən hərbi texnikanın silahlı qüvvələrimizin arsenalına daxil edilməsidir. Son onilliklərdə bütün dünyada həyatın hər bir sahəsində baş verən dəyişikliklər, elmi və texniki inkişaf müasir döyüşlərin aparılmasına da ciddi korrektələr edilməsinə gətirib çıxarır. Məsələn, bu gün 30 il əvvəlin standartları ilə müharibə edib qalib gəlmək mümkün deyil.

Azərbaycanda həyata keçirilən ordu quruculuğunda bu cür məsələlərin hamısı nəzərə alınıb. Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlar, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları bu qəbildəndir. Azərbaycanda həyata keçirilən ordu quruculuğunun ən mühüm uğuru silahlı qüvvələrimizin döyüş imkanlarının tamamilə modernləşdirilməsidir. Bu baxımdan Azərbaycan ikinci Qarabağ müharibəsində müasir döyüşlərin aparılmasının nümunələrini yaratdı. Xalqımız və beynəlxalq ictimaiyyət dövlətimizin mükəmməl hərbi gücə malik olduğunu gördü. Cəbhədə əldə olunan hər bir uğur təsdiq edir ki, ordumuzun arsenalı ən modern silah və hərbi texnika ilə zəngindir. Dünyanın hərbi baxımdan inkişaf etmiş ölkələrinin malik olduqları silahlar Azərbaycanda da var.

Ona görə də bugünkü Azərbaycan ordusu yaxşı təchiz olunub, o, layiqli rəqib və regionda ən yaxşı ordudur, dünyanın ən yaxşı 50 ordusu sırasındadır”, - deyə o bildirib.

Samən Eyibov

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar