Cümə, 22 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Orda oturmaq üçün zalım olmağın dozası nə qədərdir?..

Məhkəmə hakimi Eldar Həsənovun başı üstündə elə bir söz dedi ki...

Sevinc Telmanqızı
Musavat.com

Müəllifinin kimliyini bilmədiyim, amma bütün dövrlər, bütün insanlıq üçün deyilən maraqlı bir söz var. Məntiqi belədir ki, “pis insanların etdiyi pisliklərlə mübarizə aparmaq üçün yaxşıların psixoloqa getməsinin vacib olduğu qəribə bir dünyada yaşayırıq”.

Əslində yolu psixoloqa düşən, orda çəkdiyi ağrılara, əzablara çarə axtaran insanlar pislərin yaratdığı tablodur, onların əsəridir. İndi Azərbaycanda da vəziyyət tamamən bunun sübutudur. Gedirsən məhkəmə qapılarına, saysız-hesabsız insan işini görə bilməyənlərin, yanlış görənlərin, ya da pul üçün az qala ruhunu satanların yaratdığı qanunsuzluğun qurbanıdır. Hər gün oxuyuruq ki, narkomaniyaya qarşı ölkədə ciddi mübarizə gedir, narkotik satan dəstələr tutulur, ifşa edilir. Amma sonradan məlum olur ki, proses yarıda saxlanıb. O dəstə üzvlərinin böyük əksəriyyəti məhkəmələrdə kiçik cəzalarla buraxılıblar. Hazırda yenidən iş başındadılar. Polis tutur, məhkəmə buraxır – axırda kim əziyyət çəkir? Biz!

Bir neçə gün əvvəl bir qadın yolda məni saxlayıb, “bütün məhəlləmiz narkomanların əlindən qan ağlayır, amma qorxumuzdan gedib polisə şikayət edə bilmirik. Çünki şikayət etsək, biz evdə olmayanda həmin o narkomanlar gəlib evimizə bir ziyanlıq edərlər, yolda uşağımıza xətər yetirərlər” deyə dərdini söylədi. Məsləhət verə də bilmədim. Çünki bu ölkədə nadürüstlərlə mübarizə aparmağın mexanizmi doğru iş görməkdən daha çətindir.

Foyedə xərəkdə uzadılan E.Həsənova yaxınlaşan hakim Əfqan Hacıyev “Mən o qədər də zalım adam deyiləm”, - deyə, üzrxahlıq edib...

Bu günlərdə sabiq səfir Eldar Həsənovun məhkəməsində baş verənlər də bu barədə düşünməyə əsas verir. Demək, prosesin ilk dəqiqələrində sabiq səfirin vəziyyəti pisləşib, huşunu itirib. Təcili Tibbi Yardım həkimləri məhkəmənin dəhlizində E.Həsənova süni oksigen verərək, sistem köçürüblər.

Foyedə xərəkdə uzadılan E.Həsənova yaxınlaşan hakim Əfqan Hacıyev “Mən o qədər də zalım adam deyiləm”, deyə, üzrxahlıq edib. Bunu da orda olan hər kəs eşidib və sonradan mətbuatda da bu, yayılıb. Əslində soruşsan, hazırda rəhbər vəzifələrdə əyləşən, bu və ya digər qanunsuzluqlara imza atan insanların heç biri “o qədər də zalım” deyil. Amma nə qədər zalımdır? Yəni, orda oturmaq üçün zalım olmağın dozası nə qədərdir? O mafiya filmlərindəki məşhur fraqmentdə olduğu kimi. Demək, mafiya başçısı, mafiyanın üzvləri bir səhnədə minimum 10 nəfəri qanına bələyir, ailəsini başsız, uşaqlarını yetim qoyur. Amma yolda bir maşın it vuranda zülüm-zülüm ağlayır, o iti qucaqlarına alıb, baytara aparırlar. Elə həmin axşam yemək masasının arxasında ağlamalı bir mahnı çalınan kimi göz yaşları selə dönür... Ad da olur ki, onlar incə qəlbli, sentimental tiplərdir.

Hazırda məhkəməsi gedən bütün məmurlar da eləcə... İfadələrinə inansaq, hamısı aldadılıb, hamısı pis dost qurbanıdır. Fikir verin, harda bir korrupsioner, əclaf məmur varsa, onun ən yaxını onun barəsində adətən bu sayaq cümlələr deyir:

“Ən pis cəhəti odur ki, hamıya inanır. Min dəfə demişəm, bu qədər sadəlövh olma”. Eşidəndə adamın əti ürpəşir yalanın dozasından. Bu yalanı kimə yedirə bilərsiz axı günümüz Azərbaycanında? Bu ölkədə sadəlövh olub da, hamıya inanıb da, məmurluğun, kreslo sahibliyinin at işləməz yollarından keçmək mümkünmü? Sistemin sirlərini bilmədən, sadəlövhcəsinə yaşayan kim o kresloda duruş gətirə bilər axı? Bunun vaxtlı-vaxtında yuxarılara hörmət etməsi var, o hörməti etmək üçün pul tapması var, düşmənlərlə mübarizədə bütün hiyləgər üsullardan istifadə etməsi var.... Var oğlu var... Bu dövrdə heç balaca uşağı da “yeməyini ye, sənə oyuncaq alacam” yalanı ilə aldatmaq olmur. Uşaq “öncə oyuncağı görüm” deyib, adamın üzünə qayıdır. Sadəcə, o məmurlar da, hazırda həbsdə olanlar da bu oyunun gözəl oyunçusu olublar, “üç meymun”u oynayıblar: görmürəm, eşitmirəm, danışmıram. Axırda da oyunda kimsə yanmalı deyilmi? “Lotoreya”nı onlar udublar. Bu idarəetmədə, bu məmurlar dünyasında məsum adam yoxdur, yalanı üzə çıxan, “vurulan”, gözdən salınan adam var...

Odur ki, indi məhkəmələrdə timsah göz yaşları tökən, "Yeşilcam filmləri"ndəki kimi “ben masumum, hakim bey” nitqləri söyləyən məmurlara çox inanmayın. Onlar hər zaman bu oyunun gözəl oyunçusu olublar. Sadəcə indi “qırmızı kart” yemə növbəsi onlara çatıb. “O qədər də zalım olmayan” adamlar bu dəfə də onların fərmanlarını verib...

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ramiz Mehdiyevin kürəkəni vətəndaşın evinə basqın etdirdi...

Şəhid mayorun xanımı ərinin il mərasiminə gedərkən qəzada həlak oldu

Növbəti devalivasiya həyəcanı: Yanvardan dollar 2 manata olacaq?

Çantasından kokain çıxan azərbaycanlı qıca 176 il həbs cəzası verilib

Putin Ərdoğanın “dünya beşdən böyükdür” açıqlamasına münasibət bildirib

Azərbaycanda ilahiyyatçı dövlətə xəyanətə görə həbs olundu

Əli İnsanovun partiyası qeydiyyata alındı - Foto

Bakının mərkəzində dəhşətli mənzərə - Narkomanlar yuvası aşkarlandı - Video

Azərbaycanlı milyonçu xəzinəsini harada gizlədib? – 2 min saat, on milyonlarla…

Tatoyan Azərbaycan-Ermənista­­n sərhədində təhlükəsizlik zonasının yaradılması təklif edib... - Məqsəd nədir?

Ən çox oxunanalar